1812-ci il uvertürası

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
1812-ci il uvertürası
rus. Торжественная увертюра «1812 год»
Toplarla birlikdə uvertüranın ifası, Melburn, 2005
Toplarla birlikdə uvertüranın ifası, Melburn, 2005
BəstəkarPyotr Çaykovski
Tonallıqmi-bemol major
Formatəntənəli uvertüra
Opusop. 49
Yazılma tarixi1880
Premyera
  • 20 avqust 1882
  • Xilaskar Məsih kilsəsi, Moskva
İthaf olunubFransa-Rusiya müharibəsi
Musiqi alətləri
orkestr[1], Döyüş topu
Dinlə
Əsərin Skidmor Kollec Orkestrı tərəfindən ifa səsyazması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təntənəli 1812-ci il uvertürası, op 49 (rus. Торжественная увертюра «1812 год») — rus bəstəkar Pyotr Çaykovski tərəfindən 1812-ci il Fransa-Rusiya müharibəsində Napoleon Bonapartın Böyük Ordusunun məğlub edilməsinə həsr olunmuş və daha çox 1812-ci il uvertürası[2] kimi tanınan konsert uvertürasıdır.

Uvertüranın premyerası 20 avqust 1882-ci ildə[3] Moskvada baş tutmuşdur. Rusiyanın 1812-ci il qələbəsinə ithaf edilmiş Xilaskar Məsih kafedralında həyata keçirilmiş debüt ifa zamanı dirijor İpploit Altani olmuşdur.[4] Nyu-Yorkda Karnegi zalının açılışına həsr olunmuş ifa zamanı isə Çaykovski özü orkestra drijorluq etmişdir.[5] Bu böyük Avropa bəstəkarından birinin ABŞ-yə etdiyi ilk səfərlərdən biri idi.[6]

15 dəqiqə davam edəm uvertüra daha çox musiqidə istifadə olunmuş silah atışı səsləri, çayms zınqırovları və finalda top atəşi açılması ilə məşhurdur. Əsər ənənəvi olaraq hər il ABŞ-da Müstəqillik Günü atəşfəşanlığını müşayət etmək üçün ifa edilir. Şelkunçik, “Yatmış gözəl”Qu gölü balet süitaları ilə yanaşı “1812-ci il uvertürası” Çaykovskinin ən məşhur əsərlərindən biridir.[7] davay

Yazılma tarixi

mənbəni redaktə et

Tarixi-siyasi fon: I Napoleonun Rusiyaya hücumu

mənbəni redaktə et
border=none Əsas məqalə: Fransa-Rusiya müharibəsi
Fransız ordusunun Rusiyadan çəkilməsini göstərən rəsm əsəri, rəssam: İllarion Pryanişnikov, 1874

7 sentyabr 1812-ci ildə Moskvadan 120 km cənubda yerləşən Borodino ərazisində I Napoleonun ordusu ilə Mixail Kutuzovun rəhbərlik etdiyi Rusiya ordusu qarşılaşır. Borodino döyüşü 100.000-dən çox insanın ölümü ilə nəticələnir və sahə döyüşlərində təcrübəli olan fransızlar qalib gəlirlər. Lakin, bu qələbə Pirr qələbəsi olur.[8]

Ehtiyyatları tükənmək üzrə olan fransızlar Moskvaya doğru irəliləyirlər və kiçik müqaviməti qıran Napoleon şəhəri ələ keçirir. Çar I Aleksandrın təslim olacağını gözləyən fransızlar Moskavnı ələ keçirdikdən sonra tamamilə boşaldılmış və böyük bir hissəsi hərbiçilər tərəfindən yandırılmış xarabalıqla qarşılaşırlar.

Qış ehtiyyatı olmayan Napoleon geri çəkilməyə məcbur olur. 19 oktyabrdan dekabra qədər davam edən bu çəkilmə zamanı fransızlar bir neçə problemlə üzləşməli olurlar: aclıq, tif, soyuq, kazakların müntəzəm hücumları və ordunun ölkədən çıxmasına mane olmağa çalışan rus ordusu. Noyabrda Napoleon ordunu tərk edir və onun Böyük Ordusu Polşa ərazisində təhlükəsiz yerə çatdıqda on dəfə kiçilmiş vəziyyətdə olur.[9]

Əsərin sifariş edilməsi

mənbəni redaktə et
Uvertüranın premyerası 1882-ci ildə Xilaskar Məsih kafedralının həyətində baş tutur.

