Amadey (film)

Amadey (ing. Amadeus) — rejissor Miloş Forman tərəfindən 1984-cü ildə Piter Şefferin eyniadlı pyesi əsasında yazdığı (1979) ssenariyə çəkdiyi dram kinofilmidir.Piter Şefferin filmin əsasını təşkil edən pyesi Puşkinin "Motsart və Salyeri" "kiçik faciəsi" əsasında yazılmışdır. Filmdə hadisələr XVIII əsrin ikinci yarısında Vyanada baş verir.

Amadey
Amadeus
JanrBioqrafiya
dram
musiqili film
RejissorMiloş Forman
ProdüserlərSol Zenc
Maykl Xaussman
Bertil Olsson
Ssenari müəllifiPiter Şeffer
Baş rollardaF. Mürrey Abraham
Tom Xals
Elizabet Berridj
Cefri Cons
OperatorMiroslav Ondrjicek
BəstəkarlarVolfqanq Amadey Motsart
Antonio Salyeri
İstehsalçıThe Saul Zaentz Company
DistribütorOrion Pictures[d], Netflix
İlk baxış tarixi1984, 26 oktyabr 1984[1], 19 iyul 2013[2], 6 sentyabr 1984[3], 12 sentyabr 1984[3], 19 sentyabr 1984[3]
Müddət153 dəq.
180 dəq. (rejissor variantı)
Büdcə$18, 000, 000
Gəlir$51 973 029
ÖlkələrABŞ ABŞ
Dillərİngilis dili
İtalyan dili
Alman dili
Latın dili
İl1984
Rəngrəngli
Çəkiliş yeriAvstriya, Vyana, Məhəllə teatrı[4]
IMDbID0086879
MükafatlarıƏn yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı Academy Award for Best Costume Design

Film müxtəlif mükafatlar üzrə ümumilikdə 50 nominasiyaya namizəd göstərilmiş, onlardan 40-ını qazanmışdır. Qazanılan mükafatlar içərisində 8 Oskar (həmçinin ən yaxşı film nominasiyasında, 4 BAFTA mükafatı, 4 Qızıl Qlobus mükafatı və Amerika Rejissorlar Gildiyasının (DGA) mükafatı var.

Süjeti

"Amadey" — bacarıqlı lakin dahi olmayan Antonio Salyeri barədə dram filmidir. Bəstəkar filmin əvvəlində tamaşaçılar önündə mülayim xarakterli, mehriban və dindar, lakin sonda Allahla qızğın döyüşə girmiş halda təqdim olunur. Bu hekayə Allahla münasibətlər, dahinin təbiəti və qısqanclıq barədə bir çox sualları qaldırır. Filmin əsas mövzusu — nə üçün yaradanın insanlara müəyyən məqsədə çatmaq üçün istək verib (bu halda — parlaq bəstəkar), lakin ekvivalent bacarıqlar verməməsidir.

Film intihar cəhdindən sonra Salyerinin (F. Mürrey Abraham) düşdüyü dəlixanada başlayır. Gənc keşiş (Riçard Frank) Salyerini sorğu-sual etmək üçün gəlir və bəstəkar ona həyat tarixçəsini danışır, film isə bizi 30 il əvvəlin Vyanasına aparır.

Salyerinin hekayəsi II İosifin (Cefri Cons) sarayında saray bəstəkarı olduğu vaxtlardan başlayır. Ona bəxş olunmuş uğur və şöhrətə görə, daim sadiqliq andı içdiyi Allaha minnətdardır.O, uğurlu və məşhurdur, həyatından və musiqidən tam razıdır. O hələ Motsartla (Tom Xals) görüşməyib, lakin onun musiqisi və özü haqqında eşidib. Onun şöhrəti Salyeridə maraq oyadıb və ziyafətlərin birində onunla görüşə nail olmağa çalışır. Volfqanq Amadey Motsartı gördüyü an Salyeri üçün böyük xəyal qırıqlığı olur. Belə ki, gənc Motsart yerdə sürünür və Konstans Veberlə (Elizabett Berriç) (gələcəkdə Motsartın həyat yoldaşı) iyrənc eşqbazlıqla məşğuldur. Salyeri şokdadır, o anlaya bilmir ki, bu gözəllikdə musiqi necə bu axmaq gənc tərəfindən bəstələnə bilər.

