Yohan Kroyf Arena

Vikipediya saytından
(Amsterdam Arena səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keçAxtarışa keç
Yohan Kroyf Arena
Johan Cruijff ArenA
Loqonun şəkli
Yuxarıdan görünüşü
Yuxarıdan görünüşü
Xəritə
Tam adıJohan Cruijff Arena
YeriArena Boulevard 29, Amsterdam, Niderland Niderland.
Təməli qoyulub1993
Tikilib1996
Açılış tarixi14 avqust 1996
Tikinti xərcləri140 milyon avro
SahibiAmsterdam bələdiyyəsi
Tamaşaçı tutumu53.346[1]
Ev sahibi komandaAyaks AFK
Meydançanın ölçüləri105 x 68 metr
Ot örtüyütəbii
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yohan Kroyf Arena (nid. Johan Cruijff Arena) — Hollandiyanın Amsterdam şəhərində yerləşən stadion. Ayaks futbol klubu bu stadiondan istifadə edir. 1997–2007-ci illər arasında Avropa Amerika Futbol Liqası (NFL) komandalarından biri olan "Amsterdam Admiralları" bu stadiondan istifadə edib.

Bu stadionun tikilməsi ilk dəfə 1992-ci ildə Amsterdamın Yay Olimpiya Oyunlarına namizəd olduğu zaman gündəmə çıxmışdı. Amma bu haqqı Barselona şəhəri qazandıqdan sonra bu layihə unudulmuşdur. Daha sonra bu layihə yenə gündəmə gəlmiş və 1993-cü ildə stadionun təməli atılmışdır. Kraliça Beatriks stadionun açılışını 14 avqust 1996-cu ildə etmişdir.[2]

Stadionun loqosu

Stadionda futbol və Amerikan futbolu müsabiqələri, konsertlər də keçirilir. İçində həmçinin restoranlar, konfrans otaqları və azarkeşlərin tələblərini ödəyən digər müəssəsələr vardır.[3] Ən əhəmiyyətli xüsusiyyəti damının açılıb-bağlana bilməsidir. Tikilməsinə 96 milyon avro xərclənmişdir. Hazırkı dəyəri isə 140 milyon avro-dur. 2000-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmişdir. Stadionun ot örtüyü fırtına, yağış, qar kimi hadisələrə davamlıdır, amma damın bağlı olması üzündən gün işığı görməyən otlar hər ay dəyişdirilməlidir. 8 dəqiqə ərzində boşaldıla bilən stadionda siqaret çəkmək qadağandır. UEFA-nın 5 ulduzlu stadionudur.[4] Maykl Cekson[5], Tina Torner, Devid Boui, Eminem, Robbi Vilyams, Selin Dion ve Madonna kimi müğənnilər burada konsert vermişdirlər.[6] 1998-ci ildə UEFA Çempionlar Liqasının finalı bu stadionda oynanmışdır. 2005-ci ildə məşhur futbol adamı Rinu Mişelsin ölümündən sonra ölümündən sonra Ayaks azarkeşləri bu stadionun Rinu Mişels stadionu olmasını istəmişdilər.

Avropa çempionatı - 2000

mənbəni redaktə et
TarixNəticəMərhələ
11 iyun 2000Niderland Niderland1–0Çexiya ÇexiyaD qrupu
18 iyun 2000Sloveniya Sloveniya1–2İspaniya İspaniyaC qrupu
21 iyun 2000Fransa Fransa2–3Niderland NiderlandD qrupu
24 iyun 2000Türkiyə Türkiyə0–2Portuqaliya Portuqaliya¼ final
29 iyun 2000Niderland Niderland0–0İtaliya İtaliyaYarımfinal

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu