Ərəb qrafikalı Azərbaycan əlifbası

Ərəb yazılı Azərbaycan əlifbası, tarixi adı Türk əlifbası (az-əbcəd. تُرک الف باسی‎, fars. الف با ترکیalefbâ-i torkî) və eləcə də Əbcəd[1] (az-əbcəd. ابجد‎) — Azərbaycan dilində yazmaq üçün ərəb əlifbasının əsasında qurulmuş və inkişaf olmuş əlifba. Sağdan sola yazılan bu əlifba X əsrdən 1929-cu ildə SSRİ hökuməti tərəfindən ləğv edilənə kimi Şimali Azərbaycanda, və indiyənə kimi Güney Azərbaycanda işlənilir. Bu əlifbanı Əfqanıstan qızılbaşları, İraq türkmanlarıSuriya türkmanları da işlədir.

Qövsi Təbrizinin şeiri. Ərəb yazı sistemi ilə Azərbaycan dilində yazılmışdır.

Əlifba

Bu əlifba ərəb əlifbası əsasında qurulsa da, bir çox fərqləri var, Türk dilləri üçün əlavə olunan hərflər movcuddur: ŋəf ݣ [ŋ], gəf گ (G), çe (Ç), və پ (P), və jey ژ (J). Buna əlavə, vizual çətinliyi aradan qaldırmaq məqsədi ilə ənənəvi ərəb Kəf hərfi üçün ك yox ک hərfi işlədilir. Hərf sıralamasında da Azərbaycan əlifbasında vov (و), hə (ه), yə (ی) gedir, halbuki original ərəbcə əlifba hə, vov, yə ilə bitir.[2]Azərbaycan tarixi yazılarında bir çox xəttlər görünür. Şeiriyyatda ən geniş işlənən və rəsmi sayılan xətt XIV əsrdə azərbaycanlı xəttat Mir Əli Təbrizi tərəfindən yeridilmiş Nəstəliq xəttidir (az-əbcəd. نستعلیق‎)[3]. Tarixdə başqa bilinən xəttlər: təliq, şikəstə, süls, reyhani, divani, ruqə, mühəqqiq, touqi və başqalarıdır. Düz xəttlərdən də istifafə olunurdu. Elmi yazıları Nəsx xətti (azərb. نسخ‎‎) ilə yazılırdı və sonra öz sadəliyi, rahat oxunuşu və rəvan yazılışına görə rəsmi sənədlərdə də yer alırdı.[4]

HərfAdıLatınŞərh
‍ اəlifa, ə, iSöz əvvəlində bildiyimiz A səsi məddə hərəkəli əlif ilə yazılır (آ): آلتی altı;

sözün ortasında əlif ا uzun A səsini daşıyır (bildiyimiz a: və ya ā);söz səssiz samit ilə başlayarsa, məsələn, Sin ilə (س) özündə sait səs daşımazsa, bu halda onun əvvəlinə İ səsini verən əlif hərfini yazmaq şərtdir: اسپرت [ispirt] — «spirt», استکان [istəkan] — «stəkan»

‍ بbçox zaman پ (pe) hərfini də əvəz edir, bu səbəbdən indi də sözün əvvəlində P ilə tələffüz olunan sözlər B ilə yazılır (bıçaq, bişirmək, bit və s.)
‍ پp
‍ تt
‍ ثṡəsərəb və başqa alınma sözlərdə
‍ جcimcçox zaman چ (çe) hərfini də əvəz edir, bunun səbəbi چ hərfinin ج hərfindən yaranmasıdır, və məs buna görə indiki latın əlifbasında Cim «C» kimi Çe də «Ç» kimi yazılır
‍ چçeçənənəvi Azərbaycan tələffüzündə səsi fərqlənə bilər [tʃ~tɕ~ʈʂ~ts], bu hərf həm Ç həm də TS səslirini əvəz edirdi, məsələn Avropa və Slavyan dillərində gələn TS ilə sözlər Çe ilə yazılırdı: قرالیچه qırālîçə («kraliça», Balkan Slavyancası Кралица), چاریچه çārîça («çariça» rusca Царица), نمچه nemçə («Alman dövləti və milləti», slavyanca Немцы Niemcy), چیچرون‎ Çîçirōn («Siseron»)
‍ حh
‍ خx
‍ دdəldbəzən T kimi dı tələffüz olunur, əsasən sözün sonunda (dalınca sait səs olmasa)
‍ ذzəlz
‍ رreyr
‍ زzeyz
‍ ژjeyjfars, fransız və başqa alınma sözlərdə işlənilir, amma sover dövründən bir çox sözlərədə J hərfi G hərfi ilə əvəz olunur, məsələn «orijinal» oldu «original» (rus dilindəki kimi) və s.

qeyd etmək olar J səsi əsl Azərbaycan (türk) sözlərində işlənilir, lakin Cim (ج) hərfi ilə yazılır, məsələn Cim hərfindən sonra D, B kimi səslər tələffüz olunarsa

