Aleksey Balabanov

Aleksey Balabanov (rus. Алексей Балабанов; doğ. 25 fevral 1959, Sverdlovsk — 18 may 2013, Sankt-Peterburq) — rusiyalı rejissor, ssenari müəllifiprodüser. "Eybəcərlər və insanlar haqqında" filmində rejissor işinə görə "Nika" mükafatının sahibi, "Qardaş" və "Müharibə" filmlərinə görə "Kinotavr" kinofestivalın ikiqat mükafatçısı.

Aleksey Balabanov
rus. Алексей Балабанов
Aleksey Balabanov "Ocaqçı" filminin çəkilişləri zamanı.
Aleksey Balabanov "Ocaqçı" filminin çəkilişləri zamanı.
Doğum adıАлексей Октябринович Балабанов
Doğum tarixi
Doğum yeriSverdlovsk, RSFSR, SSRİ
Vəfat tarixi (54 yaşında)
Vəfat yeriSankt-Peterburq, Rusiya
Vəfat səbəbiürək tutması
Dəfn yeri
  • Smolensk qəbiristanlığı[d]
VətəndaşlığıSSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyətirejissor
ssenari müəllifi
prodüser
Fəaliyyət illəri19852013
Təhsili
  • Ali rejissor və ssenarist kursu[d]
Mükafatları"Nika" (1998)
IMDbID0049326
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Sverdlovsk məktəb binasında Aleksey Balabanovun xatirə lövhəsi

25 fevral 1959-cu ildə Sverdlovskda anadan olub. Nikolay Dobrolyubov adına Nijni Novqorod Dövlət Dillər Universitetinin tərcümə fakültəsində təhsil alıb.

1981-83-cü illərdə Sovet Ordusunda zabit kimi hərbi xidmət keçib (hərbi-nəqliyyat aviasiyasında[1]). Bu illər ərzində AfrikaAsiya ölkələrinə səyahət edib. Sonradan bu təcrübə ona "200-cü yük" filmində kömək oldu. Əfqanıstan müharibəsi iştirakçısı olub. Hərbi qulluğunun bitməsinə az qalmış Hərbi Dəniz Donanmasına keçirilir və həmin illərdən dənizçi geyiminə xüsusi sevgisi yaranıb.

Sverdlovsk kinostudiyasında dörd il rejissor assistenti işləmişdir.[2] 1990-cı ildə Ali Ssenaristlər və Rejissorlar kursunun məzunu olmuşdur.

İlk filmini 26 yaşında 1985-ci ildə Uralda lentə aldı. Filmin ssenarisi bir gecəyə yazılmışdı. Az büdcəyə ərsəyə gələn filmin çəkilişləri restoranda aparılıb. Filmdə Nautilus Pompilius musiqi qrupunun mahnılarından istifadə olunub. Balabanov qrupun lideri olan Vyaçeslav Butusov ilə tanış idi. Debütündan sonra sənət kinosuna meyil edən rejissor, peşəkar aktyorlarla işləməkdən imtina etməyə başlayır.[1]

1990-cı ildə Balabanov Sankt-Peterburqa köçür. 1992-ci ildə dostu Sergey Selyanovla bərabər "STV" kino şirkətini yaradır.[3] Rejissorun əksər filmləri bu kompaniya vasitəsi ilə çəkilir.

İlk iki tammetrajlı filmində rejissor ədəbiyyata müraciət edir. "Xoşbəxt günlər" Semyuel Bekketin, "Qəsr" isə Frans Kafkanın əsərləri əsasında çəkilir.

Balabanovu məşhur edən film isə cavan muzdlu qatilin hekayəsindən bəhs edən 1997-ci ildə çəkilmiş "Qardaş" filmi olur. Film Rusiya kino tarixinin 90-cı illər üçün kultuna çevrilir.

1998-ci ildə Balabanov ssenarisini beş il qabaqcadan yazdığı, lakin maliyyə çatışmazlığı ucbatından reallaşdıra bilmədiyi "Eybəcərlər və insanlar haqqında" filmini təqdim edir. Film mübahisəli mövzusuna baxmayaraq (filmdə Rusiya imperiyasındakı pornoqrafiya istehsalçıları barəsində danışılır), "Ən yaxşı film" kateqoriyasında "Nika" mükafatına layiq görülür.

2000-ci ildə Balabanov “Qardaş” filminin sikveli olan “Qardaş 2” filmini çəkir. Bu dəfə hadisələr MoskvadaABŞ-da cərəyan edir. Film yenə hadisəyə çevrilir və sevilir.

