Əsgər Əsgərov (rəssam)

Əsgər Əsgərov (1948 – 14 avqust 2017) — Azərbaycan rəssamı.

Əsgər Əsgərov
Doğum tarixi
Doğum yeriBakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeriBakı, Azərbaycan
Fəaliyyətirəssam

Həyatı

  • 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur.
  • 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir.
  • 1975–1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil almışdır.
  • 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur.
  • 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunmuşdur.
  • 1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində iştirak etmişdir.
  • 1973-cü ildə Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak etmişdir.

Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sərgilərdə nümayiş etdirilmişdir. Bakı Rəssamlıq Gimnaziyasında müəllim kimi çalışmışdır. 14 avqust 2017-ci ildə vəfat etmişdir.

Xarici keçidlər