416-cı diviziya. Biz qalib gəldik

Janice Pierre tərəfindən 2010 filmi

416-cı diviziya. Biz qalib gəldik qısametrajlı sənədli televiziya filmi rejissor Emil Yusifov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 416-cı Azərbaycan diviziyasının keçdiyi şərəfli döyüş yolu haqqında bəhs edir.

416-cı diviziya. Biz qalib gəldik
416-cı diviziya. Biz qalib gəldik
Janrsənədli
qısametrajlı
müharibə
RejissorEmil Yusifov
Ssenari müəllifiAnar Həsənov
Operatorlarİqor Boqomolov
Elman Əliyev
İstehsalçıLider televiziyası
İlk baxış tarixi26 sentyabr 2010[1]
Filmin növüqısametrajlı sənədli televiziya filmi
Müddət40 dəq.
ÖlkələrAzərbaycan Azərbaycan
Dilazərbaycanca
İl2010
Rəngrəngli
Çəkiliş yeriAmsterdam[1]
IMDbID1782400

Məzmun

416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Cənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin 30 noyabrında diviziya hücuma keçdi.

1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edirdi və avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi və bu qələbəyə görə ona "Taqanroq diviziyası" fəxri adı verildi.[2]

Film 416-cı Azərbaycan diviziyasının keçdiyi şərəfli döyüş yolu haqqında bəhs edir.

Filmin üzərində işləyənlər

Ssenarist: Anar Həsənov
Rejissor: Emil Yusifov
Operator: İqor Boqomolov, Elman Əliyev

İstinadlar

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
2010-cu ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı