Almaniya–İtaliya futbol rəqabəti


Almaniya və İtaliya yığmaları arasındakı futbol rəqabəti Avropanın iki ən maraqlı futbol yığması olan Almaniyaİtaliya arasında keçirilir və beynəlxalq səviyyədə davamlılığına görə yalnız Braziliyadan geri qalır. Ümumilikdə hər iki komanda bütün Avropa ölkələrinin birlikdə ümumi nəticəsindən çox - 8 dəfə FİFA Dünya Kubokunun qalibi və 14 dəfə bu turnirin finalçısı olublar. Onlar bir-birinə qarşı 5 dəfə Dünya Kubokunun finalında oynayıblar və bu oyunlar dünya futbolu tarixinə keçib. 1970-ci ildə bu iki ölkə arasında keçirilən "Əsrin oyunu" yarımfinal oyunu İtalyanın əlavə vaxtda qazandığı 4:3 hesablı qalibiyyəti ilə yadda qalmışdır, bu dramatik oyuna Mexiko şəhərində Azteca stadionunun (Estadio Azteca) girişində xatirə lövhəsi qoyulmuşdur.
Almaniya milli futbol komandası həmçinin 3 dəfə UEFA Avropa Çempionatı kubokunu qazanmışdır, İtaliya milli futbol komandası isə bu titulu yalnız bir dəfə qazanmışdır. Bu iki ölkə Avropa Çempionatında 4 dəfə üz-üzə gəlmişdir, bunlardan üçü əsas hissədə heç-heçə (birində almanlar penaltilərdə qalib olmuşdur), biri isə italyanların qələbəsi ilə baş çatmışdır.
Almaniyanın beynəlxalq çempionatlarda daha çox qalib olmasına baxmayaraq, İtaliya başa-baş keçirdikləri 34 oyuna 15 qələbə, 11 heç-heçə və 8 məğlubiyyətlə dominantlığını qoruyub saxlayır.
Bundan başqa, Almaniya Avro-2016 dörddə bir mərhələsindəki oyuna qədər heç vaxt əsas oyunlarda İtalyanı məğlub edə bilməyib (almanlar italyanlar üzərindəki digər bütün qələbələri yoldaşlıq oyunlarında qazanıb). Bundan başqa, bu iki yığma arasında Avro-1996 qrup mərhələsində İtaliya turnirdən uzaqlaşdırıldı, həmin vaxt Almaniya artıq nokaut mərhələsinə vəsiqə qazanmışdı.
Həmçinin İtaliya və Almaniya Demokratik Respublikası (Şərqi Almaniya) arasında hərəsinə 1 qələbə və 2 heç-heçə olmaqla 4 matç keçirilmişdir.Bu iki ölkə bir dəfə Yay Olimpiya Oyunları zamanı da bir-birinə qarşı oynamışdır. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında Qərbi Almaniya bürünc medal uğrunda oyunda İtalyanı 3:0 hesabı ilə məğlub etmişdir.
Almaniya 1995-ci il 21 iyunda Münhendə Alyans Arenada 2:0 hesabla İtaliya üzərində qələbə qazandıqdan yalnız 21 il sonra 29 mart 2016-cı ildə 4:1 hesabla italyanları məğlub edə bildi.
2 iyul 2016-cı ildə Almaniya böyük turnirlərdə (Avropa Çempionatı və Dünya Çempionatı) İtaliyaya qarşı özünün ilk rəqabət xarakterli qələbəsini qazandı. Fransanın Nouveau Stade de Bordeaux stadionunda UEFA Avropa Kuboku 2016 turnirinin dörddə bir mərhələsi oyununda əsas vaxtda 1:1 heç-heçə ilə keçən gərgin oyundan sonra italyan müdafiəsini qıra bilməyən almanlar penaltilər seriyasında 6:5 hesabı ilə qalib gəldilər.

