Amerikan ata! (cizgi serialı, 2005)

ABŞ animasiya sitkomu

"Amerikan ata!" (ing. American Dad!) — «Anderdoq» (Underdog Productions) və «Fazzi Dor» (Fuzzy Door Productions) studiyaların istehsalı və 20th Century Foxun sifarişi olan komediya janrında amerikan cizgi serialı. Tərtib üzrə işlər «Qriffinlərin» yaradıcısı Set Makfarleyn tərəfindən işlənib hazırlanmışdı.

Amerikan ata!
ing. American Dad!
Janrsitkom, siyasi satira[d]
YaradıcıSet Makfarleyn
Rolları səsləndirənlərSet Makfarleyn[1], Eric Edelstein[d][1], Oliviya Vayld[1], Melanie Lynskey[d][1], Rob Kordri[d][1], Mettyu Lillard[d][1], Con Kerroll Linç[d][1], Brüs Boksleytner[1], Kristin Teylor[d][1], Elayca Vud[1], Con Krasinski[1], Liza Kudrou[d][1], Elliott Quld[d][1], Robert Patrik[d][1], Lüsi Lauless[1], Neytan Fillion[d][1], Oktavia Spenser[1], Fil LaMarr[1], Coi Kinq[1], Valeri Harper[1], Stiven Yon[1], Ayk Barinholts[d][1], Stiven Fray[d][1], Kristin Çenovet[d][1], Elizabet Qillis[1], Sten Li[1], Keti Beyts[1], Patrik Stüart[1], Kris Diamantopulos[d][1], Devid Kokner[d][1], Con Di Macio[1], Meqin Prays[d][1], Lizzi Kaplan[d][1], Vill Forte[d][1], Ron Livinqston[d][1], Sandra O[d][1], Nat Fakson[d][1], Molli Şennon[d][1], Klensi Braun[d][1], Forest Uitaker[1], Brayan Krenston[1], Yoan Qriffit[d][1], Stark Sands[d][1], Petton Osvalt[d][1], Missi Payl[1], Endi Semberq[d][1], Qrey Qriffin[d][1], Ancelika Hyuston[d][1], Ceremi Sisto[d][1], Cim Raş[d][1], Zoui Deşanel[d][1], Kloe Qreys Moretz[1], Manu Bennett[1], Con Polito[d][1], Norman Ridus[1], Konni Britton[d][1], Denni Treho[1]
Ölkə
Dilingilis dili[2]
Mövsümlərin sayı20
Seriyaların sayı353
Seriyanın müddəti21 dəq.
TelekanalFox Broadcasting Company[3]
IMDbID0397306
Rəsmi saytı

Məzmun

Amerikan ata! multserialı tipik amerikan ailəsinin həyatından bəhz edir. Əsas süjet xətti 4 insan, bir yadplanetlini və danışan qızıl balığı birləşdirən Smit ailəsi ətrafında cərəyan edir. Cənubi ParkSimpsonlara analoji olaraq, multserialda əsasən din, siyasət, pop-mədəniyyət və cəmiyyətdə baş verən digər əhəmiyyətli hadisələri də nümayiş etdirilir. Serialda tez-tez "lağ" və tipik amerikan yumoru göstərilir. Məsələn «Pilot» epizodunda Tanrı ABŞ prezidenti Corc Buşa zəng edərək, ondan bir şey xahiş etmək istəyir. Lakin elə o anda Tanrıya daha bir zəng gəlir; bu dəfə ABŞ vitse-prezidenti Riçard Çeynidən.[4]

ABŞda serialın ilk pilot buraxılışı 6 fevral 2005-ci ildə Fox telekanalında baş tutmuşdu. 1 may 2005-ci ildən isə «Qriffinlər» multserialın premyerası ilə parallel olaraq Amerikan ata müntəzəm olaraq efirdə yayımlanmağa başladı.

