Amrita Arora

Amrita Arora (31 yanvar 1981) — Bollivud aktrisası.

AMRİTA ARORA LADAK
ing. Amrita Arora
Doğum tarixi (43 yaş)
Doğum yeriMumbay, Hindistan Hindistan
VətəndaşlığıHindistan Hindistan
Həyat yoldaşıŞakil Ladak (2009)
FəaliyyətiAktrisa
Fəaliyyət illəri2002-bu günə qədər
IMDbID1147677
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Arora Çemburda Coyse Polikarp və Anil Arora ailəsində dünyaya gəlib. O Mumbaydakı Loreto qadın monastrında da olub. Amritanın bacısı Malaika Araro Xandır. Amritanın 2010-cu ildə dünyaya gəlmiş Azan adlı oğlu var. 2012-ci ildə özünün dediyinə görə ikinci uşaq gözləyir.

Karyerası

Arora Bollivuddakı debütünü 2002-ci ildə Fərdin Xanla birlikdə çəkildiyi Kitne Door Kitne Paas (Nə qədər uzaq, nə qədər yaxın) filmində reallaşdırır. Ancaq bu film o qədər də uğurlu olmur. Onun ilk uğurlu rolu komediya janrında oynadığı Awara Paagal Deewana (Avara, Dəlisov, Çılğın) filmi olmuşdur. Amritanın iştirak etdiyi Girlfriend (Rəfiqə) filmi mübahisəli bir film olmuşdur. Səbəb kimi çəkilişlər zamanı aktrisalar arasında lezbiyan əlaqələrinin olması göstərilir.2007-ci ildə Arora bacısı və qayını Arbaz Xanla birlikdə Fərəh Xanın filmi olan Om Şanti Om filminin "Deewangi Deewangi" musiqisinin çəkilişləri üçün dəvət olunur.

Filmoqrafiya

İlFilmFilmin orijinal adıRoluQeydlər
2002Nə qədər uzaq, nə qədər yaxın (film, 2002)Kitne Door Kitne PaasKarişma
2002Avara, Dəlisov, Çılğın (film, 2002)Awara Paagal DeewanaMona
2003Bir və bir on bir (film, 2003)Ek Aur Ek GyarahPriti
2003Torpaq (film, 2003)ZameenMüğənni — Rəqqas"Dilli Ki Sardi" musiqisi üçün dəvət olunub
2004Yarış (film, 2004)Shart: The ChallengeSaryu
2004Rəfiqə (film, 2004)GirlfriendSapna
2004Mənimlə evlənərsən? (film, 2004)Mujhse Shaadi KarogiRomi
2004Qan (film, 2004)RakhtNataşa Sinq
2006Deha (2006)DehaRini Sinha
2006Döyüş klubu - Yalnız Üzvlər (film, 2006)Fight Club — Members OnlySonali Bose
2007Qırmızı: Qaranlığın üzü (film, 2007)Red: The Dark SideRia Malhotra
2007Salam, balaca (film, 2007)Heyy BabyyÖzü"Heyy Babyy" musiqisi üçün dəvət olunub
2007Sürət (film, 2007)SpeedSamirə Mehra
2007Om Şanti OmOm Shanti OmÖzü"Deewangi Deewangi" musiqisi üçün dəvət olunub
2008Rama Rama Kya Hai Dramaaa (2008)Rama Rama Kya Hai DramaaaXuşi Bhatia
2008Salam (film, 2008)HelloRadhika Cha
2008Qəhrəmanlar (film, 2008)HeroesPriya
2008Şən dələduzlar qayıdır (film, 2008)Golmaal ReturnsEşa Santoşi
2009Batmış sevgi (film, 2009)Kambakkht IshqKamini Sandu
2009Komanda — Güc (film, 2009)Team — The ForceRiya
2010Kül (film, 2010)Raakh
2011Baxmayaraq ki, bu mümkündür (film, 2010)Ek Tho Chance

Xarici keçidlər

Mənbə

  1. Amrita Arora Bioqrafiya
  2. Amrita Arora Bioqrafiya — IMDB
  3. Amrita Arora Bioqrafiya
  4. Çembur həmişə bizim evimiz olacaq — Mid-Day. 16 iyun 2006.
  5. Amrita Arora Filmoqrafiya