ATV (telekanal, Türkiyə)

(ATV (Türkiyə) səhifəsindən istiqamətləndirilmişdir)

ATV — 1993-cü ildə İstanbulda Dinç Bilgin tərəfindən qurulmuş, 2002-ci ildə Ciner Grubu-na keçmiş və indi Turkuvaz Medya Qrupuna bağlı olaraq yayımını davam etdirən özəl televiziya kanalıdır. 12 iyul 1993-cü il tarixində normal yayıma keçmişdir. Bir çox ilklərin ünvanı olan "ATV" Türkiyə televiziya tarixinə "Kaliteden ödün vermeden zirvedeyiz" şüarı ilə girmişdi. Bu günə qədər reytinqli serialların çoxunda "ATV"-nin imzası var. Qurulduğu ilk illərdə Ayşenur Yazıcı kanalın simalarından biri olmuş, telekanalın introlarında onun üz cizgiləri olmuşdu. 2007-ci ildə ATV; ATV Avrupa və Sabah qəzetinin sahibi Merkez Yayıncılık, Çalık Holding-in sahibi Turkuvaz A. Ş.-yə satılmışdır.ATV Ana Haber Bültenini həftəiçi Cem Öğretir, həftəsonu isə Şebnem Sunar Küçük təqdim edirlər.28 dekabr 2011-ci il tarixində ATV-nin bağlı olduğu Turkuvaz Medya Grubu, Ziraat Türkiye Kupası maçlarının yayım hüquqlarını almışdır. Maçlar ATV və A Xəbər kanallarında canlı yayımlanır.

ATV
Loqonun şəkli
ÖlkəTürkiyə Türkiyə
Azərbaycan Azərbaycan (rəqəmsal yayım)
Şimali Kipr Türk Respublikası ŞKTR
Yayım ərazisiTürksat 4A peykinin əhatə dairəsi
DilTürk dili
Baş qərargah
Yaranma tarixi12 iyul 1993[1]
SahibiDinç Bilgin (1993-2000)
Çukurova Holding, Ciner Medya Grubu, Murat Vargı (2000-2001)
Dinç Bilgin (2001-2002)
Ciner Medya Grubu (2002-2007)
TMSF (2007)
Turkuvaz Medya Grubu (2007-indi)
ŞüarATV Seyredeceksiniz (sentyabr 1993-aprel 2003)
Kaliteden Ödün Vermeden Zirvede (aprel 2003-sentyabr 2006)
Dizi ATV'de izlenir. (sentyabr 2006-indi)
Saytatv.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

4 sentyabr 2013-cü il tarixində 16:9 formatlı yayıma keçmişdir.

Qardaş kanallar

  • ATV Avrupa
  • ATV HD
  • A Xəbər
  • A Xəbər HD
  • Minika Çocuk
  • Minika Go
  • A Spor
  • A Spor HD
  • İzmir TV

Günümüzdə yayımladığı seriallar

  • Tezliklə: Holding
  • Tezliklə: Şehrazad
  • Tezliklə: Kara Dut
  • Tezliklə: Kör Nokta
  • 2019:- Kuruluş Osman (Sezon Arası)

İstinadlar

Xarici keçidlər