Abubakr Abakarov

Rusiya və Azərbaycan güləşçisi

Abubakr Abakarov (28 yanvar 1999, Xasavyurd, Dağıstan) — 2008-2014-cü illərdə Rusiya, 2014-cü ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi.[1]

Abubakr Abakarov
Abubakr Abakarov 2021-ci il Dünya Çempionatında
Abubakr Abakarov 2021-ci il Dünya Çempionatında
Şəxsi məlumatlar
Tam adıAbubakr İslambəyoviç Abakarov
VətəndaşlığıRusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi (25 yaş)
Doğum yeriXasavyurt, Rusiya
Boyu185 sm. (6 ft 1 in)
İdman növüGüləş
Karyera illəri2008—
MəşqçisiZəlimxan Hüseynov

Karyerası

Abubakr Abakarov 2014-cü ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə başa vurdu. 2016-cı ildə Azərbaycan Güləş Federasiyası (AGF) Abubakr Abakarovu Azərbaycan yığmasına dəvət elədi. Abubakr Abakarov bu dəvəti qəbul elədi və 2016-cı ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.

Abubakr Abakarov 2016-cı ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc, sentyabrında Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının isə qızıl medalına sahib oldu.

2017-ci ildə Abubakr Abakarov Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatında mübarizə aparsa da, turniri 18 idmançı sırasında 10-cu pillədə başa vurdu.

Daha sonra Abubakr Abakarov 2018-ci ildə Trnava şəhərində gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu, Budapeşt şəhərində baş tutan Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu.

Abubakr Abakarov 2019-cu ilin iyununda İspaniyada baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu, avqustunda Estoniyada baş tutan gənclər arasında Dünya Çempionatının isə bürünc medalına sahib oldu. Beynəlxalq turnirlərində — İstanbul şəhərində Yaşar Doğu Turniri beşinci pillədə, Saxa vilayətində isə D. Korin Turnirini isə gümüş medalla başa vurdu. İlin sonunda isə Abubakr Abakarov Budapeşt şəhərində (Macarıstan) baş tutan U23 Dünya Çempionatının gümüş medalına sahib oldu.

2020-ci ildə Abubakr Abakarov İstanbul şəhərində Yaşar Doğu Turnirinin qalibi oldu, İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatını isə 8-ci pillədə başa vurdu.

2021-ci ildə Abubakr Abakarov yanvarda Nitsa şəhərində (Fransa) Fransa Qran-Prisinin bürünc medalla, martda Budapeşt şəhərində (Macarıstan) Avropa Olimpiya Təsnifat Turnirini beşinci pillədə, mayda isə Sofiya şəhərində (Bolqarıstan) Dünya Olimpiya Təsnifat Turnirini bürünc medalla başa vurdu. Olimpiya lisenziyasına sahib ola bilməyən Abubakr Abakarov ilin sonunda Oslo şəhərində (Norveç) baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu.

2022-ci ilin əvvəlində Abubakr Abakarov D. Kolov — N. Petrov beynəlxalq turnirinin və U23 Avropa Çempionatının qalibi oldu. Martda isə Abubakr Abakarov Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının final görüşündə məğlub oldu və turniri gümüş medalla başa vurdu. Daha sonra Roma şəhərində Matteo Pellicone Turnirinin gümüş, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını isə qızıl medalına sahib olan Abubakr Abakarov ilin sonunda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatını 11-ci pillədə başa vurdu.

Abubakr Abakarov 2023-cü ilin əvvəlində uğursuz çıxış edib — Zaqreb şəhərində (Xorvatiya) Zagreb Open beynəlxalq turnirini və Sofiya şəhərində (Bolqarıstan) D. Kolov — N. Petrov beynəlxalq turnirini beşinci pillədə başa vurdu. Apreldə isə Abubakr Abakarov Zaqreb şəhərində baş tutan Avropa Çempionatının bürünc medal uğrunda görüşündə qələbə qazanaraq turnirin bürünc medalına sahib oldu. İyunda Qırğızıstanda beynəlxalq turnirin gümüş medalına sahib olan Abubakr Abakarov jəmin ilin sentyabrında Serbiyada baş tutan Dünya Çempionatının 1/8 final mərhələsi zamanı zədələndi və turnirdə mübarizəsini başa vurdu.

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Rusiya
1
2014
A. Medved Turniri Belarus
8.
Azərbaycan
2
2016
Yeniyetmələrin Avropa Çempionatı İsveç
3.
3
Yeniyetmələrin Dünya Çempionatı Gürcüstan
1.
4
2017
Gənclərin Avropa Çempionatı Almaniya
10.
5
2018
Gənclərin Dünya Çempionatı Slovakiya
2.
6
Dünya Çempionatı Macarıstan
8.
7
2019
Gənclərin Avropa Çempionatı İspaniya
1.
8
Yaşar Doğu Turniri Türkiyə
5.
9
Gənclərin Dünya Çempionatı Estoniya
3.
10
D. Korin Turniri Rusiya
2.
11
U23 Dünya Çempionatı Macarıstan
2.
12
2020
Yaşar Doğu Turniri Türkiyə
1.
13
Avropa Çempionatı İtaliya
8.
14
2021
Fransa Qran-Prisi Fransa
3.
15
Avropa Olimpiya Təsnifat Turniri Macarıstan
5.
16
Dünya Olimpiya Təsnifat Turniri Bolqarıstan
3.
17
Dünya Çempionatı Norveç
3.
18
2022
D. Kolov — N. Petrov Turniri Bolqarıstan
1.
19
U23 Avropa Çempionatı Bolqarıstan
1.
20
Avropa Çempionatı Macarıstan
2.
21
Matteo Pellicone Turniri İtaliya
1.
22
İslam Həmrəyliyi Oyunları Türkiyə
2.
23
Dünya Çempionatı Serbiya
11.
24
2023
Zagreb Open Xorvatiya
5.
25
D. Kolov — N. Petrov Turniri Bolqarıstan
5.
26
Avropa Çempionatı Xorvatiya
3.
27
Vargo Yanos Turniri Macarıstan
10.
28
Dünya Çempionatı Serbiya
20.

İstinadlar