Ağabəyli (Ağsu)

Ağsu rayonunda kənd

AğabəyliAzərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Ağabəyli
40°30′ şm. e. 48°25′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 528 nəf.
Xəritəni göstər/gizlə
Ağabəyli xəritədə
Ağabəyli
Ağabəyli

Tarixi

Ağsu çayının sahilində, Şirvan düzündədir. Tam adı Hacı Ağabəylidir. Oykonim ağabəyli nəslinin adını əks etdirir. Bu etnonimlə bağlı Şamaxı rayonunda Ağabəyli (1933), Ağdam və Ağsu rayonlarında Ağalarbəyli (1917–1961), Ağsu rayonunun Bozavand kəndində Ağaboy qobusu, Qax rayonunun Zərnə kəndində Ağabəylilər obası və s. qeydə alınmışdır. Ağabəylilər kəbirlilərin ağabəyalı qoluna məxsus bir nəslin adıdır[2].

Din

Kənddə Ağabəyli kənd məscidi dini icması fəaliyyət göstərir[3].

İstinadlar