Albaniyada İtaliya protektoratı

Albaniyada italyan protektoratıBirinci Dünya müharibəsi zamanı İtaliya krallığı tərəfindən tətbiq edilmiş protektorat. İtaliya rəhbərliyi altında Albaniyanın hüquqi müstəqilliyi təmin olunsun deyə tətbiq edilmişdir. Protektorat 1917-ci il iyunun 23-dən 1920-ci ilin yayına qədər mövcud idi.

Albaniya 1916-ci ildə bölünəndən sonra. Altdaki yaşıl zona 1917-ci ilin yayında elan edilən İtaliyanın protektoratını göstərir. 1918-ci ilin payızında o, genişləndirilmişdi ki, Albaniyanın demək olar ki, bütün ərazilərini əhatə etsin.

Tarixi

İtaliya krallığı 1914-cü ilin dekabrında Vlyora limanını işğal etdi, lakin 1915-ci ilin sonu 1916-cı ilin əvvəlində baş verən Avstriya-Macarıstan müdaxiləsindən sonra və 27 fevral 1916-cı ildə Durres şəhərini itirdikdən sonra, alman qoşunları oranı tərk eləmək məcburiyyətində qaldı. 1916-ci ilin may ayında İtaliyanın general Settimio Pyaçentini komandanlığı altında olan 100 000-lik XVI-cı korpusu qayıtdı və 1916-ci ilin payızında Cənubi Albaniya regionunu zəbt etdi, eyni zamanda fransız ordusu 29 noyabr 1916-cı ildə Korça və onun ətrafını tutmuşdur. Əsasən Balkan cəbhəsinin inkişaf etməsi ilə, İtaliya (Girokastrada) və Fransa qüvvələri (Korçada) Antantanın razılığı ilə 1916-cı ilin payızında keçmiş Şimali Epir Muxtar Respublikasınln (oraya yunan azlığı nəzarət edirdi) ərazisinə daxil oldular.

Fransa hakimiyyəti 10 dekabr 1916-cı ildə Korça Muxtar alban respublikasını protokol üzrə elan etdi. Həmin protokola əsasən, Korça, Bilişt, Kolyonya, Opar və Gora ərazilərində muxtar vilayətləri yaranır.

12 dekabr 1916-cı ildə İtaliya öz səfiri vasitəsilə izahat üçün müraciət etdi, çünki Korça Muxtar alban respublikasının yaradılması London müqaviləsinin şərtlərini pozurdu.[1] Avstriya-Macarıstan Fransanın Korça ilə bağlı presedentini Albaniyanın protektorantlıq altında müstəqilliyinin elan edilməsinin əsaslandırılması üçün istifadə etdi, bu hadisə 3 yanvar 1917-ci ildə Şkoderdə baş verdi.

İtaliya krallığı 23 iyun 1917-ci ildə Girokastrada Albaniyanın protektorat altında müstəqilliyini elan edəndə də eyni şeyi eləmişdi.[2] 1918-ci ilin noyabrında Birinci Dünya Müharibəsi bitəndə müasir Albaniyanın demək olar ki, bütün ərazisi italyan protektoratı altında idi.

İstinadlar