Adəm Heydərov

İkinci Qarabağ müharibəsi iştirakçısı

Adəm İkram oğlu Heydərov (26 mart 2000, Bum, Qəbələ rayonu16 oktyabr 2020 və ya 13 oktyabr 2020, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Adəm Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriBum , Qəbələ, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeriAğdərə, Azərbaycan
Dəfn yeriBu, Qəbələ, Azərbaycan
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2020
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020

Həyatı

Adəm Heydərov 2000-ci il martın 26-da Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub.[1] 2006–2017-ci illərdə Bum qəsəbəsində Təbriz Yaqubov adına qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.

Hərbi xidməti

Azərbaycan Ordusunun əsgəri olan Adəm Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Adəm Heydərov oktyabrın 13-də Ağdərə istiqamətində şəhid olub. Qəbələ rayonunun Bum qəsəbəsində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adəm Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Təltifləri

İstinadlar