Personajlar

Sten SmitSten Smit ailə başçısıdır. O 1980-ci ildən bəri MKİndə «silah üzrə ekspert» vəzifəsində çalışır, o terror təhlükəsindən qorunmaq üçün daimi döyüş hazırlığındadır. İkinci mövsümün birinci seriyasından başlayaraq Müavinin köməkçisi peşəsinə iddia edir. Lakin onun ilərləməsi haqqda rəsmi bildiriş seyirciyə verilməmişdi. O vaxtdan onun əsas işi potensial terroristləri dindirməkdən ibarət idi. O tez-tez özünü idarə edə bilmir və eyni anda həm paranoik, həm də müdafiyəçiyə çevrilir. Onun soyudusunda terror təhlükəsini göstərən rəngli cihaz var; onun tosteri qızardılmış çörəkləri verən zaman, Sten sadəcə olaraq tosteri gülləliyə bilər. Özünün artıq yaşına baxmayaraq Sten əla fiziki formadadır, bu da ona Ceyms Bond kimi gəzməyə imkan verir. O istəsə öz sərsəm şəxsi anlayışı ilə insan oğurluğu, narkotik alveri və ya elektroşokla insanı vurmaqla məşğul ola bilər. Bu həmçinin onun ailə üzvlərinə də aiddir. Belə ki, «Pilot» adlı epizodda, Stiv görüşə heç bir qızı çağıra bilmədiyi üçün, Sten amerikalı aktrisa Hillari Daffı oğurlayır.

Stenin kumiri Ronald Reyqandır. O tez-tez onun çıxışlarında sitat gətirir, o hətta Reyqanın dövründə yaşamış iti də evə gətirir. O beynəlxalq hadisələr haqqda heç anlayışa malik deyil. Onun avtomobili Ford Ekspedişndır.

Fransin SmitGözəl və sevimli, tipik amerikan evdar qadını və Sten Smitin həyat yoldaşı. O şəxsi mövqeyinə malikdir, lakin bunu o öz-özünə ünvanlayır, çünki əri kəskin konservativ fikirlərlə yaşayır. Onun demək olar ki, dostları yoxdur, elə karyerası kimi. Sten isə onun qonşularını həmişə qorxudur. Əvvəllər, 1980-ci ildə, onun boyfriendləri arasında Adam Anton, Billi Gibbonz (ZZ Top qrupunun üzvü), və «Dexy’s Midnight Runners» vardı. O daha çox öz qızı Heyliyə simpatiya edir, oğlu Stivi isə "atası kimi əzbərçi" olduğunu hesab edir. Ev işləri - onun bütün həyatıdır; lakin zaman-zaman o daha ciddi işlərlə məşğul olmağa məcbur olur. Fransin natural sarışın deyil - əslində onun saçları daha tünd rəngdədir. Bir dəfə o ticarət mərkəzində yerləşən kioskda keks satan zaman, ekstremist-hippilər oranı partlatmışdılar.

Sten və Fransinin iki yeniyetmə uşağı var:

Heyli SmitSten və Fransinin ultraliberal qızı. Onun dünya görüşləri atasının xoşuna gəlmir və o ona inanmır. Onun 18 yaşı var, o yerli munisipial kollecdə təhsil alır. O özünün boyfriendi Ceff Fişerlə birgə tez-tez marixuana çəkirlər, həmçinin birgə turizm və sadomazoxizmlə maraqlanırlar. Onlar hər ikisi vegeteriandır. Heyli zorakılığı qəti surətdə gəbul etmir və Ceffə çox etibar edir. Oliver Notun qızılları haqqda serialda məlum olur ki, əslində Heylinin ikinci adı Oblaminqodur. Çünki öz həyata gəlməsi ilə atasına Oliver Notun qızıllarını axtarmaqda mane olmuşdu.
Stiv SmitHəddinnən artıq kitab oxumuş oğlan, Heylinin qardaşı, Fransin və Stenin oğlu. Yadplanetli Rocer onun ən yaxın dostudur. Cəmiyyətdə öz sosial statusunu artırmaq üşün Stiv əlindən gələni edir ki, hansısa bir qızı görüşə çağırsın - və həm də o seks haqqında çox az biliklərə malikdir. Birinci epizodlarda o səs-küylü və kəskin idi, sonraki epizodlarda isə - özündənrazı və ağıllı. Stiv həmişə özünün ən yaxın dostları ilə Dungeons & Dragons oyunu oynayır. Onun 14 yaşı var və o Con Tolkinin «Elvish» dilini öyrənir. Əslində Stiv, yeniyetmə yaşında olan və keçid dövrünə xas bütün problemləri olan bir oğlandır. Stivin atası arzu edir ki, oğlu onun dabanları ilə gedərək "atasının işlərini davam etdirsin" və buna görə də tez-tez oğlunun dost dairəsini tənqid edir. Atasının fikrincə, Stivdə hər şey yaxşı olmalıdır. Elə buna görə də Stiv həyatında baş verən bəzi uğursuzluqları atasına anlatmaqda çətinlik çəkir.