Zaman keçdikcə, bir sıra ağrılı alçalmalardan sonra Salyeri anlayır ki, Motsartın musiqisi ilə müqayisədə bütün işləri əhəmiyyətsizdir. O, Allahın ondan üz çevirməsini anlaya bilmir. Nə üçün bu qədər böyük istedadı Salyeriyə deyil, əhəmiyyətsiz Motsarta verib? Bütün ömrü boyu dindar katolik olan Antonio Salyeri bu qədər böyük istedad üçün Allahın onu deyil, Motsartı seçdiyinə inana bilmir. Salyerinin ən çox anlaya bilmədiyi isə nə üçün onun musiqiyə olan meylinə bu qədər iltifat edən Allahın sonradan onu belə amansızcasına dağıtmasıdır. Bir dəfə o, ümidsizlik içində qışqırır: "Nə zamansa istədiyim hər şey yalnız Tanrı üçün oxumaq idi. O mənə sanki bədənimdəki susuzluq kimi, bu istəyi verib, lakin istedadda mənə imtina edib. Nə üçün?"

Zavallı elə düşünməyə başlayır ki, Allah məhz onun istedadsızlığını göstərmək üçün gözəl musiqini Motsart vasitəsilə yaradır. O, kədər içindədir. O, bütün məhəbbətini və musiqisini Allaha verirdi, hətta onun naminə bakirlik əhdi verib. İndi isə Allah onun istedadsızlığına gülür. Qəzəblənmiş və ruhdan düşmüş Salyeri Allahdan üz çevirir. Möhtəşəm səhnədə o, divardan xaçı cıxarır və odda yandırır. Salyeri bundan sonra Allahın düşməni olacağına və Motsartı məhv edərək ondan intiqam alacağına and içir.

Filmin bütün qalan hissəsini Salyeri özünü Motsartın dostu və müttəfiqi kimi göstərərək, bütün gücünü onun nüfuzunu məhv etməyə sərf edərək kompozisiyalarının uğurunun qarşısını almağa çalışır. Motsart isə həm sosial, həm də maddi cəhətdən çox başısoyuqdur. Onun saraydaki ilkin uğuru tezliklə yoxa çıxır və çox sayda içki və əyləncə gecələri maddi vəziyyətinə son zərbəni vurur. Motsartın saraydakı nüfuzu, sağlamlığı və evliliyi ciddi ziyan görməsinə baxmayaraq musiqisi hələ də çox möhtəşəmdir. Dərs vermək üçün çox qürurlu olan Motsart, yalnız musiqi bəstələməklə məşğuldur, lakin bu onun israfçılığını ödəməyə yetmir.

Bu zaman Salyeri qisas planını fikirləşir. O, Motsartı ölmüş atasının ona Rekviyemi sifariş etmək üçün dirildiyi fikrinə inandırır (Motsartın atası Leopold Motsart (Roy Dotris) sağlığında hökmlü və qəddar olub, onun yaradıcılıq cəhdlərini sıxırdı). Ölmüş atasının onu ziyarət etməsinə inanc Motsartı əsəb sarsıntısına gətirir və onun içkiyə meylini daimi edir. Salyerinin planı eyni anda həm divanə, həm də dahiyanədir. Plan bitmiş rekviyemi gizli yolla əldə etmək, Motsartı öldürmək və onun yasında rekviyemi ifa edərək onu öz adına çıxmaqdan ibarət idi. O, əsrarəngiz rekviyemi Motsartdan oğurlamağı Allahın özündən oğurluq etmək kimi qəbul edir. Əgər tarix onu, Salyerini dahi bəstəkar kimi yadda saxlayacaqsa, Allahın özündən oğurlanmış musiqi sayəsində saxlayacaq və intiqamı həyata kecəcək.

