Alfredo Qomes Urkuyo

Alfredo Qomes Urkuyo (isp. Alfredo Gómez Urcuyo; d. 9 avqust 1942, Rivas, Nikaraqua) — Nikaraqua Respublikasının vitse-prezidenti (2005-2007).

Alfredo Qomes Urkuyo
isp. Alfredo Gómez Urcuyo
bayraq
Nikaraqua Respublikasının vitse-prezidenti
10 oktyabr 2005 – yanvar 2007
ƏvvəlkiXose Rizo Kastellon
SonrakıXaime Morales Karazo
Şəxsi məlumatlar
Doğum tarixi (81 yaş)
Doğum yeriNikaraqua, Rivas
Fəaliyyətisiyasətçi

Həyatı

9 avqust 1942-ci ildə Rivas şəhərində anadan olmuşdur.[1]

Təhsili

İlk ali təhsilini Rivas şəhərindəki Rosendo Lopes İnstitutunda almışdır.[1] Daha sonra təhsilini Diriamba şəhərinin Pedaqoji İnstitutunda və Xinotepe şəhərinin Xuan Xose Rodrigez İnstitutunda davam etdirmişdir.[1]

1970-ci ildə Manaquanın Mərkəzi Amerika Universitetində baytarlıq və zooloq peşəsinə yiyələnmişdir.[1]

Siyasi fəaliyyəti

2005-ci il oktyabrın 10-da Nikaraqua Milli Asambleyası tərəfindən Respublikanın vitse-prezidenti seçilmişdir.[1] 2007-ci ilin yanvarına qədər bu vəzifədə olmuşdur.

Ailəsi

Evlidir, altı övlad atasıdır.[1]

Mükafatları

  • 2002-ci ildə "Korrupsiyaya Qarşı Mübarizə"də göstərdiyi xidmətlərə və vətənpərvərliyə görə Vətəndaş Cəmiyyəti tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür.[1]

İstinadlar