Alberiko Centili

Alberiko Centili (14.1.1552, San-Cenezio – 19.6.1608, İngiltərə, Oksford) — italyan hüquqşünası, sonsxolastika dövrü nümayəndəsi və beynəlxalq hüquq üzrə mütəxəssis.[1]

Alberiko Centili
ing. Alberico Gentili
Alberiko Centili
Alberiko Centili
Şəxsi məlumatlar
Doğum tarixi1.14.1552
Doğum yeriSan-Cenezio
Vəfat tarixi
Vəfat yeriİngiltərə, Oksford
Təhsili
  • Peruca Universiteti[d]
Fəaliyyətihüquqşünas, universitet müəllimi[d], vəkil
AtasıDr Matteo Centili
Həyat yoldaşıLakrezia Pertelli
UşağıRoberto Centili
Diniprotestantlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Təhsilini Peruca şəhərindəki universitetdə almışdır. Dini təqiblərə məruz qalaraq, İtaliyadan İngiltərəyə qaçmışdır, Oksfordda mülki hüquqdan dərs demişdir. Beynəlxalq hüquqda xalqlar hüququnu təbliğ etmiş, qall adətlərinə (mos gallicus) qarşı italyan adətlərini (mos italicos) müdafiə etmişdir. Bu mənada onu “xalqlar hüququnun atası” adlandırırlar. Qanunların şərhi məsələləri ilə də məşğul olmuşdur.[1]

Əsərləri

Aşağıda adı sadalanan bütün əsərlər müasir dövrümüzdə çap olunub və ya yenidən dərc edilmişdir.

  • De Iuris Interpretibus Dialogi Sex. Torino 1937.
  • De Legationibus Libri Tres. Nyu York 1924.
  • De Iure Belli Libri Tres. 2 həcmdə. Mətn və tərcümə Con Rolfe tərəfindən həyata keçirilmişdir. Oksford 1933.
  • Hispanicae Advocationis Libri Duo. Mətn və tərcümə  Frank Frost Abbott tərəfindən həyata keçirilmişdir. Nyu York 1921.
  • Ad titulum Codicis ad legem juliam de adulteriis Commentarius, in G. Minnucci, Alberico Gentili tra mos italicus e mos gallicus. L'inedito Commentaro ad l. Juliam de adulteriis, Boloqna 2002.

İstinadlar

Xarici keçidlər