Ştrudel

Ştrudel (alm. Strudel— "qasırğa") — Avstriya mətbəxinə məxsus şirniyyat (çox vaxt almalı olur).[1] 18-ci əsrdə Habsburq imperiyasında məşhurlaşmış ştrudel AvstriyaAlman mətbəxinin bir hissəsi olsa da, digər Mərkəzi Avropa mətbəxlərində də geniş yayılmışdır.

Ştrudel
Aid olduğu milli mətbəxlər
Avstriya mətbəxi
Çexiya mətbəxi, Almaniya mətbəxi
Mənşəyi
Tarixi1696
Tərkibi
Əsas

Mənşəyi

Birinci məşhur ştrudelin resepti 1696-cı ildən başlanılmışdır. Vyanada hazırlanmağa başlanan bu reseptin müəllifi məlum deyil. Hal-hazırda Vyana kitabxanasının kitablarda onun resepti var.[2][3]

Etimologiyası

Ştrundelin alman dilində hərfi mənası burulğan və ya qasırğa deməkdir.[4][5][6] Belçikada "retelər", Xorvatiyada "štrudel", "štrudla" və ya "savijača", Bosniya və Herseqovinada "štrudla" və ya "savijača", Slovakiyada "štrudelj" və ya "zavitek", Serbiya "závin"və ya "štrúdl", Polşada "sztrucla" və ya "strucla" və Ruminiyada "ștrudel" adlanır.[7][8][9][10][11]

Şirin ştrudel

Ştrudel yumşaq xəmirdənalmadan hazırlanır.[12] Alma ilə yanaşı giləmeyvə (çiyələk, albalı, malina, mərcangilə, kişmiş və s.), kəsmik (vanilli) və s. əlavə edilir. Bununla yanaşı kərə yağı, şəkər tozundan da istifadə edilir.[13][14][15]

Növləri

  • kartoflu ştrudel
  • kələmli ştrudel
  • südlü-kremli ştrudel
  • ətli ştrudel
  • şəkərli ştrudel

Həmçinin bax

İstinad