Əhməd İldiz

Əhməd İldiz (29 noyabr 1996-cı ildə anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Kasımpaşa klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriya futbolçusudur.

Əhməd İldiz
Ümumi məlumatlar
Tam adıƏhməd İldiz
Doğum tarixi (27 yaş)
Doğum yeriVyana, Avstriya
Vətəndaşlığı
Boyu181 sm
MövqeyiYarımmüdafiəçi
Klub haqqında məlumat
KlubTürkiyə Kasımpaşa
Nömrəsi66
Karyerası
Gənclik karyerası
2009—2016Avstriya Rapid Vyana
Klub karyerası[* 1]
2016—h.hTürkiyə Kasımpaşa2 (0)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peşəkar karyerası

İldiz öz gənclik karyerasına Rapid Vyana FK klubunda başlamışdır.[1] 14 yaşı olarkən klubun gənclər akademiyasında çıxış etməyə başlamışdır.[2] İldiz 1 sentyabr 2016-cı ildə Kasımpaşa klubu ilə müqavilə imzalamışdır. İldiz öz peşəkar karyerasında debütünü Kasımpaşa klubu ilə 6 noyabr 2016-cı ildə Konyaspor klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Kasımpaşa liqa oyununda Konyaspora 2-1 hesabı ilə məğlub olmuşdur.[3]

Şəxsi həyatı

İldiz Avstriyada anadan olmuşdur. Valideynləri isə Türkiyə vətəndaşıdır.[4] Onun qardaşı Məhəmməd İldiz də peşəkar futbolçudur. Haı-hazırda Süper Liqa komandalarından olan Qaziantepspor FK klubunda çıxış edir.[5]

İstinadlar

Xarici keçidlər