Altan Öymən

Məhməd Altan Öymən[1] (20 iyun 1932, İstanbul) — Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi.

Altan Öymən
Şəxsi məlumatlar
Doğum tarixi20 iyun 1932(1932-06-20) (92 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyətisiyasətçi, jurnalist, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Öymən 20 iyun 1932-ci ildə anadan olmuşdur. Orta təhsilini Ankaradakı Atatürk Liseyində başa vurmuşdur.[2] Ankara Universitetinin Politologiya fakültəsini bitirmişdir. Jurnalistlik fəaliyyətinə artıq 1950-ci ildə 18 yaşında başlamış və uzun müddət "Ulus", "Axşam", "Cümhuriyyət" və "Milliyyət" kimi böyük qəzetlərdə müxbir, köşə yazarı və baş redaktor vəzifələrində çalışmışdır. 1960-cı illərdə Altan Öymen Almaniya Federativ Respublikasının Bonn şəhərində mətbuat attaşesi vəzifəsində çalışmışdır.

Öymən partiya rəhbərliyi dövründə yarımçıq qoyduğu jurnalistlik karyerasına yenidən başlamış və "Radikal" qəzetindəki köşə yazısında siyasi mövzularda məqalələr yazmışdır.[3]

1980–1990-cı illərdə jurnalistikasına görə bir neçə dəfə mükafatlandırılmışdır.[4]

Əsərləri

İstinadlar

Xarici keçidlər