Şirin Xalmuratova

Şirin Xalmuratova (qaraqalpaqca:Shirin Xalmuratova; 11 oktyabr 1949, Daşkənd6 mart 2013) — Qaraqalpaq şairi və publisisti

Şirin Uteşovna Xalmuratova
TəxəllüsüŞirin Xalmuratova
Doğum tarixi11 oktyabr 1949(1949-10-11)
Doğum yeri
Vəfat tarixi6 mart 2013(2013-03-06) (63 yaşında)
VətəndaşlığıÖzbəkistan Özbəkistan
Milliyyətiqaraqalpaq türkü
TəhsiliNukus Dövlət İnstitutu
Fəaliyyətişair, jurnalist
Fəaliyyət illəri1969-cu ildən
Əsərlərinin diliqaraqalpaq dili
Janrlarşeir,poema

Həyatı

Şirin Uteşovna Xalmuratova 11 oktyabr 1949-cu ildə Özbəkistan SSR-in Daşkənd şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Nukus Dövlət İnstitutunun tarix və filologiya fakültəsində təhsil almışdır. "Bilik", "Kniqolyubov" cəmiyyətlərində çalışmışdır. Uzun illər "Sovet Karakalpakstanı" qəzetinin xüsusi müxbiri olmuşdur.[1]

Ailəsi

Şirin Xalmuratova yazıçı, şair və tərcüməçi Uzakbay Pirjanovun həyat yoldaşı olmuşdur. Bu nikahdan onların Lira Pirjanova, Gözəl Pirjanova, Erpolat Pirjanov, Aysultan Pirjanova və Muxtar Pirjanov adlı övladları dünyaya gəlmişdir.

Vəfatı

Şirin Xalmuratova 6 mart 2013-cü ildə vəfat etmişdir.

Yaradıcılığı

Şirin Xalmuratova bədii yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin sağlığında "On səkkizinci bahar", "Sevimli insanlar" kimi kitabları nəşr olunmuşdur. Onun şeirləri həmçinin 1974-cü ildə "Karakalpakstan" nəşriyyatı tərəfindən nəşr olunan qaraqalpaq şairlərinin poetik axtarışlarından ibarət "Amu nəğmələri" məcmuəsinə daxil edilmişdir.

Kitabları

  • Эзийз адамлар: [Косыклар], Нокис: Каракалпакстан, 1984, 76 s.
  • Бүлбил сести таңда оятар мени, Тошкент: Zilol buloq, 2020, 212 s.

Ədəbiyyat

  • Напевы Аму: Сборник стихов молодых поэтов Каракалпакии: [Перевод]. - Нукус: Каракалпакстан, 1974. - 131 с.
  • Karakalpak Türkleri Edebiyatı. Denizli, Özcan Ofset, 1999, 220 s.
  • Қарақалпақстан Республикасы жазыўшылары: библиографиялық мағлыўмат, Ташкент : Extremum press, 2011, 240 s.
  • Nizami Tağısoy. Qaraqalpak ədəbiyyatı, Bakı: Elm və təhsil, 2015, 449 s.

İstinadlar