ASK Arena

ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir.

ASK Arena
Xəritə
Tam adıASK Arena
Keçmiş adıŞəfa stadionu, İnter Arena
YeriBakı, Azərbaycan
Təməli qoyulub2000
Tikilib2000-2001
Açılış tarixi2001
Sahibi"Azərbaycan Sənaye Korporasiyası" ASC
Tamaşaçı tutumu8125
Ev sahibi komandaİrəvən Fk
Ot örtüyüsüni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnşası

Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır.[1] Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək "İnter" (hazırkı "Şamaxı") klubunun adına uyğun olaraq "İnter Arena" adı verilib.[2] 2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib.

Tədbirlər

ASK Arena FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 zamanı çempionat oyunları üçün istifadə olunmuşdur.

Stadiondan hər il Amerika Birləşmiş Ştatlarının müstəqillik günü (4 iyul) münasibətilə Amerika Ticarət Palatasının (AMCHAM) keçirdiyi piknik üçün istifadə olunur və bu tədbirə yüzlərlə qonaq təşrif buyurur.[3]

İstinadlar