Aldərə

Əldərə, AldərəYelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.[2][3][4]Digər adı Əlidamı.

Əldərə
38°56′18″ şm. e. 46°20′42″ ş. u.
Ölkə Ermənistan
RegionSünik mərzi
RayonMeğri rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 62,9 km²
Mərkəzin hündürlüyü600 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 352 nəf. (2011)[1]
Rəsmi dili
Digər
aldara.az/index.php?menu_id=info
Xəritəni göstər/gizlə
Əldərə xəritədə
Əldərə
Əldərə
Əldərə xəritədə
Əldərə
Əldərə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında[5] qeyd edilmişdir. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur.

Toponimi

Toponim qədim Azərbaycan dilində "qırmızı" mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və "qırmızı dərə" mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Kənd "Əli dərədə" yarandığına görə həmin dərənin adını qəbul еtmişdir. Həmin dərədə yеrləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlandırılmışdır[6][7]

Aldərə çayı

Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür.

Əhalisi

Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq kənd sakinləri deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar 1922–1924-cü illərdə tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 490 nəfər, 1959-cu ildə 601 nəfər, 1970-ci ildə 831 nəfər, 1979-cu ildə 784 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın 24–28-də kəndin sakinləri — azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. 1918-ci ildə əhalisi qovulmuş, lakin 1926-cı ildə qayıtmışdır. 1988-ci ildə kəndin əhalisi yеnidən Azərbaycana qovulmuşdur[8][9]

Tanınmış şəxsiyyətləri

İstinadlar

Xarici keçidlər