Aliya Mustafina

Aliya Mustafina (tat.: Алия Фəphəт kызы Мостафина; d. 30 sentyabr 1994, Moskva, Rusiya) — Rusiyalı idman gimnastı. Aliya Mustafina 2012 London2016 Rio-de-Janeyro Olimpiadasında müxtəlif hündürlükdə qollarda qızıl medal qazanıb. Aliya Mustafina həm də üç dəfə Dünya çempionu, beş dəfə Avropa çempionu və 2015-ci ildə Bakıda, I Avropa Oyunlarının üç qat qızıl medalçısı olub (komanda, çoxnövçülük və müxtəlif hündürlükdə qollarda). Aliya Mustafina 2012-ci ildə "Dostluq" ordeninə, 2016-cı ildə isə "Şərəf" ordeninə layiq görülüb.

Aliya Mustafina
Aliya Mustafina 2012 London Olimpiadasında
Aliya Mustafina 2012 London Olimpiadasında
Şəxsi məlumatlar
Tam adıAliya Fərhadovna Mustafina
LəqəbiŞahzadə (rus. Королева)
VətəndaşlığıRusiya Rusiya
Doğum tarixi (29 yaş)
Doğum yeriMoskva, Rusiya Rusiya
Təhsili
  • Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universiteti[d]
Boyu162 sm.
Çəkisi51 kq.
İdman növü İdman Gimnastikası
25 avqust 2016 tarixində yenilənib.

Həyatı

Ailəsi

Aliya Mustafinanın atası Fərhad Mustafin, 1976 Monreal Olimpiadasının yunan-roma güləşi üzrə bürünc medalçısıdır. Anası Yelena Mustafina (Kuznetsova) isə fizika müəlliməsidir. Aliya Mustafina bacısı Nailə Mustafinada idman gimnastıdır və Rusiyanın idman ustasıdır, amma o, ciddi zədə aldığdan sonra pəşəkar karyerasını başa vurdu və həvəskar yarışlarda çıxış etdi. Aliya Mustafinanın ana nəslindən nənəsi və babası əslən Moskva vilayətinin Yeqorovsk rayonunun, Volkova kəndindəndir. Ata nəslindən nənəsi və babası isə Nijeqorod vilayətinin Krasnooktyabrsk rayonunun, Rıbuşkino kəndindəndir.

Erkən karyerası

Aliya Mustafinanın 6 yaşı olanda atası onu gimnastika məşqlərinə gətirdi. Aliya Mustafina ardıcıl olaraq uşaqlar arasında müxtəlif yarışların qalibi oldu. Daha sonra isə o, gənclər arasında III Spartakiada Oyunlarında beş qızıl medal qazandı, lakin bir müddət sonra məşqçi Dina Kamalova ilə arasında olan münaqişəyə görə Aliya Mustafina məşqlərini dayandırdı, amma daha sonra Aleksandr Aleksandrovun rəhbərliyi altında Aliya Mustafina məşqlərini bərpa etdi.

Yeniyetmə karyerası

Aliya Mustafina

Karyerası

2009–2013-cü illər

Aliya Mustafinanın zədəsi

Aliya Mustafina

2010 Dünya Çempionatı

Aliya Mustafina

2012 London Olimpiadasına hazırlıq çərçivəsində Aliya Mustafina Avropa Çempionatı, həmçinin Rusiya Çempionatı və Rusiya Kubokunda qüvvəsini sınadı.

2013 Kazan Universiadası

Aliya Mustafina

2013 Dünya Çempionatı

Aliya Mustafina

2014–2016-cı illər

2014 Dünya Çempionatı

Aliya Mustafina

2015 Avropa Oyunları

Aliya Mustafina

2016 Rio-de-Janeyro Olimpiadası

Aliya Mustafina

Nəticələri

İlYarışŞəhərMərhələ Çoxnövçülük
KomandaFərdi
2010Dünya Çempionatı
2011Avropa Çempionatı
2012Rusiya Çempionatı
2012Avropa Çempionatı BrüsselTəsnifat15.533 (5)12.966 (32)172.562 (2)
Final175.536 (2)
Rusiya Kuboku PenzaFinal16.150 (1)15.000 (2)14.750 (1)175.204 (1)59.167 (2)
Olimpiya Oyunları LondonTəsnifat15.700 (5)14.700 (12)14.433 (8)180.429 (2)59.966 (5)
Final16.133 (1)14.900 (3)178.530 (2)59.566 (3)
2015Avropa Oyunları BakıTəsnifat15.200 (1)14.566 (2)13.966 (1)58.865 (1)
Final15.400 (1)14.200 (2)116.897 (1)58.566 (1)
2016Olimpiya Oyunları Rio-de-JaneyroTəsnifat15.166 (9)15.833 (2)13.033 (55)14.066 (17)174.620 (3)58.098 (6)
Final15.900 (1)176.688 (2)58.665 (3)
Vladimir Putin və Aliya Mustafina, "Şərəf" ordeninin təltifetmə mərasimində (25 avqust 2016)

Dövlət təltifləri

"Dostluq" ordeni — (13 avqust 2012) Böyük Britaniyanın London şəhərində, XXX Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətlərə görə.

"Şərəf" ordeni — (25 avqust 2016) Braziliyanın Rio-de-Janeyro şəhərində, XXXI Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətlərə görə.

İstinadlar