‍ سsins
‍ شşinş
‍ صsads
‍ ضzadz
‍ طtatbu hərf qalın T və qalın D kimi səslənə bilər; bəzi türklər sözü T ilə başqaları D ilə sözü deyən hallara yatımlı olur, məsələn طاغطاش sözlərini tağtaş eyni zamanda da daşdağ kimi demək olar, lakim əbcədin son əsrləri ümumi türk yox, «sırf Azərbaycan» Dəl (د) ilə yazılışları qeyd olunur: داغداش. Bəzi mənbələrə görə bu hərf T və D səslərin ortasında olan bir səsdir
‍ ظzaz
‍ عəynə, e, ö, ü, utarixən ərəb sözlərində işlənilirdi, amma yeni dildə sözün ortasında və axrında E səsini daşınması qeyd olunur
‍ غğaynğindiki rəsmi Azərbaycan latın əlifbası qaydalarına görə söz «ğ» hərfi ilə başlaya bilməz, amma əbcəddə belə sözlər çoxdur: غول [ğul] (قول qul (kölə) sözündən anlamca fərqlənir, bu sözləri ayırmaq üçün ğul sözünü qulyabanı olaraq yazırlar), غلبه‌لق [ğalabalıq] («basabas, qələbəlik»), غازی [ğazi] («qazi»); ayrıca, Avropa dillərindən arxa sıra saitlər ilə G və Ruscadan Г hərfli gələn sözlərdə latın əlifbasındakı kimi Q yox غ (Ğ) yazılırdı: Qoqol غوغول (Ğoğol), Qəzet غزته (Ğəzetə), Qubernator غوبرناطور (Ğubirnatur), Qaz غاز (Ğaz)
‍ فfeyf
‍ قqafqQ hərfi; indiki latın əlifbasında alınma Avropa və Rus sözləri üçün qalın K ilə işlənən sözlərdə Qaf yazılırdı: قرال qırāl - kral, قورهآ Qōrea - Koreya, قانفیت qānfît - konfet
‍ کkəfkçox zaman گ (gəf) və ݣ (ŋəf) hərflərini də əvəz edir, bunun səbəbi onların ک hərfindən yaranmasıdır
‍ گgəfg
ݣŋəfnq, ng, nğ, n, ğ, g, kbu hərf Türk-Altay mənşəli sözlərdə işlənilir, məsələn: دݣز dəŋiz - dəniz, مݣا maŋā - mənə, داݣ dāŋ - dan;

bu hərfi farscada işlənən نگ (ng) ilə eyniləşdirmək olmaz, məsələn: زنگ zəng, جنگ cəng və s.;bu hərf tarixi yazılarda çox vaxt da گ ilə qarışdırılır, bunun səbəbi fars əlifbasında ŋəf hərfinin olmaması ola bilər;ŋ hərfi 1928-1939-cu illərdə latın əlifbasında da işlənirdi, lakin kirill əlifbasında bu hərf artıq yox idi

‍ لləmlləm hərfi bəzi hallarda çox səsi əvəz edir, məsələn, ədəbi dildə -lar/-lər kimi yazılan və tələffüzdə olan lar, lər, dar, dər, tar, tər, nar, nər, rar, rər cəm şəkilçiləri sadəcə bir cür لر kimi yazılır. Bu halı ərəbcə olan «Əl-» şəkilçisi ilə müqaisə eləçək olar, çünki Əl- şəkilçisi 14 cür deyilə bilər
‍ مmimm
‍ نnunn
‍ وvovu, o, ü, ö, vbu hərf o, ö, u, ü, v səslirini bildir, lakin səsi konkret bildirmək üçün hərəkələr yazılır: ۋ ۆ وُ ؤ وْ belə nadir hallarda yazılır, ancaq iki oxşar sözü ayırmaq üçün, məsələn بوُز‎ (buz) və بوْز‎ (boz). Söz Vov hərfi ilə başlasa ancaq samit V səsini daşıyır , onun sözün əvvəlində saitə dönməsi üçün əvvəlində Əlif yazılır — او, məsələn, اوغلان (oğlan);

dodaq uyumluğuna görə bəzi hallarda ı, i kimi deyilir: قارپوز qārpūz [qarpız], باکو Bākū [bakı], صابون sābūn [sabın]

‍ هh, a, əsözün ortasında h, sonunda isə ahəng qanununa görə fərqlənə bilər: a və ya ə olur, məsələn, قره qara, البته əlbəttə
‍ یy, i, ı, ebu hərf y, i (həmçinin [i:]), ı, e, səslərini bildir, lakin səsi konkret bildirmək üçün hərəkələr yazılır: ي (y), ی (i), ؽ (ı), ئ (e), amma praktiki olaraq hərəkələr ilə demək olar ki yazılmır. Söz ‍ ی‎ ilə başlasa, ancaq ancaq samit Y səsini daşıyır, onun sözün əvvəlində saitə dönməsi üçün əvvəlində Əlif yazılır — ‍ ای, məsələn, ‍ ایلان (ilan);

dodaq uyumluğuna görə bəzi hallarda u, ü kimi deyilir: اوغلی oğlı [oğlu], تورکچی türkçî [türkçü], گورولتی gūrūltî [gurultu]