Bu arada Motsartın dostu Emanuel Şikaneder ona "Xalq üçün" opera yazmağı təklif edir. Motsart razılaşır və "Sehrli fleyta"nı yaradır. Opera böyük uğur qazanır. Lakin nümayiş zamanı Motsart yorğunluqdan (rekviyem və operanı bitirmək üçün həddən artıq çox işləyir) huşunu itirir və Salyeri onu evə aparır.

Ağır xəstə olan Motsartı evə gətirən Salyeri onu rekviyemi yazmağa təhrik edir. Motsart çox zəif olduğunu deyir. Salyeri son dərəcə təsirli səhnədə yatağa düşmüş Motsartın diktəsi altında notları özü yazmağı təklif edir. Motsartın diktəsi ilə musiqini yazmağa çalışan Salyeri anlayır ki, onun dühası əlçatmazdır.

Səhər evə qayıdan Motsartın həyat yoldaşı onu ölü tapır və Salyerini evdən qovur. Salyerinin rekviyemi oğurlamaq planı uğursuzluğa düçar olur.

Motsartın dəfni sönük keçir, onu adsız qardaşlıq qəbrində basdırırlar.

Hekayə bizi yenidən dəlixanaya qaytarır və Salyerinin etirafından dəhşətə gəlmiş gənc keşişi görürük. Salyeri Motsartı onun yox, Allahın öldürdüyünü iddia edir. O "rəhmli" Allahın Salyeriyə rekviyemi oğurlamağa imkan verməkdənsə, Motsartı öldürməyi seçdiyini deyir.

Sonra Salyeri acı gülüşlə bütün istedadsızların himayədarı olduğunu, istedadsız gənc keşiş və dünyadakı bütün istedadsızlar üçün dua edəcəyini söyləyir. Salyerinin otağına növbətçi daxil olur və onu ayaqyoluna doğru aparır. Oraya yol bütün dəlixanadan keçdiyindən Salyeri qəfəsdə olan, əlləri bağlı, cındır paltarlı, bir-birilə danışan və ya sadəcə ətrafa mənasız baxışlarla baxan, aydın idiotizmdən əziyyət çəkən dəlilərin yanından keçir. Salyeri Roma papası kimi onları salamlayır və deyir: "Dünyanın bütün istedadsızları, mən sizi əfv edirəm, əfv edirəm, əfv edirəm, əfv edirəm, hamınızı əfv edirəm...".

Film böyük planda yorğun gözlərini güclə bağlayan Salyeri ilə bitir. Filmin son saniyələrini Motsartın Salyeriyə rahatlıq verməyən körpə gülüşünün xatirəsi doldurur.

Rollarda

AdRolQeydlər
Farid Mürrey AbrahamAntonio Salyeri
Tom XalsVolfqanq Amadey Motsart
Roy DotrisLeopold Motsart
Elizabet BerriçKonstansiya Motsart
Cefri ConsII İosif
Kristin EbersoulKaterina Kavaleri
Carlz KeyQraf Orsini-Rozenberq
Kerri BeykerCırtdan
Karel FialaDon Juan

Mükafatlar

Mükafatlar
İlMükafatKateqoriyaNamizəd şəxsNəticə
1985Oskar mükafatıƏn yaxşı filmMiloş FormanQazandı
Ən yaxşı kişi roluna görəFarid Mürrey AbrahamQazandı
Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görəPiter ŞefferQazandı
Ən yaxşı rejissorMiloş FormanQazandı
Ən yaxşı geyimlər dizaynına görəTeodor PistekQazandı
Ən yaxşı dekorasiya dizaynıKarl Çernı
Patrisiya Fon Brandenstayn
Qazandı
Ən yaxşı qrimə görəDik Smit
Pol Leblan
Qazandı
Ən yaxşı səsə görəMark Berqer
Tomas Skot
Todd Boklayd
Kristofer Nyüman
Qazandı
1985Qızıl Qlobus mükafatıƏn yaxşı dram filmiQazandı
Ən yaxşı dram aktyoruMürrey AbrahamQazandı
Ən yaxşı rejissor işiMiloş FormanQazandı
Ən yaxşı ssenariPiter ŞefferQazandı
1986BAFTA mükafatıən yaxşı operator işiMiroslav OndrjiçekQazandı
Ən yaxşı montajMaykl ÇendlerQazandı
Ən yaxşı qrimə görəDik Smit
Pol Leblan
Qazandı
Ən yaxşı səsə görəMark Berqer
Tomas Skot
Todd Boklayd
Kristofer Nyüman
Qazandı
1985Sezar mükafatıƏn yaxşı xarici filmQazandı
1985David di Donatello mükafatıƏn yaxşı xarici filmQazandı
ən yaxşı xarici film rejissoruMiloş FormanQazandı
ən yaxşı xarici aktyorTom XalsQazandı

