Şaziyə Ərdoğan

Türkiyəli qadın ağır atlet

Şaziyə Ərdoğan Okur (23 fevral 1992[1], Ankara[1]) — qadınlar arasında 45 kq çəki dərəcəsində mübarizə aparan türkiyəli ağır atlet. O, gənclər kateqoriyasında 44 kq çəki dərəcəsində birdən qaldırmada 77 kq, təkanla qaldırmada 92 kq və ümumi 169 kq nəticə ilə hazırkı dünya rekorduna sahibdir.[2]

Şaziyə Ərdoğan
türk. Şaziye Okur
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi23 fevral 1992(1992-02-23)[1] (32 yaş)
Doğum yeri
Boyu153 sm
Çəkisi45 kq
İdman növüağır atletika

Karyerası

O, Ankarada, atası inşaat işçisi olan kasıb bir ailədə anadan olub. O, hələ 11 yaşında ikən Ankaranın Keçiören ibtidai məktəbində ağır atletika ilə məşğul olmağa başlayıb.[3]

2009-cu il iyulun 28-də İsveçin Landskrona şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionatında o, birdən qaldırmada 79,0 kq, təkanla qaldırmada 97,0, ümumilikdə isə 172,0, sonra isə 176,0 kq-ı qaldıraraq yeniyetmələr arasında dörd Avropa rekordu qırıb.[4][5]

Onu Tələt Ünlü, Mustafa Doğan, Erkan Kayır və Nurcihan Gönül hazırlayıb.[3]

2013-cü ildə Okur anabolik steroid Stanozolol istifadə etdiyinə görə Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən 2 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb.[6]

2021-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən ağır atletika üzrə dünya çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində bürünc medal qazanıb.[7][8]

2022-ci ildə Albaniyanın Tiran şəhərində keçirilən ağır atletika üzrə Avropa çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində qızıl medal qazanıb.[9][10] O, Əlcəzairin Oran şəhərində keçirilən 2022 Aralıq dənizi Oyunlarında qadınlar arasında 49 kq çəki dərəcəsində birdən qaldırma və təkanla qaldırma yarışlarında bürünc medal qazanıb.[11]

Əsas nəticələr

İlMəkanÇəkiBirdən (kq)Təkanla (kq)ÜmumiSıra
123Sıra123Rank
Dünya çempionatları
2019  Tailand Pattaya45 kg737577 909296 169
2021  Özbəkistan Daşkənd45 kg747676 939595 169
Avropa çempionatları
2019  Gürcüstan Batumi45 kg707375 889191 163
2022  Albaniya Tirana45 kg717375 8890- 163
Aralıq dənizi Oyunları
2018  İspaniya Tarraqona48 kg747778 9396101 1741
2022  Əlcəzair Vəhran49 kg737579 929597 1703
İslam Həmrəyliyi Oyunları
2017  Azərbaycan Bakı48 kg707476 909393 166

İstinadlar