Rusiya qələbəsinin əbədiləşdirilməsi üçün Çar I Aleksandr tərəfindən inşası sifariş edilmiş Xilaskar Məsih kafedralının inşası 1880-ci ildə yekunlaşmaq üzərə idi; 1881-ci ildə isə Çar II Aleksandrın tacqoymasının 25 illik yubileyi qeyd olunmalı idi; həmçinin 1882-ci ildə Moskvada Ümumrusiya bədii-sənaye sərgisinin keçirilməsi planlaşdırılırdı. Çaykovskinin yaxın dostu və müəllimi olan Nikolay Rubinşteyn ona təntənəli mərasimlərdə ifa etmək üçün musiqili pyes yazmağı təklif edir. 12 oktyabr 1880-ci ildə Çaykovski əsər üzərində çalışmağa başlayır və altı həftə sonra işi tamamlayır.

Təşkilatçılar premyeranın kilsə qarşısındakı meydanda keçirilməsini, orkestrın hərbi musiqiçilər dəstəsi tərəfindən dəstəklənməsini, Xilaskar Məsih kafedralının zəngləri ilə yanaşı ətrafdakı kilsələrin də zənglərinin istifadə edilməsi və notlarda yazıldığı kimi toplardan atəş açılmasını planlaşdırırdılar. Lakin, bu plan baş tutmur. Çakin, Çar II Aleksandrın martda öldürülməsi layihəyə marağı artırır. 1882-ci ildə təşkil edilmiş Ümumrusiya bədii-sənaye sərgisi zamanı uvertüra tikintisi davam edən kilsənin yanında qurulmuş çadırda təqdim edilir.[4] 26 may 1883-cü ildə isə kilsənin inşası tamamlanır.[10]

Buna baxmayaraq, Çaykovski himayədarı Nadejda fon Mekkə şikayətlənərək yazır ki, “festival əsərlərinin dirijoru deyil” və Uvertüra “yüksək səsli olsa da, yazdığım digər işlərlə müqayisədə bədii dəyəri daha aşağıdır, çünki mən onu həvəssiz və sevgisiz yazmışam”. Çaykovskinin əsərin yazılmasına cəmi 6 həftə sərf etməsinə baxmayaraq, uvertüra bəstəkarın kataloqundakı işlər arasında ən çox ifa edilənlərdən biri olmaqla, onun mülkiyyətini zənginləşdirməyə davam edən azsaylı əsərlərdən biri olaraq qalmaqdadır.[11][12][13]

Rusiyada kommunizm dövründə əsərin Çar himni melodiyası Mixail Qlinkanın “Çar uğrunda həyat” operasının finalından olan “Yaşa, yaşa, müqəddəs Rus!” (rus. Славься, славься, святая Русь!) melodiyası ilə əvəz eidlir. SSRİ-nin süqutundan sonra əsərin original notları bərpa edilir.[14]

Digər kontekstlərə uğunlaşdırılması

mənbəni redaktə et

Sonradan ilhamlandırıcı patriotik himn kimi uvertüra digər kontekstlərə uyğunlaşdırılmış və rus qələbəsindən daha çox başqa mövzularla əlaqələndirilmişdir. ABŞ-da “1812-ci il uvertürası” 4 iyul 1974-cü ildə Boston Pops orkestrı tərəfindən Artur Fidlerin seçimi əsasında Müstəqillik günündə ifa edildikdən sonra[15][16] geniş məşhurluq qazanmışdır.[17]

Böyük Britaniya bəstəkarı Malkolm Arnold özünün “A Grand, Grand Overture” adlı əsərini uvertüraya parodiya kimi yazmış və ABŞ prezidenti Herbert Huverə həsr etmişdir.[18]

İnstrumentasiya

mənbəni redaktə et

“1812-ci il uvertürası” aşağıdakı heyətdən ibarət orkestrla ifa olunmaq üçün yazılmışdır::[19]

