1988 Avroviziya Mahnı Müsabiqəsi

1988 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1988; fr. Concours Eurovision de la chanson 1988) — sayca 33-cü Avroviziya Mahnı Müsabiqəsidir. Conni Loqanın ifa etdiyi "Hold Me Now" mahnısı ilə 1987 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1988-ci ildə İrlandiya üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində "RDS Simmonscourt Pavilion" zalında keçirilmişdir. Müsabiqə 1988-ci ilin 30 aprel tarixində baş tutmuşdur.

1988 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final30 aprel 1988
Aparıcı(lar)Pet Kenni,
Mişel Rokka
Kanalİrlandiya RTÉ
Keçirilən yerRDS Simmonscourt Pavilion,
Dublin, İrlandiya
Qalib mahnıİsveçrə İsveçrə
"Ne partez pas sans moi"
Seçki sistemiHər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi
İştirakçıların sayı21
İlk dəfə iştirak edən ölkələrOlmayıb
İştirakdan imtina edən ölkələrKipr Kipr
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1987        1989 ►

1988-ci ildə müsabiqədə iştirakı planlaşdıran Kiprin seçdiyi mahnı müsabiqənin qaydalarını pozduğuna görə ölkənin müsabiqədə iştirakı baş tutmamışdır. Belə ki, Kiprin müsabiqə üçün nəzərdə tutduğu mahnı bir neçə il öncə Kipr televiziyasında səslənmişdir və müsabiqənin qaydalarına görə Avroviziyada səslənilən mahnılar yalnız səkkiz ay əvvəl təqdim edilmiş ola bilər. Ümumilikdə 21 ölkənin iştirak etdiyi müsabiqədə İsveçrəni təmsil edən dünya şöhrətli müğənni Selin Dion ifa etdiyi "Ne partez pas sans moi" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İkinci yeri qazanan Böyük Britaniya təmsilçisini birincilikdən cəmi bir xal ayırmışdır. Bu sonuncu dəfə Avroviziyada 1956-cı ildə Liz Assianın təmsilində qalibiyyət əldə etmiş İsveçrənin müsabiqədə 32 il sonra ikinci qələbəsi idi.

Final

1988-ci ildə müsabiqənin qalibi olan İsveçrə təmsilçisi Selin Dion ilə bir səhnəni eyni zamanda məşhur müğənni Lara Fabian bölüşmüşdü. Müsabiqədə Lüksemburqu təmsil edən müğənni dördüncü yerdə qərarlaşmışdır.

ÖlkəDilMüğənni(lər)MahnıTərcüməYerXal
01 İslandiyaİslandcaBeathoven"Þú og þeir (Sókrates)"Siz və onlar (Sokrat)1620
02 İsveçİsveçcəTommi Körberq"Stad i ljus"İşıqlar şəhəri1252
03 FinlandiyaFincəBoulevard"Nauravat silmät muistetaan"Gülərüz gözlər yaddaşda qalır203
04 Böyük BritaniyaİngiliscəSkott Fitzjerald"Go"Get2136
05 TürkiyəTürkcəMFÖ"Sufi"Sufi1537
06 İspaniyaİspancaLa Década"La chica que yo quiero (Made in Spain)"Mənim istədiyim qız (İspaniyada hazırlanıb)1158
07 NiderlandNiderlandcaQerard Yolinq"Shangri-La"-970
08 İsrailİvritcəYardena Arazi"Ben Adam" (בן אדם)İnsan785
09 İsveçrəFransızcaSelin Dion"Ne partez pas sans moi"Mənsiz yola düşməyin1137
10 İrlandiyaİngiliscəJump the Gun"Take Him Home"Onu evə aparın879
11 AlmaniyaAlmancaMaksi və Kris Qarden"Lied für einen Freund"Dost üçün mahnı1448
12 AvstriyaAlmancaWilfried"Lisa Mona Lisa"Liza Mona Liza210
13 DanimarkaDancaKirsten və Sören"Ka' du se hva' jeg sa'?"Anlamırsan nə dediyimi?392
14 YunanıstanYunancaAfroditi Frida"Clown" (Κλόουν)Kloun1710
15 NorveçNorveçcəKaroline Krüqer"For vår jord"Torpağımız üçün588
16 BelçikaFransızcaReynaert"Laissez briller le soleil"İcazə verin günəş parlasın185
17 LüksemburqFransızcaLara Fabian"Croire"İnanmaq490
18 İtaliyaİtalyancaLuka Barbarossa"Vivo (Ti scrivo)"Mən yaşayıram (Sənə yazıram)1252
19 FransaFransızcaJerar Lenorman"Chanteur de charme"Estrada müğənnisi1064
20 PortuqaliyaPortuqalcaDora"Voltarei"Mən qayıdacağam185
21 YuqoslaviyaXorvatcaSrebrna krila"Mangup"Əclaf687

Nəticələr

Səsvermə nəticələri
Cəmi
İslandiya20144128
İsveç5232858121310
Finlandiya33
Böyük Britaniya13615101210105710101065128123
Türkiyə3741518846
İspaniya58252681826684
Niderland70667726121257
İsrail8566463101523105310101
İsveçrə13771251010810410121084171126
İrlandiya797232126476775452
Almaniya488513566428
Avstriya0
Danimarka921034112614412107126
Yunanıstan1037
Norveç8858712718135734710
Belçika55
Lüksemburq904101275121212268243
İtaliya528478253285
Fransa6423822337351210112
Portuqaliya541
Yuqoslaviya8712618712234124763

Xarici keçidlər

Həmçinin bax