Maraqlı faktlar

  • Filmdə danışılan hadisə uydurmadır. Şeffer tərəfindən yaradılan Salyeri obrazının real insanla heç bir əlaqəsi yoxdur. Antonio Salyeri vaxtilə Motsartdan daha məşhur olub və heç bir halda istedadsız, savadsız olmayıb həmkarları və həmçinin Motsart[5] tərəfindən böyük hörmətə malik idi. Salyerinin tələbələri, Lüdviq van BethovenFranz Şubert müəllimlərinə əsərlər itfah etmişlər. 35 il ərzində Vyanada ən ali musiqi postunu tutan Salyeri heç sözsüz bir çox rəqiblərə malik idi[6]. Lakin Salyerinin rəqiblərin səyi nəticəsində yaranan yalan Puşkinin qələmi sayəsində əfsanəyə çevrilir və Salyeri əclaf və paxıl biri kimi qəbul edilməyə başlayır. Salyerinin Motsartı öldürməsi şayiəsi indiyədək heç kim tərəfindən təsdiqini tapmamışdır. İngilis teatrı Şefferin pyesini İtaliyada səhnəyə qoyduqdan sonra bəstəkarın həmyerlilərinin narahatlığına səbəb olur və Milan konservatoriyası Motsartı öldürməkdə günahkar bilinən Salyerinin məhkəməsini qurur. 1997-ci ildə Milan ədliyyə sarayının əsas zalında baş tutan məhkəmə prosesində məhkəmə ittihamçı və müdafiə tərəfinin şahidlərini (Motsart və Salyerinin həyat və yaradıcılığının tədqiqatçılarını, həmçinin həkimləri) dinləyərək, "Öldürməyib" verdiktini çıxardı.[7][8].
  • Filmdə Qara paltarlı adam Motsarta Rekviyemi qışda sifariş edir. Həqiqətdə isə bu hadisə yayın ortası olmuşdur və bu hadisənin Salyeri ilə heç bir əlaqəsi yoxdur. Sifarişçinin və əlaqəçinin adı musiqişünaslara yaxşı məlumdur[9].
  • Filmdə Don Juan operasının çəkildiyi məkan operanın ilk dəfə səhnəyə qoyulduğu məkandır.
  • Filmin opera səhnələrində istifadə olunan dekorasiyalar və kostyumlar 18-ci əsrin real kostyum və dekorasiyalarının eskizləri əsasında hazırlanıb.
  • Bütün film təbii işıqlandırmada çəkilib.
  • Motsartın qıcıqlandırıcı gülüşü konsepsiyası müasirlərinin məktublarından götürülüb.
  • Müasir televiziya antennalarının, plastmas və asfaltın xarici görünüşünü dəyişmədiyi Praqa (Miloş Formanın doğma şəhəri) XVIII əsrin Vyanası üçün ideal əvəzləyici olmuşdur.
  • Tom Xals inandırıcı görünmək üçün hər gün dörd saat fortepianoda ifa etmişdir.
  • Filmdəki musiqi əvvəlcədən yazılmışdır və çəkilişlər zamanı arxa planda ifa edilirdi.

Həmçinin bax

İstinadlar