Xüsusiyyətləri

  • Bu əlifbada qədimi türk Orxon əlifbasındakı kimi ahəng qanunu çox geniş işlənilir və samitlərin deyilişi çox zaman samitlərdən aslıdır. Məsələn, ön sıra saitləri (i, e, ə, ö, ü) ilə T səsi ت kimi, S səsi س kimi yazılır və arxa sıra saitləri (a, ı, o, u) ilə isə TD səsləri ط kimi, S səsi ص kimi: طاش daş, سومک sevmək, صو su, طورمق durmaq. İncə samitlər ilə Ə, E, İ, Ö, Ü, qalın samitlər ilə isə A, I, O, U səsləri işlənilir (alınma sözlər istisna olmaqla. Lakin onların çoxusu da bu qaydaya uyğunlaşır)
Samitlərin incəliyi və qalınlığı
İncə tayıتسکگءه
Fərqsizدثز ذ
Qalın tayıطط ضصظ ضقغعح خ
  • Saitlər qısa və uzun olur. Qısalar ya yazılmır ya da ki istəyə görə hərəkə kimi yazılır:
Hərəkə
üstün (ərəb. fəthə‎)əsrə (ərəb. kəsrə‎)ötrə (ərəb. zəmmə‎)
◌َ◌ِ◌ُ
Uzun qarşılığı
ایو
  • Saitlər sözün əvvəlində və sonunda həməşə yazılır, amma ortasında saitin uzunluğundan aslıdır: اقربا əqrəbə, اوزاق uzaq, کمرک gömrük
  • Bütün hərflər bitişik yazılır, 7 ay hərfi istisnadır: əlif (), dəl (), zəl (), rey (), zey (), je (ژ) və vov (و). Yəni, 7 hərfin biri sözün ortasında yazılarsa, söz kəsilmiş kimi görsənir və bu qeyri-estetik görünür, Mirzə Fətəli Axundov latın əlifbasına keçmə təbliğatında bu arqumenti işlətmişdir
  • Mürəkkəb sözlərdə (şəhər adları, istilahlar da daxil) sözün hər kökü ayrı yazılır: طاش کند (Daşkənd)
  • Samit ilə başlayan şəkilçilər (məsələn, چی لق لر – lar/lər, lıq/luq, çı/çi/çu/çü) ayrı yazılırdı, əkshalda 2 samitin arasında sait səs olmalı idi, bu qayda əski uyğur əlifbasında da var idi.[5] Lakin getdikcə bu qayda demək olar ki yoxa çıxdı
  • Ərəb dilindən olan tə-i mərbutə hərfi ة işlənmir və hətta alınma sözlərdə sadə Tə ilə ت əvəz olunur: امانت əmanət (ərəb. أمانة‎)
  • ث (sə), ع (əyn), ض (zad), ظ (za) ərəb dildən alınmalarda işlənilir: مثال misal, عالم aləm, ضرر zərar, ظفر zəfər
  • Qoşa samit iki cür yazılır: sadə sözün özündədirsə samitin üstünə Şəddə hərəkəsi qoşulur, amma şəkilçi əlavə olunursa onda samitin ikisi də yazılır: صـقّاللی saqqallı sözündə bu iki qayda var: sözün kökü صـقّال (saqqal) + لی şəkilçisi. Şəddə başqa hərəkələr kimi çox vaxtı yazılmır
  • Bu yazı növünü rəsmi standardı və idari orqanı olmadığına görə bəzi sözlərin yazılışı fərqlənə bilər, söhbət əsasən saitlərdən gedir – əlifbada getdikcə (XX-ci əsrdən) yazılı saitlərin işlənməsi çoxalır: تورک ۔ ترک türk, بير ۔ بر bir, قاسیرقا ۔ قسرقو [qasırqa] ("qasırğa"); XX-ci əsrdən alınma sözlərində çox halda səslərin hamısı yazılır: ژیمناستیک jimnastik (Gimnastika), بیگودی biqudi, بوروکراسی bürokrasi (bürokratiya)
  • نب [nb] birləşməsi «mb» kimi deyilir
  • İngilis və Avropa x (iks) hərf olan alınmalarda indiki kimi KS ilə XX əsrə kimi yox QS (qaf + sin) قس ilə yazılırdı, amma bu ancaq arxa sıra saitli sözlərə aiddir, ön sıra saitli sözlərdə isə K və S yerini dəyişir: Alexander — اسکندرskəndər)

|}

Köhnə nəşriyatda işlənən birləşmiş hərflər (ligatures) seçməsi
Birləşmələr
BirləşməBaşdaOrtadaSondaAdıLatınSöz (Latın)Söz (Əbcəd)
laməliflalaləلاله
اللهAllahAllah, -llah (-ullah, -üllah, -ıllah, -illah)Abdullahعبد الله

Həmçinin bax

İstinadlar