Smit ailəsindən başqa serialda daha üç baş qəhrəman da cərəyan edir:

RocerKimsəsiz, tutqun bir yadplanetli. Rocer bir zaman «Anqar 51» adlı sirli yerdə (ABŞda sirli Zona 51 adlı yer haqqda bak mövcuddur: orada hərbçilər yadplanetləri, naməlum uçan obyektləri araşdırırlar) Stenin həyatını xilas etmişdi. Vaxtının çoxunu Rocer çardaqda televizora baxmaqla, siqaret çəkməklə, araq və viski içməklə keçirir. Rocer serial və televiziya proqramlarını seyr etməkdən çox xoşu gəlir. O daim özünə yeni obrazlar fikirləşir. Məsələn o aktyorluq məktəbində müəllim, psixoloq, detektiv, limuzin sürücüsü və digər peşələrdə çalışıb. Homoseksualizmə meyllidir («Jenny Fromdabloc» 616 seriyada o Cenni adında qız olur və Stivin dostu Şmuleylə cinsi əlaqəyə girir).
Klaus HaysslerMərkəzi Kəşfiyyat İdarəsinin apardığı təcrübələrin nəticəsidir. Şərgi Almaniyalı idmançının beynini qızıl balığın bədəninə köçürürlər. Bu yalnız onun üçün edilmişdir ki, yarışmada kommunist ölkəsi qalib gəlməsin. Klausu sadizm meylli "pozğun balıq" adlandırılır (onun tez-tez işlətdiyi söz «I’m German!» - Mən almanam!). O Fransinə sataşmağı sevir. Klaus yaşadığı akvarium suyunun keyfiyyətinə çox dözümlüdür. Sadə balıqlar su kranından doldurulan akvariumda ölürlər, lakin Klaus əksinə, o hətta paltaryuyan maşında, kofe termosunda yaşaya bilir. Klausun beyni 1986-cı ildə keçirilən Qış Olimpiya oyunlarında köçürülmüşdü (əslində bu oyunlar keçirilməyib). Klausun səsi slovak aktyoru Piter Lorreyə bənzədilib. "Amerikan ata!" serialın almandilli versiyasında, Klaus sakson dialektində danışır, bu Şərgi Almaniyada yaşayanlar üçün tipik dialekt formasıdır. Klausun obrazı ADR-in Dövlət Təhlükəsizlik Nazirliyi, yəni Ştazini xatırladır.
Ceff FişerHeylinin narkoman dostu. Heyli onu birinci mövsümdə atmışdı, çünki o hər şeylə razılaşır. Sonradan Sten ona özünün necə qorumağı öyrədir - döyərək, diri-diri yerə basdıraraq və bədənə tok buraxaraq. Bundan sonra Ceff və Heyli yenidən görüşməyə başladılar.

6-cı mövsümün 1 epizodunda Ceff və Heyli evlənirlər, həmin mövsümün 6-cı epizodunda isə Ceff Smitlərin evinə köçür.

Serial epizodları

MövsümVaxt intervalı (ET)# EpizodPremyeraBitmişTV MövsümSıra və dərəcəSeyircilər
(milion sayda)
TarixSeyircilər premyerası
(milion sayda)
TarixFinal seyircilər
(milion sayda)
1Bazar 9:30 s.23
6 Fevral, 2005
15.10[5]
14 May, 2006
6.86[6]2005–2006#85[7]7.1[8]
2Bazar 8:30 s.19
10 Sentyabr, 2006
8.93[9]
20 May, 2007
7.62[10]2006–2007#797.6
3Bazar 9:30 s.16
30 Sentyabr, 2007
6.07[11]
18 May, 2008
5.64[12]2007–2008#105[13]6.6[13]
420
28 Sentyabr, 2008
6.89[14]
17 May, 2009
5.64[15]2008–2009#96[16]5.5[16]
518
27 Sentyabr, 2009
7.12[17]
16 May, 2010
5.82[18]2009–2010#84[19]5.9[19]
6Bazar 9:30 s.
Bazar 7:30 s.
19
3 Oktyabr, 2010
6.16[20]
22 May, 2011
3.57[21]2010–2011#111[22]4.07[22]
7Bazar 9:30 s.18
25 Sentyabr, 2011
5.83[23]
13 May, 2012
4.13[24]2011–2012#110[25]5.47[25]
819
30 Sentyabr, 2012
5.25[26]
12 May, 2013
[27]
4.01[28]2012–2013#84[29]5.24[29]
9TBD
29 Sentyabr, 2013
TBD
Yaz 2014
TBD2013–2014TBDTBD

Giriş mahnı

Sabahın xeyir, ABŞ!
Bax, günəş sən və mənə birgə gülümsəyir
Sənə amerikan xalqı salam göndərir,
Ümidvaram ki, bizi heyranedici gün gözləyir!

