Ağbulaq (Cəlilabad)
Ağbulaq — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Ağbulaq | |
---|---|
39°05′ şm. e. 48°26′ ş. u. | |
Ölkə | ![]() |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 81 (2009) nəfər |
Tarixi
Toponimikası
- Ağbulaq oyk., sadə.
- Cəlilabad r-nunun Ağdaş i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır;
- Əsgəran r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağlıq ərazidədir. Hidrooykonimdir;
- Xocalı r-nunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Talıbxanbəyli olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Talıbxan bəy adlı birisinə məxsus maldar ailələrin Ağbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır;
- Xocavənd r-nunun Edilli i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ əyalətindən köçüb gəlmiş ailələrin burada məskunlaşmasından yaranmışdır. Sovet hakimiyyəti illərində 1992-ci ilədək Mısmına adlandırılmışdır;
- İsmayıllı r-nunun Qoşakənd i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmişdə ərəbşahverdi tayfasının qışlaq yeri olmuşdur. Yaşayış məntəqəsi XIX əsrin sonlarında həmin tayfaya mənsub ailələr tərəfindən məskunlaşmışdır;
- Laçın r-nunun Qarıkaha i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir;
- Laçın r-nunun Mustafabəyli i.ə.v.-də kənd. Hocazsu çayının sağ qolunun sahilindədir. Kəndin ərazisi keçmişdə Zəngəzur qəzasında yaşamış ağkörpü adlı tayfanın qışlaq yerlərindən olmuşdur;
- Tovuz r-nunun Kirən i.ə.v.-də kənd. Əsrik və Zəyəm çaylarının suayrıcında, orta dağlıq qurşaqdadır. Yaşayış məntəqələri ərazidəki bulaqların adı ilə adlandırılmışdır. Əfqanıstanda Aqbulaq adlı 2 kənd, Qazaxıstanda Akbulak, Ermənistanda Ağbulax, Türkiyədə Ağbulaq, Orenburq vilayətində Akbulak, Qırğızıstanda Ak-Bulak və s. adlı obyektlərin mövcudluğu bu toponimin ümumtürk onomastikasında geniş yayıldığını göstərir. İran toponimiyasındakı Ağkəhriz (Mərkəzi İran), Ağçeşmə (Xorasan) oykonimləri də Ağbulaq oykoniminin sinonimləridir.[1]
Coğrafiyası və iqlimi
Ağbulaq kəndi yayı quraq keçən mülayim isti iqlimə malikdir. Kənd Talış meşələrinin əhatəsində, dağ yamacında yerləşır. Meşələrdə əsasən palıd ağacı üstünlük təşkil edir. Nadir ağaclardan olan Azad ağacı da bu kənd ətrafında var. Kənddə bir neçə bulaq var. Otlaqlar mal-qara otarmaq üçün əlverşli imkana malikdir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 81 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
![]() | Cəlilabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
![]() | Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
🔥 Top keywords: Ana səhifəUEFA Avro 2024Qurban bayramıMübariz İbrahimovBayram namazıXüsusi:AxtarXüsusi:SonDəyişikliklərAzərbaycanFayl:Jön Türk Komitesi 1909.jpg1980-ci illər Azərbaycan filmlərinin siyahısıAzərbaycan əlifbasıUEFA Avropa ÇempionatıMirkazım KazımovHeydər ƏliyevKateqoriya:Əlifba sırasına görə futbolçularHəkimlər GünüSəhiyyə İşçiləri GünüAzərbaycanın dövlət bayramları və xüsusi günləriKateqoriya:Kişi adlarıBakı17 iyunMorze əlifbasıKarles Puçdemon18 iyunƏlifbaİlham ƏliyevQarabağ UniversitetiGənc türklərÖlkə paytaxtlarının siyahısıİslamda oral seksXəzər dəniziMəhəmmədVasif MəmmədzadəRumıniyaNiyaməddin MusayevAvstriyaAzərbaycanın inzibati bölgüsüFayl:A. F. Lydon Robinson Crusoe Plate 03 (1865).JPGUEFA Avro 2020