Ələsgər Hüseynov

Ələsgər Nurəli oğlu Hüseynov (10 yanvar 1928, Bakı3 may 1976, Bakı) — Azərbaycan memarı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı.

Ələsgər Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi10 yanvar 1928(1928-01-10)
Doğum yeri
Vəfat tarixi3 may 1976(1976-05-03) (48 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyətimemar

TəltifləriSSRİ Dövlət mükafatı — 1972 Azərbaycan SSR Dövlət mükafatı — 1976
"Oktyabr inqilabı" ordeni

Həyatı

Ələsgər Nurəli oğlu Hüseynov 1928-ci il yanvar ayının 10-da anadan olmuşdur.

1953-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, 1953–1967-ci illərdə "Azərdövlətlayihə" institutunda və Sənaye Tikintisi Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 1968–1971-ci illərdə Bakının Baş rəssamı, 1971–1975-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədr müavini, 1975–1976-cı illərdə isə Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.[1] Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Hənifə Ələsgərovla) və s. tikililərin layihələrini vermişdir.[2][3]

Xidmətlərinə görə keçmiş SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları, "Oktyabr inqilabı" ordeni və medallarla təltif edilmişdir.[2]

Hüseynov Ələsgər 1976-cı il may ayının 3-də vəfat etmişdir.[2][3]

İstinadlar