Belə ki, mənimlə birgə oxuyun…
Ölkə, oyan və oxu!
[30]

Rolları səsləndirənlər

  • Set Makfarleyn Sten Smiti (ata/həyat yoldaşı) və Roceri (yadplanetli) səsləndirib
  • Wendy Schaal Fransin Smiti (arvad/ana) səsləndirib
  • Scott Grimes Stiv Smiti (Sten və Fransinin oğlu) səsləndirib
  • Reyçel Makfarleyn (Set Makfarleynin bacısı) Heyli Smiti (Sten və Fransinin qızı) səsləndirib
  • Dee Bradley Baker Klaus Hayssler (Smit ailəsində yaşayan qızıl balıq cildində olan və danışa bilən adam)
  • Ceff Fişer Ceff Fişeri (Heylinin boyfriendi) səsləndirib
Rəsmi beynəlxalq dublyaj

Almanca: Detlef Bierstedt (Sten), Silvia Mißbach (Fransin), Anja Stadlober (Heyli), Hannes Maurer (Stiv), Michael Iwannek (Rocer), Andreas Müller (Klaus).

İspanca: Gabriel Jiménez (Sten), Ana Ángeles García (Fransin), Amparo Bravo (Heyli), Pablo Tribaldos (Stiv), Eduardo Gutiérrez (Rocer).

İtalyanca: Pino Insegno (Sten), Claudia Razzi (Fransin), Antonella Baldini (Heyli), Paolo Vivio (Stiv), Franco Mannella (Rocer), Roberto Stocchi (Klaus).

Rusca: «Milli Televiziya Sindikatının» dublyajı: Vladimir Antonik (Sten, Klaus), Yelena Çebaturkina (Fransin, Heyli), Diomid Vinoqradov (Stiv, Rocer).


Set MakfarleynVendi ŞaalSkott QrimsReyçel Makfarleyn (Set Makfarleynin bacısı)Di Bredli BeykerCeff Fişer
Sten Smit, RocerFransin SmitStiv SmitHeyli SmitKlaus HaysslerCeff Fişer

Beynəlxalq yayım

ÖlkəTeleviziya kanalıDil
AlmaniyaMTV AlmaniyaAlmanca
AvstraliyaSeven Network, FOX8İngiliscə
KanadaGlobalİngiliscə
ABŞFOXİngiliscə
FransaCanal+, NRJ 12Fransızcaİngiliscə
MeksikaFXİspanca, İngiliscə
BelçikaBeTVFransızca
İspaniyaNeoxİspanca

Mükafat və nominasiyalar

İlMükafatKateqoriyaResipient və nominasiyaNəticə
2005Teen Choice Awards[31]Choice Summer SeriesAmerican Dad!Namizəd
Teen Choice Awards[31]Choice V-CastAmerican Dad!Namizəd
2006Golden Reel Award[32]Best Sound Editing in Television AnimatedAmerican Dad! for episode "Homeland Insecurity" (1.6)Namizəd
Teen Choice Awards[31]Choice TV: Animated ShowAmerican Dad!Namizəd
2007Annie Awards[32]Best Writing in an Animated Television ProductionDan Vebber for episode "The American Dad After School Special" (2.2)Namizəd
GLAAD Media Award[32]Outstanding Individual EpisodeFor episode "Lincoln Lover" (2.4)Namizəd
Golden Reel Award[32]Best Sound Editing in Television AnimatedAmerican Dad! for episode "Dungeon and Wagons" (2.5)Namizəd
2008Teen Choice Award[32]Choice TV: Animated ShowAmerican Dad!Namizəd
2009Prism Award[32]Comedy EpisodeFor episode "Spring Break-Up" (3.16)Namizəd
Primetime Emmy Awards[33]Outstanding Animated ProgramAmerican Dad! for episode "1600 Candles" (4.1)Namizəd
Teen Choice Awards[34]Choice TV: Animated ShowAmerican Dad!Namizəd
2010Annie Awards[32]Directing in a Television ProductionPam Cooke and Jansen Lee for episode "Brains, Brains & Automobiles" (5.4)Namizəd
Artios[32]Outstanding Achievement in CastingLinda LamontagneNamizəd
Teen Choice Awards[35]Choice TV: Animated ShowAmerican Dad!Namizəd
2011Teen Choice Awards[36]Choice TV: Animated ShowAmerican Dad!Namizəd
2012Primetime Emmy Awards[37]Outstanding Animated ProgramAmerican Dad! for episode "Hot Water" (7.1)Namizəd
2012POPrepublic.tv IT LIST AWARDSM[38]Favourite International TV ShowAmerican Dad!Namizəd
2013American Society of Composers, Authors and Publishers[39]Top Television SeriesAmerican Dad!Qazandı

