Aksu-Cabaqlı qoruğu

Aksu-Cabaqlı qoruğu (qaz. Ақсу-Жабағылы қорығы; rus. Aксу-Жабаглинский заповедник) ― Mərkəzi Asiyanın ən qədim qoruğu. Qoruq Qazaxıstan Respublikasının cənub vilayətində yerləşir və Tyan-Şanın şimal-qərb dağ silsilələrini əhatə edir. Adı bölgədəki ən böyük çay olan Aksudan və ərazinin şimal hissəsində yerləşən Cabaqlı dağ silsiləsindən götürülmüşdür.

Aksu-Cabaqlı qoruğu
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi
  • 128.118,1 ha[1]
Yaradılma tarixi1926
Yerləşməsi
42°19′59″ şm. e. 70°40′00″ ş. u.
Ölkə
YerləşməsiTürkistan vilayəti
aksu-zhabagly.com
Aksu-Cabaqlı qoruğu xəritədə
Aksu-Cabaqlı qoruğu
Aksu-Cabaqlı qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Aksu-Cabaqlı təbiət qoruğu qərbi Tyan-Şan dağlarında yerləşir. Ərazinin şərq sərhədini Qırğızıstan Respublikası, cənub sərhədini isə Maydantal çayının vadisi və Özbəkistan təşkil edir. Bölgə qərbdən Qızılqum, şimaldan isə Karatau dağları ilə əhatə olunmuşdur. Ərazi Cənubi Qazaxıstan vilayətindəki Tyul'kubaskiy və Lengerskiy rayonlarının inzibati bölgüsü daxilində yerləşir. Qoruq 131 934 hektar ərazini əhatə edir.[3]

Geologiya

Paleozoy dövrünə aid əhəng daşı, dolomit və karbonlu tuflar təbiət qoruğundakı əsas dominant süxurlardır.[4]

Flora

Aksu-Cabaqlı qoruğunda 1 312 növ bitki qeyd edilmişdir.[5] Ərazidə ən çox yayılmış cinslərə bəziləri Astragalus, Gagea, Allium, CarexOxytropis daxildir. Burada yerli yabanı alma (Malus sieversii), yabanı üzüm (Vitis vinifera) və bir neçə vəhşi lalə növü də daxil olmaqla Qazaxıstanın Qırmızı Kitabına daxil edilmiş, nəsli kəsilmək təhlükəsi altında olan 44 nadir bitki növü var. Qoruğun aşağı bölgələrini yarımsəhra və çöl landşaftları əhatə edir.

Dağın yamacı Juniperus seravshanicaJuniperus semiglobosa-nın da daxil olduğu bir çox ardıc növündən ibarət meşələri və Avro-sibir Mərkəzi Asiya bitkilərinin inkişaf etdiyi çəmənlikləri ehtiva edir. Aksu Kanyonu Malus sieversii und Acer turkestanicum kimi növlərdən ibarət bəzi meşə qalıqlarını qoruyub saxlayır. Daha yuxarıda, subalp və alp qurşağında çəmənliklər, hündür ot bitkiləri və çim örtüyündən ibarətdir. Əsas çayların dərəsi boyunca söyüd və tozağacı meşələri yaranmışdır.[6]

Fauna

Qoruqda Qazaxıstanın qırmızı kitabına daxil edilmiş 44 məməli növü var.[7] Onlardan ən məşhuru nadir hallarda rast gəlinən qar leoparıdır. Daha tez-tez rast gəlinən növlərə Himalay qonur ayısı, Tyan-Şan arxarı (Ovis ammon karelini), Hindistan tirəndazı (Hystrix indica) və Menzbir marmotu daxildir.

İstinadlar