1970 Avroviziya Mahnı Müsabiqəsi

1970 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1970; fr. Concours Eurovision de la chanson 1970) — sayca 15-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1969 Avroviziya Mahnı Müsabiqəsində dörd ölkənin (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) qələbə qazanmasının ardınca hansı ölkənin növbəti müsabiqəyə ev sahibliyi edəcəyi maraq doğururdu. Belə ki, İspaniyanın 1969-cu ildə, Böyük Britaniyanın isə 1968-ci ildə müsabiqəyə ev sahibliyi etdiyinə görə ortada iki seçim olaraq Fransa və Niderland qalırdı. Nəticə olaraq, Avropa Yayımlar İttifaqının rəsmi açıqlamasında Niderlandın Avroviziyaya ikinci dəfə ev sahibliyi edəcəyi təsdiqlənmişdir. Müsabiqə ölkənin paytaxtı Amsterdam şəhərində “Rai Congrescentrum” arenasında keçirilmişdir. Müsabiqə 1970-ci ilin 21 mart tarixində baş tutmuşdur.

1970 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final21 mart 1970
Aparıcı(lar)Villi Dobb
KanalNiderland NOS
Keçirilən yerRai Congrescentrum,
Amsterdam, Niderland
Qalib mahnıİrlandiya İrlandiya
"All Kinds of Everything"
Seçki sistemiHər ölkədən 10 münsif var idi və onlar favorit mahnılarına 1 xal verə bilirdi
İştirakçıların sayı12
İlk dəfə iştirak edən ölkələrOlmayıb
İştirakdan imtina edən ölkələrFinlandiya Finlandiya
İsveç İsveç
Norveç Norveç
Portuqaliya Portuqaliya
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1969        1971 ►

Ötən ilki müsabiqənin nəticələrindən narazı olan Finlandiya, İsveç, NorveçPortuqaliya Avroviziya 1970-də iştirakdan imtina etmişdir. Müsabiqədə cəmi 12 ölkənin iştirak etmişdir və bu iştirakçı sayına görə 1959-cu ildən bəri ən aşağı göstərici idi. Müsabiqədə İrlandiya təmsilçisi Dana ifa etdiyi "All Kinds of Everything " mahnısı ilə Avroviziya 1970-in qalibi olmuşdur. Bu İrlandiyanın Avroviziyada ilk qalibiyyəti idi.

Final

#ÖlkəDilMüğənniMahnıAzərbaycancaYerXal
01 NiderlandNiderlandcaHearts of Soul"Waterman"Su adamı77
02 İsveçrəFransızcaAnri Des"Retour"Qayıdış48
03 İtaliyaİtalyancaCanni Morandi"Occhi di ragazza"Qızın gözləri85
04 YuqoslaviyaSlovencəEva Srşen"Pridi, dala ti bom cvet"Gəl, sənə gül verəcəyəm114
05 BelçikaFransızcaJan Valle"Viens l'oublier"Gedək, unut onu85
06 FransaFransızcaQi Bonne"Marie-Blanche"Mari-Blanş48
07 Böyük BritaniyaİngiliscəMeri Hopkin"Knock Knock, Who's There?"Tıq-tıq, kimdir orda?226
08 LüksemburqFransızcaDevid Aleksandr Uinter"Je suis tombé du ciel"Mən göydən düşmüşəm120
09 İspaniyaİspancaXulio İqlesias"Gwendolyne"Qvendolin48
10 MonakoFransızcaDominik Düsso"Marlène"Marlen85
11 AlmaniyaAlmancaKatya Ebştayn"Wunder gibt es immer wieder"Möcüzə həmişə baş verir312
12 İrlandiyaİngiliscəDana"All Kinds of Everything"Hər şeyin hər növü132

Nəticələr

Səsvermə nəticələri
Cəmi
Niderland7331
İsveçrə822121
İtaliya5122
Yuqoslaviya44
Belçika5311
Fransa81223
Böyük Britaniya26322422443
Lüksemburq0
İspaniya8323
Monako51121
Almaniya12113412
İrlandiya3256914232

Xarici keçidlər

Həmçinin bax