Şimal porsuğu: Ölməzlik (film, 2013)

Şimal porsuğu: Ölməzlik (ing. Wolverine) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2013-cü ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman və fantastika filmi. Film "İks-adamlar" seriyasının 6-cı, Şimal porsuğu haqqında isə 2-ci, rejissoru isə Ceyms Menqoldu. Filmin çəkilişləri 2012-ci ilin iyulunda başlanılıb. "Şimal porsuğu: Ölməzlik" filminin premyerası 2013-cü ilin 16 iyulunda Böyük Britaniyanın London şəhərində baş tutub. 26 iyul 2013-cü ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb.

Şimal Porsuğu: Ölməzlik
The Wolverine
Janrsuper qəhrəman filmi
fantastika
döyüş
Əsas mövzuaviasiya, qas, Nindza
RejissorCeyms Menqold
ProdüserlərLouren Şoler Donner
Xac Parker
Əsərin müəllifləriFrank Miller
Kris Klarmont
Ssenari müəllifləriMark Bombak
Skott Frank
Baş rollarda
OperatorRoss Emeri
BəstəkarMark Beltrami
İstehsalçılar20th Century Fox
Marvel Comics
Donner Kompani
Distribütor20th Century Fox, InterCom[d][1], Netflix, Disney+
İlk baxış tarixi16 iyul 2013
(London premyerası)
26 iyul 2013
(ABŞ)
Müddət126 dəqiqə
Büdcə120 milyon $
Gəlir414.8 milyon $
ÖlkələrABŞ ABŞ
Böyük Britaniya Birləşmiş Krallıq
Dillərİngilis dili
Yapon dili
İl2013
Əvvəlki filmİks-adamlar: Başlanğıc. Şimal Porsuğu
Sonrakı filmLoqan
Rəngrəngli
Çəkiliş yeriAvstraliya, Yaponiya, Sidney
IMDbID1430132
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Cin Qreyi öldürdükdən sonra, Loqan daha Professor İks məktəbində qala bilmir. O, öz güclərini lənət kimi sayır. Gözlənilmədən onu gənc yapon qız Yukio tapır. Yukio, zəngin maqnat Yasidaya işlədiyini bildirir. İndi yaşlaşmış Yasida xərçənqdən ölüm ayağındadır və öz hilaskarını görmək istəyir. Tokioya gələrək Loqan Yasida ilə qörüşdə, maraqlı təklif alır. Beləki Yasida ona öz güclərini ona verməsini təklif edir, lakin Loqan bundan imtina edir. Ertəsi gün Yasida ölur və onun nəvəsini qaçırdırlar. Qızı xilas edərkən Loqan qörür ki, onu regenerasiyası bacarıqını itirib…

Rollarda

Xarici keçidlər