Şaitdin Əliyev

Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947, Azərbaycan SSR) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Milli Məclisinin III çağırış üzvü.

Şaitdin Əliyev
Vəzifədədir
8 iyun 2010-cu ildən
10 iyun 2010 – 2016
ƏvvəlkiSvetlana Qasımova
bayraq
Azərbaycan Milli Məclisinin III çağırış üzvü
bayraq2
26 noyabr 1995 – 30 noyabr 2005
Şəxsi məlumatlar
Doğum adıŞaitdin Sərdar oğlu Əliyev
Doğum tarixi18 sentyabr 1947(1947-09-18) (76 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyətisiyasətçi

Təltifləri"Şöhrət" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı

Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

Şaitdin Əliyev ailəlidir, beş övladı var.

Fəaliyyəti

1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu.[1][2]

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.[3][4]

Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının 2010-cu il iyunun 8-dən üzvü, iyunun 10-dan isə sədr müavinidir.[5][6]

Şaitdin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə "Şöhrət" ordeni, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[7][8]

İstinadlar