Anar Vəlizadə

Şəhid

Anar Afət oğlu Vəlizadə (3 iyul 1994, Salyan rayonu7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.

Anar Vəlizadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriCəngan, Salyan, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeriŞuşa rayonu, Azərbaycan
Dəfn yeriCəngan, Salyan, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Daxili İşlər Nazirliyi
Qoşun növüAzərbaycan Daxili Qoşunlar
Xidmət illəri2020
Rütbəsi Baş çavuş
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Cəbrayılın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Şuşanın azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Həyatı

Anar Vəlizadə 1994-cü il iyulun 3-də Salyan rayonunun Cəngan kəndində anadan olub.[1]

Hərbi xidməti

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Anar Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, FüzulininŞuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Vəlizadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Vəlizadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Təltifləri

İstinadlar