Əylənli


Əylənli, Aynalı, Ağlyanlıİrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.[2][3]Rayon mərkəzindən 7 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4]. Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir[5][6].

ƏYLƏNLİ
40°22′ şm. e. 43°58′ ş. u.
Ölkə Ermənistan
RayonÜçkilsə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü1.730 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 704 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi0527
Xəritəni göstər/gizlə
ƏYLƏNLİ xəritədə
ƏYLƏNLİ
ƏYLƏNLİ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Toponim əylənli türk tayfa adı[7] əsasında yaranmışdır.[8]Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Davidaşen qoyulmuşdur.

Toponimi

Mənbədə Aylanlı kimidir 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində Əgənli kənd adı[9][10]. "Kəndin başqa adı Yasaqlıdır". Mənbədə Əglənli kimidir. Digər adı Axsaqlı-Əglənli idi[11][12] "Axsaq (kəndi) yaxınlığında Əglənli "mə'nasındadır. XX əsrin əvvəllərinə aid mənbədə Aylanlı-Yasaqlı kimidir[13][14]. 1828–1832-ci illərdə kənd dağılmışdır[15]. XIX əsrin 80-ci illərində Yuxarı Əylənli Əbdürrəhmanlı və Aşağı Əylənli Yasaqlı kəndləri vardı. Kəndin əsasını qoymuş tayfa adıdır. 1593-cü ilə aid mənbədə Gəncə və Bərdə nahiyələrində Əglənlu elinin yaşadığı qeyd olunur[16].[17]

Əhalisi

Kənddə 1873-cü ildə 196 nəfər, 1886-cı ildə 236 nəfər, 1897-ci ildə 308 nəfər, 1904-cü ildə 215 nəfər, 1914-cü ildə 228 nəfər, 1916-cı ildə 315 nəfər[18], 1918-ci ilin yanvarında 300 nəfər[19] yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur[19] və kəndə 1916–18-ci illərdə Türkiyənin Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir[20]. İndi ermənilər yaşayır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Həmçinin bax

İstinadlar