DVD reliz

DVD AdıRelease datesEp #BBFC/IFCO/ACB reytinqƏlavə məlumat
Region 1Region 2Region 4
Birinci Mövsüm25 Aprel, 200624 Aprel, 200624 May, 20061312/15/MBu 3-disk boks set 1-ci mövsümün bütün 7 epizodunu, 2-ci mövsümün isə 6 epizodunu birləşdirir ("Pilot" birgə "Stan of Arabia: Part 2"). Xüsusi funksiyalar tərkibində şərhlər, qısametrajlı bölümlər və animasiyalar da daxildir. Birinci mövsüm "2 və 4 region" adlandırılmışdı. Kompilyasiya zamanı 1-3 mövsümlər ilk dəfə olaraq ABŞ-da, sonra isə Böyük Britaniyada buraxılmışdı.
İkinci Mövsüm15 May, 200728 May, 200721 May, 20071912/15/MBu 3-disk boks set 2-ci mövsümün bütün 10 epizodunu, 3-cü mövsümün isə 9 epizodunu birləşdirir ("Stannie Get Your Gun" birgə "The Best Christmas Story Never"). Xüsusi funksiyalar tərkibində şərhlər, qısametrajlı bölümlər və animasiyalar da daxildir. Birinci mövsüm "2 və 4 region" adlandırılmışdı.
Üçüncü Mövsüm15 Aprel, 200812 May, 200814, İyun 20081815/15/MBu 3-disk boks set 3-cü mövsümün bütün 10 epizodunu, 4-cü mövsümün isə 9 epizodunu birləşdirir ("Bush Comes to Dinner" birgə "Frannie 911"), birgə "The Most Adequate Christmas Ever" DVD versiyasına daxil edilməmişdi.[40] Xüsusi funksiyalar tərkibində şərhlər, qısametrajlı bölümlər və animasiyalar da daxildir.[41]
Dördüncü Mövsüm28 Aprel, 200920 Aprel, 200918 Noyabr, 20091415/15/MBu 3-disk boks set 4-cü mövsümün 8 epizodunu ("The Most Adequate Christmas Ever") və 5-ci mövsümün ilk 6 epizodunu birləşdirir. Bonus şəklində xüsusi funksiyalar tərkibində şərhlər, qısametrajlı bölümlər və animasiyalar da daxildir. DVD relizin Region 2 adlı buraxılışı da satışa çıxmışdı.
Beşinci Mövsüm15 İyun, 201014 iyun, 20103 Noyabr, 20101415/15/MBu 3-disk boks set 5-ci mövsümün 14 epizodunu birləşdirir. Xüsusi funksiyalar tərkibində kommentlər, silinmiş səhnələr və "Power Hour Drinking" oyunu da daxil edilib.
Altıncı Mövsüm19 Aprel, 201127 İyun, 201113 İyul, 2011[42]1815/15/MBu 3-disk boks set 6-cı mövsümün bütün 18 epizodunu birləşdirir. Xüsusi funksiyalar tərkibində kommentlər, silinmiş səhnələr və epizodlar da daxil edilib ("Rapture's Delight").[43]
Christmas with the SmithsN/A7 Noyabr, 2011[44]30 Noyabr, 2011215/15/MBirləşmiş Krallıq və Avstraliya üçün eksklyuziv olaraq iki Milad epizodu "The Most Adequate Christmas Ever" və "Rapture's Delight" birləşdirir.
Yeddinci Mövsüm17 Aprel, 201214 May, 2012[45]16 May, 20121915/15/MBu 3-disk boks set 7-ci mövsümün bütün 19 epizodunu birləşdirir, həmçinin xüsusi funksiyalar tərkibində kommentlər, silinmiş yerlər və epizodlar da daxil edilib (American Dad! at Comic-Con 2010, və "I ❤ Sir Patrick Stewart").
Səkkizinci Mövsüm24 Sentyabr, 20135 Avqust, 2013[46]21 Avqust, 20131815/15/MBu 3-disk boks set 8-ci mövsümün bütün 18 epizodunu birləşdirir.

Xarici keçidlər


İstinadlar

Həmçinin bax