Oyunların siyahısı

NömrəTarixMəkanTəsnifatOyunNəticə
11 Yanvar 1923MilanYoldaşlıqİtaliya
-Almaniya
3:1
223 Noyabr 1924DuisburqYoldaşlıqAlmaniya-İtaliya
0:1
328 Aprel 1929TurinYoldaşlıqİtaliya-Almaniya
1:2
42 Mart 1930FrankfurtYoldaşlıqAlmaniya-İtaliya
0:2
51 Yanvar 1933BolonyaYoldaşlıqİtaliya-Almaniya3:1
615 Noyabr 1936BarlinYoldaşlıqAlmaniya-İtaliya1:1
726 Mart 1939FlorensiyaYoldaşlıqİtaliya
-Almaniya
3:2
826 Noyabr 1939BerlinYoldaşlıqAlmaniya
-İtaliya
5:2
95 May 1940MilanYoldaşlıqİtaliya
-Almaniya
3:2
1030 Mart 1955ŞtutqartYoldaşlıqAlmaniya-İtaliya
1:2
1118 Dekabr 1955RomaYoldaşlıqİtaliya
-Almaniya
2:1
1231 May 1962SantyaqoDÇ-1962İtaliya-Almaniya0:0
1313 Mart 1965HamburqYoldaşlıqAlmaniya-İtaliya1:1
1417 İyun 1970MexikoDÇ-1970İtaliya
-Almaniya
4:3 (a)
1526 Fevral 1974RomaYoldaşlıqİtaliya-Almaniya0:0
168 Oktyabr 1977BerlinYoldaşlıqAlmaniya
-İtaliya
2:1
1714 İyun 1978Buones-AyresDÇ-1978İtaliya-Almaniya0:0
1811 İyul 1982MadridDÇ-1982İtaliya
-Almaniya
3:1
1922 May 1984ZürixYoldaşlıqAlmaniya
-İtaliya
1:0
205 Fevral 1986AvellinoYoldaşlıqİtaliya-Almaniya
1:2
2118 Aprel 1987KölnYoldaşlıqAlmaniya-İtaliya0:0
2210 İyun 1988DüsseldorfAvro-1988Almaniya-İtaliya1:1
2325 Mart 1992TurinYoldaşlıqİtaliya
-Almaniya
1:0
2423 Mart 1994ŞtutqartYoldaşlıqAlmaniya
-İtaliya
2:1
2521 İyun 1995ZürixYoldaşlıqAlmaniya
-İtaliya
2:0
2619 İyun 1996MançesterAvro-1996Almaniya-İtaliya0:0
2720 Avqust 2003ŞtutqartYoldaşlıqAlmaniya-İtaliya
0:1
281 Mart 2006FlorensiyaYoldaşlıqİtaliya
-Almaniya
4:1
294 İyul 2006DortmundDÇ-2006Almaniya-İtaliya
0:2 (b)
309 Fevral 2011DortmundYoldaşlıqAlmaniya-İtaliya1:1
3128 İyun 2012VarşavaAvro-2012Almaniya-İtaliya
1:2
3215 Noyabr 2013MilanYoldaşlıqİtaliya-Almaniya1:1
3329 Mart 2016MünhenYoldaşlıqAlmaniya
-İtaliya
4:1
342 İyul 2016BordoAvro-2016Almaniya
-İtaliya
1:1 (c)

(c)

3515 Noyabr 2016İtaliyaYoldaşlıqİtaliya-Almaniya

(a) İtaliya əlavə vaxtda 4:3 hesabla qələbə qazanıb(b) İtaliya əlavə vaxtda 0:2 hesabla qələbə qazanıb(c) Almaniya penaltilərdə 6:5 hesabı ilə qələbə qazandı

Statistika

Ümumilikdə

Keçmiş Qərbi Almaniyaya qarşı oyunlar da daxil olmaqlaPenaltilər seriyası heç-heçə nəticələrə daxil edilməklə

  • Ümumi oyunların sayı: 34
  • İtalyanın qazandığı qələbə sayı: 15
  • Heç-heçə: 11
  • Almaniyanın qazandığı qələbə sayı: 8