Andrea Solario

Solario, Andrea (it. Andrea Solario, 1460, Milan – 1524, Milan) – Lombardiya rəssamlıq məktəbini təmsil edən italiyalı rəssam

Andrea Solario
Doğum tarixi1460[1][2]
Doğum yeriMilan
Vəfat tarixi1524[3][1][…]
Vəfat yeriMilan
Milliyyətiİtalyan
DiniKatolik
İxtisasıRəssam
Təhsilirəsm, heykəltaraşlıq, memarlıq
Fəaliyyətirəssam, vizual incəsənət rəssamı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya və yaradıclıq

Heykəltəraşın oğlu olub. İlk incəsənət dərslərini heykəltaraş və memar olan qardaşı Xristoforo Solariodan alıb. Ciovanni Bellini və Leonardo da Vinçidən də dərs alıb. Venesiya, Milan, Normandiya (1507–1509), Paviya və Romada çalışıb. 1507-ci ildən başlayaraq iki il ərzindən XII Lüdovikin sarayında çalışıb. Andrea Solario bir sıra portretin ("Qərənfilli kişi", "Şarl d’Ambuaz" və s.) müəllifidir. Portret yaratdıqda Solario müəyyən kanona arxalanır: qurşağa və ya sinəyədək təsvir, baş 4/3 həcmindədir, baxış tamaşaçıya istiqamətlənib. Adətən model mənzərə fonunda təsvir edilir, bəzən isə mənzərənin fraqmenti pəncərənin alaqapılı ambrazurunda görsənir. Solario ifadəli, dərin obrazlar yaradır.

Andrea Solario dini mövzu ilə bağlı əsərlər də yaradıb ("Çarmıxlama", "Körpəli Madonna"). Rəssamın ən məşhur əsəri "Yaşıl döşəkli Madonna"-dır. Rəssamın əsəri xəttlərin aydınlığı və rənglərin müvazinəti ilə seçilir.

Əsərlər qalereyası

Qeydlər

  • Badt K. Andrea Solario, sein Leben und seine Werke; ein Beitrag zur Kunstgeschichte der Lombardei. Leipzig: Klinkhardt & Biermann, 1914
  • Cogliati Arano L. Andrea Solario e Jean Clouet. Milano, La Rete, 1963
  • Béguin S. Andrea Solario en France. Paris: Ministère de la culture, 1985
  • Brown D.A. Andrea Solario. Milano: Electa, 1987.

Ədəbiyyat