Anastasiya Davidova

Anastasiya DavidovaRusiyalı sinxron üzgüçü. Anastasiya Davidova 2004, 20082012-ci illərdə 5 dəfə Olimpiya Oyunlarının qızıl medalını qazanmışdır. Anastasiya Davidova həmçinin 13 qat Dünya və 7 qat Avropa Çempionatının qızıl medalçısıdır.

Anastasiya Davidova
Natalya İşçenko, Anastasiya Davidova və Mariya Qromova
Natalya İşçenko, Anastasiya Davidova və Mariya Qromova
Şəxsi məlumatlar
Tam adıAnastasiya Semyonovna Davidova
LəqəbiAsya[1]
VətəndaşlığıRusiya Rusiya
Doğum tarixi (41 yaş)
Doğum yeriMoskva, Rusiya SFSR
Boyu169 sm.
Çəkisi54 kq.
İdman növü Sinxron üzgüçülük
Karyera illəri2000h. h.
28 aprel 2016 tarixində yenilənib.

Anastasiya Davidova 2005-ci ildə "Dostluq" ordeninə, 2009-cu ildə "Şərəf" ordeninə, 2012-ci ildə isə "Vətənə xidmətə görə" 4-cü dərəcəli ordenə layiq görülmüşdür.[2]

Həyatı

Anastasiya Davidova 2 fevral 1983-cü ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Anastasiya Davidova 2000-ci ildən idman ilə məşğul olur.

Karyerası

Anastasiya Davidova birinci uğurunu 2000-ci ildə qazandı. O Finlandiyanın Helsinki şəhərində Avropa Çempionatında qızıl medal qazandı. 1 ildən sonra isə o 2001-ci ildə Dünya Çempionatında qızıl və gümüş medal qazandı. Elə həmin ildə Berlində karyerasında 3-cü dəfə Avropa Çempionu adını qazandı. 2003-cü ildə Anastasiya Davidova Barselonada Dünya Çempionatında daha 2 qızıl medal qazandı və 3 qat Dünya Çempionu oldu. 2004-cü ildə Anastasiya Davidova birinci dəfə Yay Olimpiya Oyunlarında iştirak etdi. Anastasiya Davidova Yunanıstanın Afina şəhərində keçirilən duet və komanda yarışlarında qızıl medal qazandı. Elə həmin ildə o həmçinin İspaniyanın Madrid şəhərində Avropa Çempionatında 2 qızıl medal qazandı.

Anastasiya Davidova 2005-ci ildə Kanadanın Monreal şəhərində keçirilən Dünya Çempionatında 3 qızıl medal qazandı. 1 ildən sonra isə o 2006-cı ildə Avropa Çempionatında Budapeştdə 2 qızıl medal qazandı. 2007-ci ildə Anastasiya Davidova Avstraliyanın Melburn şəhərində Dünya Çempionatında daha 2 qızıl medal qazandı və ümumi olaraq Dünya Çempionatlarında 8-ci zəfərini qazandı.

2008-ci ildə isə o XXIX-cu Yay Olimpiya Oyunlarında iştirak etdi. Anastasiya Davidova 4 il əvvəl Afinada qazandığı uğuru təkrarladı. O yenədə duet və komanda yarışlarında qızıl medal qazandı və 4 qat Olimpiya çempionu oldu.

Pekində Olimpiya Oyunlarında sonra Anastasiya Davidova 2009-cu ildə Romada2011-ci ildə Şanxay Dünya Çempionu oldu. 2012-ci ildə isə o sonuncu dəfə Yay Olimpiya Oyunlarında iştirak etdi. Anastasiya Davidova Böyük Britaniyanın London şəhərində baş tutan XXX-cu Yay Olimpiya Oyunlarında yalnızca komanda yarışlarında qızıl medal qazandı. Bu medal onun idman karyerasında sonuncu medal oldu.

İstinadlar

Xarici keçidlər