2017 İslam Həmrəyliyi Oyunlarının medal sıralaması

2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutmuşdur. Yarışda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur. Buraya Albaniya. Bruney, Burkina-Faso, Çad, Qəmər adaları, Qabon, Qvineya, Maldiv adaları, Mavritaniya, Niger, Syerra-Leone, Toqo, SomaliFələstin yığma komandaları daxildir.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi loqosu.


Medal sıralaması

SıraÖlkə Cəmi
1 Azərbaycan755037162
2 Türkiyə716757195
3 İran39263398
4 Özbəkistan15173163
5 Bəhreyn125421
6 Əlcəzair7122140
7 Mərakeş751527
8 İndoneziya6292358
9 Misir65718
10 Qırğızıstan45817
11 Səudiyyə Ərəbistanı41611
12 İordaniya311115
13 İraq27514
14 Qazaxıstan251219
15 Türkmənistan24713
16 Qətər23712
17 Nigeriya2316
18 Suriya22610
19 Tunis13812
20 Kamerun1269
21 Banqladeş1113
21 Seneqal1113
23 Qambiya1102
24 Benin1012
24 Qvineya-Bisau1012
24 Mozambik1012
27 Pakistan03912
28 Oman0347
29 Birləşmiş Ərəb Əmirlikləri0134
30 Qayana0123
30 Surinam0123
32 Cibuti0112
33 Mali0101
33 Uqanda0101
35 Əfqanıstan0066
36 Kot-d’İvuar0044
36 Tacikistan0044
38 Malayziya0022
38 Yəmən0022
40 Livan0011