  • Nəfəsli alətlər dəstəsi: Bu hissədə “Açıq” saxlanılmış instrumentasiyanın “istənilən mis nəfəsli alətlə” tamamlana biləcəyi qeyd edilir. Qapalı məkanlarda ifa zamanı bu hissənin ifasının orqana həvalə edilməsi də mümkündür. Hissənin hərbi və ya mars musiqi dəstələri tərəfindən ifası da mümkündür. Qeyd: nəfəsli alətlər dəstəsi və ya onu əvəz edən alətlər yalnız finalda istifadə edilir.
  • Taxta nəfəsli alətlər: 1 fleyta-pikkolo, 2 fleyta, 2 qoboy, 1 ingilis qoboyu, 2 soprano klarnet və 2 faqot
  • Metal nəfəsli alətlər: 4 F valtorn, 2 B♭ kornet, 2 E♭ truba, 3 trombon (2 tenor, 1 bass) və 1 tuba
  • Zərb alətləri: litavr, böyük bass orkestr barabanı, kiçik baraban, boşqab, buben, üçbucaq, karillon
  • Simli alətlər: I & II skripka, alt, violonçel, kontrabas
  • Artilleriya: bir döyüş topu batareyası və ya mərasim sahə artilleriyası

Karillon bəzən boru formalı zənglərlər, carillon ifasının səsyazması ilə və hətta kilsə zəngləri ilə də əvəz edilir. Döyüş topu atəşi səsinin olduğu hissələr bəzən top atəşi səsyazması ilə, bəzən isə Qustav Malerin “Altıncı simfoniya”sında olduğu kimi taxta və ya metal çəkic zərbəsinin səsi ilə əvəz edilir. Qapalı məkanlarda ifa zamanı top atəşi səsini əvəzləmək üçün bass baraban və ya qonq/tam-tam səsindən də istifadə olunur.

Musiqi xüsusiyyətləri

mənbəni redaktə et

Əsər Pravoslav kilsəsinə məxsus “Müqəddəs xaç troparı (həmçinin “İlahi, öz xalqını xilas et” adıyla tanınır) adlı həzin rus melodiyasının violonçel və iki alt vasitəsiylə ifası ilə başlayır.[20]

|

\relative c' {
\key ges \major \time 4/4 
bes''8-. \p bes16( ces bes8-.) as( ges) ges-. as( es)
ges-. ges-. es4-> ges8( f16 ges as8-.) es-.
bes'4->( es,8) es-. es( ges) f-. es-.
bes'4->(\< es,8) es-. es( ges) f-. es-.\!
bes'-.(_\markup{\italic{poco più}\dynamic f} bes-. bes-. bes-.) bes-> des16( bes as8-.) f(
ges) ges-. es4-> ges8( f16 ges as8-.) es-.
bes'4->( es,8) es-. es( ges) f-. es-.
bes'4->( es,8) es-. es16(\> f) ges-. ges-. f( es) des-. ces-.\!
}

Bu hissə işğalın qısa zamanda bitməsi üçün dua edən rus xalqını təmsil edir. Daha sonra fransız ordusunun hücumunu göstərmək üçün Fransanın dövlət himni olan Marselyeza səslənir. Fransızların getdikcə Moskvaya yaxınlaşmalarını göstərən hissə “Marselyeza” və rus xalq musiqisinin rəqabəti şəklində səslənir və iki ordunun döyüşməsini göstərir. Bu hissədə toplardan beş dəfə atəş açılır və bu atəşlər Borodino döyüşünü göstərir. Bu hissədə “Marselyeza”nın melodiyası daha qabarıqlaşır və rus xalq musiqisini batırır.

Bundan sonra gələn uzun eniş fransızların Moskvadan geri çəkilməsini təmsil edir. Bu hissənin sonunda əsərin başlanğıcında istifadə edilən himn melodiyası sələnir. Bunu duaya cavab kimi qiymətləndirmək olar. Uvertüranın finalında on bir top atəşi açılır və Tanrı çarı qorusun! melodiyası səslənir.[21]

Milli motivlərin anaxronizmi

mənbəni redaktə et

Uvertürada “Marselyeza” Fransa dövlət himni kimi istifadə edilsə də, 1795-ci ildə o, Napoleon Bonapart tərəfindən qadağan edilmiş və 1805-ci ildə başlayan Rusiya hücumu zamanı istifadə edilməmişdir. Əsər Fransa dövlət himni kimi 1879-cu ildə - uvertüranın sifarişindən bir il əvvək bərpa edilmişdir ki, bu da onun Çaykovski tərəfindən nəyə görə istifadə edilməsini izah edə bilər.[22] I Napoleon rejiminin qeyri-rəsmi himni olmuş Veillons au salut de l'Empire mahnısı 1882-ci ilə kimi unudulmuş, “Marselyeza”nın əhəmiyyəti isə rus zadəganları arasında bilinən idi.