2002-ci ildə rejissor ikinci rus-çeçen müharibəsindən bəhs edən və birmənalı qarşılanmayan "Müharibə" filmini təqdim edir. "Ağır" filmlərdən sonra Balabanov baxış bucağını dəyişmək üçün iki "yüngül" "Gözbağlıca" kriminal komediya filmini və "Mənə ağrılı deyil" melodramını çəkir.

Balabanovun sonuncu işi 2012-ci ildə çəkilmiş "Mən də istəyirəm" filmi olub. Rejissor bu filmdə insanın həyatdan getməsi problemini anlatmağa çalışıb. Balabanov filmin bəzi kadrlarında epizodik rolda çəkilib. Bu filmdən sonra o, müsahibələrində, tezliklə öləcəyinə işarə etməyə başlamış və bu filmin onun sonuncu filmi olacağını söyləmişdir.[4][5][6]

Aleksey Balabanov 2013-cü il mayın 18-də, saat 16 radələrində Sestroreçke şəhərindəki (Peterburqun Kurort rayonu) "Qum Təpələri" sanatoriyasında növbəti ssenarisi üzərində işləyərkən ürək tutmasından vəfat edib. Onun 54 yaşı var idi.[7][8] Ölü duası mayın 21-də Knyaz-Vladimirski kilsəsində keçirilib. Balabanov elə həmin gün Smolensk qəbiristanlığında dəfn olunub.[2]

Balabanov həvəskar və sənədli filmləri nəzərə almasaq, cəmi 14 bədii film çəkmişdir.[9]

Ailəsi

Balabanov iki dəfə evli olub:

  • birinci arvadı İrina, oğlu Fyodor (ixtisasca iqtisadçıdır).
  • ikinci arvadı Nadejda Vasilyeva, "Lenfilm"in geyim rəssamıdır. Balabanov onunla "Qəsr" filminin çəkilişləri zamanı tanış olub. Oğlu Pyotr (1995-ci il təvəllüdlü).[10]

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıFilmdə iştirakıFilmin növü
1987Əvvəl başqa zamanlar idirus. Раньше было другое времяrejissor, ssenaristqısametrajlı bədii film
1988Mənim dostum yoxdur, yaxud One step beyondrus. У меня нет друга, или One step beyondrejissor, ssenaristqısametrajlı bədii film
1989Nastya və Yeqorrus. Настя и Егорrejissor, ssenaristqısametrajlı bədii film
1989Rusiyada hava uçuşu haqqındarus. О воздушном летании в Россииrejissorsənədli film
1991Xoşbəxt günlərrus. Счастливые дниrejissor, ssenaristtammetrajlı bədii film
1991Sərhəd münaqişəsirus. Пограничный конфликтssenaristtammetrajlı bədii film
1994Qəsrrus. Замокrejissor, ssenaristtammetrajlı bədii film
1994Özgəyə xəbərrus. Откровения незнакомцу
fr. Confidences a un inconnu
prodüsertammetrajlı bədii film
1995Trofimrus. Трофимъrejissor, ssenarist, aktyorqısametrajlı bədii film
1995Sergey Eyzenşteyn. Tərcümeyi-halrus. Сергей Эйзенштейн. Автобиографияprodüsersənədli film
1997Qardaşrus. Братrejissor, ssenaristtammetrajlı bədii film
1998Eybəcərlər və insanlar haqqındarus. Про уродов и людейrejissor, ssenaristtammetrajlı bədii film
2000Qardaş 2rus. Брат 2rejissor, ssenarist, aktyortammetrajlı bədii film
2002Müharibərus. Войнаrejissor, ssenaristtammetrajlı bədii film
2002Çay (tamamlanmamış)rus. Рекаrejissor, ssenarist, hekayəçiqısametrajlı bədii film
2005Gözbağlıcarus. Жмуркиrejissor, ssenaristtammetrajlı bədii film
2006Mənə ağrılı deyilrus. Мне не больноrejissortammetrajlı bədii film
2007Yük 200rus. Груз 200rejissor, ssenaristtammetrajlı bədii film
2008Morfirus. Морфийrejissortammetrajlı bədii film
2010Ocaqçırus. Кочегарrejissor, ssenaristtammetrajlı bədii film
2012Mən də istəyirəmrus. Я тоже хочуrejissor, ssenarist, aktyortammetrajlı bədii film

İstinadlar

Ədəbiyyat

  1. Балабанов. Издательство Сеанс. Аркус, Л. Ю, Кувшинова, М. Ю, Шавловский, К. Б. 2013. 368. ISBN 978-5-905586-08-8.

Xarici keçidlər