Əsgər İsmayılzadə

Əsgər Bəxtiyar oğlu İsmayılzadə (22 yanvar 2002, Gülövşə, Yevlax, Azərbaycan — 4 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Əsgər İsmayılzadə
Əsgər Bəxtiyar oğlu İsmayılzadə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeriGülövşə, Yevlax, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeriFüzuli, Azərbaycan
Vəfat səbəbiŞəhid
Dəfn yeriYevlax
VətəndaşlığıAzərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
RütbəsiƏsgər
Döyüşlərİkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri"Vətən uğrunda" medalı — 2020, "Füzulinin azad olunmasına görə" medalı — 2020, 3-cü dərəcəli "Rəşadət" ordeni — 2021, "Kəlbəcərin azad olunmasına görə" medalı — 2021

Həyatı

Əsgər İsmayılzadə 22 yanvar 2002-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdur. 2005-ci ildə Yevlax rayonu V. Mövsümov adına Gülövşə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Mingəçevir Turizm kollecinin "Nəqliyyatda daşımaların təşkili" fakültəsinə daxil olmuşdur.[2]

Hərbi xidmətləri

Əsgər İsmayılzadə 2019-cu ildə kolleci bitirdikdən sonra O, vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedir. Hərbi xidmətini Cəlilabad rayonunda "N" saylı hərbi hissədə xidmət çəkən Əsgər, öz arzusu ilə xidmətini Xüsusi Təyinatlı Qüvvələr'de (XTQ) davam etdirib.[3]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Əsgər İsmayılzadə Kəlbəcər, Füzulinin azad edilməsində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Şəhidimiz Yevlax rayon Gülövşə kənd qəbiristanlığında dəfn edilib..[4][5]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[9]

Təltifləri

İstinadlar