Çaykovskinin dövründə Rusiyanın dövlət himni Tanrı çarı qorusun! olsa da, 1812-ci ildə bu əsər hələ yazılmamışdı. 1815-ci ilə kimi Rusiyanın dövlət himni olmamış, həmin tarixdən 1833-cü ilə kimi isə himn, Tanrı kraliçanı qorusun! melodiyası ilə oxunan Rusların duası (rus. Молитва русских) olmuşdur.[23]

Əsərdə “İlahi, öz xalqını xilas et” melodiyası ordunun işğalından azad olmaq haqqında duanı ifadə edir.


{
\clef bass \key c \minor \time 3/4
\set Score.tempoHideNote = ##t
\tempo 4 = 60
r4 r4 \clef tenor <bes es'>8-.( <bes es'>-.) \mf
<d' f'>4(\< <es' g'>)\! <bes es'>8-.( <bes es'>-.)
<d' f'>8(\< <es' g'>) <es' as'>-.( <es' as'>-.) <es' as'>4\!~
<es' as'>2.\>
<es' g'>8-.( \mf <es' g'>-. <es' g'>-. <es' g'>-.) <es' g'>4~
<es' g'>\< <es' g'> <es' g'>
<d' f'>4.\f <d' f'>8-.( <d' f'>8-. <d' f'>8-.)
<es' g'>2 <c' es'>4 \mf
<d' f'>(\< <es' g'>) <bes es'>\!
<d' f'>8\<( <es' g'>) <es' as'>-.( <es' as'>-. <es' as'>-. <es' as'>-.\!)
<es' as'>-.(_\markup{\italic{cresc.}} <es' as'>-. <es' as'>-. <es' as'>-.\!) <es' as'>-.( <es' as'>-.
<es' as'>-. <es' as'>-.\!) <es' as'> <es' g'> <es' as'>4~
<es' as'>2.
}

Həmin himnin bir hissəsi “Bütün pravoslav xristianlara düşmənləri üzərində qələbə bəxş et” kimi tərcümə olunur. Bu himni əsərə əlavə etməklə Çaykovski Tanrının pravoslav ruslara fransızlar üzərində qələbə bəxş etdiyini göstərir.[24] Sonradan “Marselyeza” melodiyasının güclü səslənməsi rusların sanki məğlub olduqlarını göstərir. Daha sonra “İlahi, öz xalqını xilas et”“Tanrı çarı qorusun!” melodiyalarının birlikdə səslənməsi “Marselyeza”nın melodiyasını əvəz edir və bu zaman fonda zınqırovlar səslənir. Bu zınqırovlar Moskva kilsələrinin zənglərinə işarə edir.[25] Əsərdə zənglərin istifadə edilməsi mühüm əhəmiyyət daşıyır, belə ki, pravoslav inancında kilsə zəngləri İlahi səsi kimi qəbul olunur.[26]

İfa praktikası

mənbəni redaktə et

Canlı ifa zamanı müasir dövrdə yaxşı öyrədilmiş hərbi personal və müasir döyüş topları istifadə edilir. 1800-cü illərdə istifadə edilən topların isə iki dəqiqə ara ilə on altı atışı dəqiqliklə həyata keçirməsi mümkün deyildi.[27]

Səsyazma tarixi

mənbəni redaktə et

Əsərin məlum olan ilk orkestr səsyazması Kral Albert Holl tərəfindən Lendon Ronaldın dirijorluğu ilə top atəşləri və zınqırovlar xaric heç bir zərb alətinin iştirakı olmadan yazılmış və 1916-cı ildə “His Master’s Voice” tərəfindən 12 düymlük plastində satışa çıxarılmışdır.[28] Kral Opera Orkestrı tərəfindən təxminən həmin dövrdə edilmiş səsyazmasında da atəş açılmamışdır.[29]

Antal Doratinin dirijorluğu ilə 1954-cü ildə Minneapolis Simfonik Orkestrı ilə Vest-Pointdə yazılmış və Mercury Records tərəfindən yayımlanmış səsyazmasında Nyu Heyvendəki Yel Memorial Karillonundan və ABŞ-dakı yeganə Napoleon dövrü qoşa atan fransız topundan istifadə edilmişdir. İlk yayım zamanı valın bir tərəfində uvertüra, digər tərəfində isə Dims Teylorun top və zınqırov səslərinin istifadəsi haqqında mətni oxuması səslənirdi. Sonrakı yayımlanmalarda valın bir tərəfində uvertüra və Dims Teylorun mətni, digər tərəfində isə Çaykovskinin “İtalyan kapriççiosu” səsləndirilmişdir. 5 aprel 1958-ci ildə stereofonik səsyazma zamanı Riversayd kilsəsindəki Lora Spelman Rokfeller Memorial Karillonundan istifadə olunmuşdur. Bu yayımlanmada da Çaykovskinin “1812-ci il uvertürası”“İtalyan kapriççosu” birləşdirilmiş, qeydlər isə yenidən Dims Teylor tərəfindən səsləndirilmişdir. Sonrakı yayımlanmalar zamanı “1812-ci il uvertürası”Bethovenin “Vellinqtonun qələbəsi”nin London Simfonik Orkestrı və topların iştirakı ilə yazılmış səsyazması bir valda birləşdirilmişdir.[30]

