Əlibəyli (Qax)

ƏlibəyliAzərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Əlibəyli
41°22′41″ şm. e. 46°49′19″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.921 nəf.
Xəritəni göstər/gizlə
Əlibəyli xəritədə
Əlibəyli
Əlibəyli

Tarixi

Kənd 1999-cu ildə yaradılmışdır.

Toponimikası

Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kürmük çayının sahilində, Alazan-Həftəran vadisindədir. İlisu sultanı Əlibəy Sultanın (XVII əsrin sonu-XVIII əsrin əvvəli) adı ilə bağlıdır. Yaşayış məntəqəsi Əlibəyə məxsus ərazidə ingiloy ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin yaxınlığındakı dağ da Əlibəyli adlanır;[1]

Əhalisi

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 525 təsərrüfatda hər iki cinsdən toplam 1821 nəfər əhali yaşamaqdadır.[2]

Milli tərkibi

Kənd əhalisi əsasən məsihi etiqadlı ingiloylardan ibarətdir.[3][4]

Tanınmışlar

  • Moisey Georgiyeviç Canaşvili - (19.03.1855 - 19.04.1934) tarixci-etnoqraf.Tarix, etnoqrafiya və linqvistikaya dair coxsaylı elmi-populyar tədqiqatların müəllifi.

Mədəniyyət

  • Kənddə Mədəniyyət Evi var.[5]

Abidələri

Din

Kənddə "Müqəddəs Nino" kilsəsi gürcü pravoslav xristian dini icması fəaliyyət göstərir[6].

İstinadlar

Həmçinin bax