Əfqan Bayramov

Azərbaycan ağır atleti

Əfqan Bayramov (14 oktyabr 1983, Suraxanı) — Azərbaycanı təmsil edən ağır atlet.[1]

Əfqan Bayramov
Şəxsi məlumatlar
Tam adıƏfqan Şahin oğlu Bayramov
VətəndaşlığıAzərbaycan Azərbaycan
Doğum tarixi14 oktyabr 1983(1983-10-14) (40 yaş)
Doğum yeri
Boyu168 sm. (5 ft 6 in)
İdman növüAğır atlet

Karyerası

Karyerası ərzində Əfqan Bayramov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə apardı. Karyerası ərzində Əfqan Bayramovun beynəlxalq turnirlərdə qeydə alınan ən ciddi uğuru 2012-ci ildə Antalya şəhərində baş tutan Avropa Çempionatınıda qızıl medala sahib olmaq oldu. Əfqan Bayramov həm də Azərbaycanı 2 dəfə olimpiadalarda təmsil elədi.[1]

2008-ci ilin avqustunda Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında Əfqan Bayramov ümumi nəticədə olimpiadanı 320 (145+175) nəticə ilə altıncı pillədə başa vurdu.[2]

Dörd il sonra, 2012-ci ilin avqustunda London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında isə Əfqan Bayramov uğursuz çıxış elədi.[3] Əfqan Bayramov birdən qaldırma turnirində hər üç cəhdidə də uğursuz oldu və olimpiadanı nəticəsiz başa vurdu.[3]

İstinadlar