Kennet Olvinin “Decca” üçün yazılmış ilk səsyazmasında top atəşi yerinə yavaşladılmış odlu silah atəşindən istifafə olunmuşdur. 1963-cü ildə Robert Şarplz və London Festival Orkestrının ifasında yayımlanmış səsyazması sonradan “Decca” tərəfindən kvadrofon səsə uyğunlaşdırılmışdır.

Black Dyke Band əsərin nəfəsli alətlər orkestrı üçün uyğunlaşdırılmış variantının səsyazmasını həyata keçirmişdir. Qrupun “Symphonic Brass” albomuna daxil olan bu səsyazmasında original notlarda olduğu kimi top atəşlərindən istifadə edilmişdir.[31]

1967-ci ildə “Deutsche Grammophon” üçün Herbert fon Karayanın drijorluğu, Berlin Filarmoniya Orkestrı və Don Kazakları Xorunun ifasında uvertüranın səsyazması həyata keçirilmişdir.[32]

1971-ci ildə CBS tərəfindən çıxarılmış[33] səsyazması Yujin Ormandinin drijorluğu ilə Filadelfiya orkestrı tərəfindən yazılmış və səsyazması zaman Mormon Tabernakl Xoru və real top atəşi səslərindən istifadə edilmişdir. Böyük Britaniya rok-zərbçisi Kozi Pouell 1979-cu ildə çıxarılmış Over The Top albomuna daxil olan eyni adlı mahnının sonunda uvertüranın musiqisindən istifadə edilmişdir.

Əsərin ilk rəqəmsal səsyazması 1979-cu ildə “Telarc” üçün Sinsinnati Simfonik Orkestrı tərəfindən həyata keçirilmişdir. Həmçinin bu səsyazmasında XIX əsrə aid tam çaplı hərbi topların atışından istifadə edilmişdir. Bu səsyazması “Telarc”ın bestselleri olmaqla qısa zamanda populyarlıq qazanmış və hi-fi səsyazma metodunun sınaqlarına başlanmasına səbəb olmuşdur. Yalnız ən yaxşı və daha düzgün qurulmuş alətlər top atəşi səslərinin düzgün səslənməsinə imkan vermis, səsyazması isə dinləyicilərin audio texnikalarının sıradan çıxmaması üçün düzgün quraşdırmaya səsləyən xəbərdarlıqla müşayət edilmişdir..[34][35][36] 1989-cu ildə “Swingle Singers” qrupu əsərin a kapella versiyasını yazdırmış və bu səsyazması qrupun “1812” adlı albomuna daxil olmuşdur.[37]

1990-cı ildə Çaykovskinin 150 illik yubiley tədbirləri çərçivəsində uvertüra bəstəkarın gənclik şəhəri olan Sankt-Peterburqda Sankt-Peterburq Filarmoniya Orkestrının ifasında yazılmış və 1880-ci il notunda olduğu kimi 16 döyüş topundan atəş açılmışdır. Bu səsyazması bəstəkarın məzarına mümkün qədər yaxın ərazidə həyata keçirilmişdir. Festival ABŞ televiziyasında ilk dəfə 9 mart 1991-ci ildə göstərilmişdir.[38][39] 2012-ci ilin sentyabrında Borodino döyüşünün 200 illik yubileyi münasobəti ilə Texasdan olan "The Invincible Czars" qrupu uvertüranın rok versiyasını ifa etmişdir.[40] Qrup ilk dəfə bu əsərlər Bartsvill, Oklahomada baş tutan 20-ci ənənəvi OK Motsart klassik musiqi festivalında klasssik musiqi orkestrı üzvləri ilə birlikdə çıxış etmiş, finalda isə atəşfəşanlıq edilmişdir.[41]

Xarici keçidlər

mənbəni redaktə et

Naviqasiya menyusu