Anatol Abraqam
Anatol Abraqam | |
---|---|
fr. Anatole Abragam | |
Doğum tarixi | 15 dekabr 1914[2][3][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 8 iyun 2011[4][5][…] (96 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fizika, Nüvə fizikası[1] |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Anatol Abraqam (fr. Anatole Abragam; doğum adı: Anatoli İzraileviç Abraqam, rus. Анатолий Израилевич Абрагам;[10] 15 dekabr 1914[2][3][…], Dauqavpils, Vitebsk quberniyası[d][1] – 8 iyun 2011[4][5][…], Vitri-sür-Sen[9] və ya Paris[1]) — Fransa fiziki, Paris Elmlər Akademiyasının üzvü (1973).
Həyatı
mənbəni redaktə etAbraqam 1937-ci ildə Paris Universitetini bitirmişdir. O, maqnitizm və bərk cisim fizikası, xüsusilə nüvə maqnetizmi, bərk cismin hiper incə quruluşu, spin temperatur nəzəriyyəsi, nüvə polarizasiyası, bərk cismin qamma-rezonans spektroskopiyası sahəsində tədqiqatlar aparmışdır. Abraqam hiperincə quruluşun parçalanması nəzəriyyəsini inkişaf etdirmişdir. O, 1953-cü ildə müstəqil olaraq Overhauzer effektini müşahidə etmişdir. Abraqam proktorla birlikdə qütbləşmiş proton hədəfini əldə etmək üçün istifadə edilən dinamik nüvə qütbləşməsini kəşf etmişdir. O, 1970-ci ildə nüvə antiferromaqnetizmini və 1973-cü ildə neytronların nüvə presessiyasını kəşf etmişdir. Abraqam 1967-ci ildə Fransa Fizika Cəmiyyətinin prezidenti olmuşdur. O, "kondensasiya olunmuş maddə fizikası və nüvə fizikasının tədqiqat metodları sahəsində görkəmli nailiyyətlərinə görə" 1995-ci ildə Rusiya Elmlər Akademiyasının Lomonosov adına Böyük Qızıl medalı ilə təltif edilmişdir.[11]
İstinadlar
mənbəni redaktə etƏlavə ədəbiyyat
mənbəni redaktə et- Храмов Ю. А. Абрагам, Анатоль // Физики : Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд. 2-е, испр. и доп. — М. : Наука, 1983. — С. 5. — 400 с. — 200 000 экз.
Xarici keçidlər
mənbəni redaktə et- Anatole Abragam. 15 December 1914 — 8 June 2011 // Biographical Memoirs of Fellows of the Royal Society, 2017, vol. 63, by Maurice Goldman (ing.)
- 15 dekabrda doğulanlar
- 1914-cü ildə doğulanlar
- Dauqavpilsdə doğulanlar
- 8 iyunda vəfat edənlər
- 2011-ci ildə vəfat edənlər
- 96 yaşında vəfat edənlər
- Parisdə vəfat edənlər
- De Frans Kollecinin müəllimləri
- London Kral Cəmiyyətinin üzvləri
- Fransa Elmlər Akademiyasının üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Papa Elmlər Akademiyasının üzvləri
- Rusiya Elmlər Akademiyasının üzvləri
- "Fəxri Legion" ordeninin komandorları
- Əlifba sırasına görə alimlər
- Fransa fizikləri