Aşağı Tala

Aşağı TalaAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Aşağı Tala
41°36′12″ şm. e. 46°38′22″ ş. u.
Ölkə Azərbaycan
RayonZaqatala rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü451 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 6.830 nəf. (1 yanvar 2012)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Aşağı Tala xəritədə
Aşağı Tala
Aşağı Tala

Coğrafiyası və iqlimi

Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır.[1] Şimali-şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir.[1]

Kəndin ərazisi 3.327 hektardır.[1]

Əhalisi

1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir.[1] Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub.[1]

Aşağı Tala kəndi əhalisinin milli tərkibi
Etnik qrupSayı, 1970 sa.[2]Nisbəti, 1970 sa.[2]
cəmi3 842100 %
azərbaycanlı3 73899. 9 %
ləzgi0.0 %
saxur00.0 %
rusukraynalı50.1 %
avar10.0 %
tatar10.0 %
erməni00.0 %

Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur.[1]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

Burada "Azərtütün" MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir.[3]

Mədəniyyəti

Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var.

Tarixi abidələri

  • Ömər Əfəndi ziyarətgahı.

Tanınmışları

  • Qurban Qurbanov — keçmiş azərbaycanlı futbolçu, məşqçi.
  • İlkin Qırtımov — azərbaycanlı futbolçu, Neftçi PFK nın müdafiəçisi.
  • Sevil Qazıyeva — Azərbaycan SSR-də ilk qadın mexanizator.
  • İsgəndər Dəmirbəyli — Qarabağ müharibəsidə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur
  • Bədəlov Valeh Vahid oğlu -Vətən Müharibəsi Qəhrəmanı

İstinadlar