Alfonso Deyvis

Alfonso Deyvis (2 noyabr 2000[1][2][…]) — Hazırda Kanada milli futbol komandası və Almaniya Bundesliqasında çıxış edən Bayern Münhen FKin futbolçusudur. Gənc yaşından dünyada tanınmağa başlamışdır. 2019/2020-ci il futbol mövsümündə Alfonso Deyvis Almaniyanın ən gənc və ən yaxşı oyunçusu seçilmişdir. 2020-ci ildə komandası ilə UEFA Çempionlar LiqasıBundesliqa qalibi olmuşdur.

Alfonso Deyvis
ing. Alphonso Davies
Ümumi məlumatlar
Tam adıAlfonso Deyvis
Doğum tarixi2 noyabr 2000(2000-11-02)[1][2][…] (23 yaş)
VətəndaşlığıŞablon:Lib
Boyu183
Çəkisi75 kq[3]
MövqeyiMüdafiəçi
Klub haqqında məlumat
KlubAlmaniya Bayern Münhen
Nömrəsi10
Karyerası
Gənclik karyerası
2016Kanada Whitecaps FC 211 (2)
2016–2018Kanada Vancouver Whitecaps FC65 (8)
2018–2019Almaniya Bayern Mühnehn II6 (0)
2019Almaniya Bayern Mühnehn FK41 (4)
Milli yığma[* 1]
2016Kanada Kanada (17 yaşlılar)2 (1)
2016Kanada Kanada1 (0)
2005–Kanada Kanada17 (5)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milli komanda

Alfonso Deyvis 2017-ci ildə 17 yaşında Kanada milli komandasının heyətində tarix boyu meydana çıxan ən gənc oyunçu olmuşdur. 2017-ci ildə KONKAKAF final matçında 2 qol vuraraq Kanada millisinin heyətində qol vuran ən gənc oyunçu oldu.

Həyatı

Deyvisin valideynləri əslən Liberiyadandır. Atası Debeah Deyvis və Viktoria Deyvis doğulduqları paytaxt Monroviada ikinci Liberiya vətəndaş müharibəsi zaman ölkədən qaçıblar. Alfonso Deyvis 5 yaşında olarkən ailəsi ilə birlikdə Kanadaya köçürlər. 6 iyun 2017-ci il tarixində Kanada vətəndaşlığı alır. Bu vaxta qədər isə Liberiya vətəndaşı idi. Alfonsonun özündən əlavə 5 qardaşı da var. O, ailəsinin 4-cü oğludur. O, Edmonton bölgəsində yerləşən Nikolos Katolik lisseyində təhsil alıb. Onun yaxın dostunun dediyinə görə Alfonsonun futbol oynamaq üçün tək problemi dil bilməməsi idi, lakin sonradan o ingilis dilini öyrəndi.

Uşaq futbolu illəri

Deyvis, Edmontonda kiçiklər arasında keçirilən "Free Fotie" adlı turnirdə iştirak etmişdir. Yaşadığı ərazidə olan Edmonton Internationals və Edmonton Strikers klublarında oynamışdır. 2015-ci ildə 15 yaşı olarkən Kanadanın "Whitecaps FC Residency" klubuna transfer olunur.

Bayern Münhen karyerası

25 iyul 2018-ci ildə onun komandası bəyan edir ki, Deyvisi Bundesliqa təmsilçisi "Bayern Münhen" tərəfindən transfer təklifi alıb. 2019-cu ilin yanvarında Deyvis, 13.5 milyon avro qarşılığında Bayern Münhen FK ilə müqavilə imzalayır.

2019-cu ildə UEFA Çempionlar Liqası oyunu çərçivəsində Olimpiakos FK ilə keçirilən oyunda ilk dəfə olaraq sol cinahda oynamağa başlayır. Onun oyun ərzində sərgilədiyi texnika həm məşqçilər korpusu həm də azarkeşlər arasında alqışlanır. Həmin tarixdən sonra Deyvis komandasında əsas sol cinah müdafiəçisi kimi oynamağa başlayır.

İstinadlar

Xarici keçidlər