İzotop

İzotop — kimyəvi elementin bir-birindən kütlə ədədi ilə fərqlənən atomları. Kimyəvi xassələri təqribən eynidir. Mendeleyev kimyəvi elementlərin dövri cədvəlində eyni yerdə olduqlarına görə belə adlanırlar. Bəzi izotoplar öz məxsusi adlarına malikdirlər (məsələn, deyteri, aktinon).

Xarakteristikası

Atomun əsas kütləsi onun nüvəsində cəmləşir. Nüvə öz növbəsində müsbət yüklü protonlardan və neytral neytronlardan ibarətdir. Protonlar eyni sayda mənfi yüklü elektronlarla tarazlaşdırılır. Proton və neytronların kütlələrinin cəmi atom kütləsi adlanır.

Nüvəsində eyni sayda proton lakin müxtəlif sayda neytronlar olan atomlar izotop adlanır.

Stabil və radioaktiv izotoplar

İzotoplar stabil və radioaktiv ola bilərlər. Hazırda 300-ə qədər stabil və 1200-dən çox radioaktiv izotop aşkar olunmuşdur. Cüt atom nömrəsinə malik izotopların kütləsi daha çoxdur.

Radioaktiv parçalanma nəzərə alınmazsa, təbiətdə izotopların meydana çıxması buxarlanma, diffuziya, distillasiya, kristallizasiya və biokimyəvi proseslərlə əlaqədardır.

Stabil izotoplar cədvəli
Enerji səviyyələrinin sayıProtonların sayıSimvoluElementProton və neytronların sayıYer üzərində izotop bolluğu, %
11HHidrogen1
2
99,98
0,02
12HeHelium3
4
0,00001
99,99999
23LiLitium6
7
7,9
92,1
24BeBerillium9100
25BBor10
11
18,8
81,2
26CKarbon12
13
98,9
1,1
27NAzot14
15
99,62
0,38
28OOksigen16
17
18
99,76
0,04
0,20
29FFtor19100
210NeNeon20
21
22
90,48
0,27
9,25
311NaNatrium23100
312MgMaqnezium24
25
26
78,6
10,1
11,3
313AlAlüminium27100
314SiSilisium28
29
30
92,23
4,67
3,10
315PFosfor31100
316SKükürd32
33
34
36
95,02
0,75
4,21
0,02
317ClXlor35
37
75,78
24,22
318ArArqon36
38
40
0,337
0,063
99,600
419KKalium39
41
93,258
6,730
420CaKalsium40
42
43
44
46
96,941
0,647
0,135
2,086
0,004
421ScSkandium45100
422TiTitan46
47
48
49
50
7,95
7,75
73,45
5,51
5,34
423VVanadium5199,750
424CrXrom50
52
53
54
4,345
83,789
9,501
2,365
425MnManqan55100
426FeDəmir54
56
57
58
5,845
91,754
2,119
0,282
427CoKobalt59100
428NiNikel58
60
61
62
64
68,27
26,10
1,13
3,59
0,91
429CuMis63
65
69,1
30,9
430ZnSink64
66
67
68
70
49,2
27,7
4,0
18,5
0,6
431GaQallium69
71
60,11
39,89
432GeGermanium70
72
73
74
20,55
27,37
7,67
36,74
433AsAsetat75100
434SeSelen74
76
77
78
80
0,87
9,02
7,58
23,52
49,82
435BrBrom79
81
50,56
49,44
436KrKripton80
82
83
84
86
2,28
11,58
11,49
57,00
17,30
537RbRubidium8572,2
538SrStronsium84
86
87
88
0,56
9,86
7,00
82,58
539Yİttirium89100
540ZrSirkonium90
91
92
94
51,46
11,23
17,11
17,4
541NbNiobium93100
542MoMolibden92
94
95
96
97
98
15,86
9,12
15,70
16,50
9,45
23,75
544RuRutenium96
98
99
100
101
102
104
5,7
2,2
12,8
12,7
13
31,3
18,3
545RhRodium103100
546PdPalladium102
104
105
106
108
110
1,00
11,14
22,33
27,33
26,46
11,72
547AgGümüş107
109
51,839
48,161
548CdKadmium106
108
110
111
112
114
1,25
0,89
12,47
12,80
24,11
28,75
549Inİndium1134,29
550SnSink112
114
115
116
117
118
119
120
122
124
0,96
0,66
0,35
14,30
7,61
24,03
8,58
32,85
4,72
5,94
551SbSürmə121
123
57,36
42,64
552TeTellur120
122
123
124
125
126
0,09
2,55
0,89
4,74
7,07
18,84
553IYod127100
554XeKsenon126
128
129
130
131
132
134
0,089
1,910
26,401
4,071
21,232
26,909
10,436
655CsSezium133100
656BaBarium132
134
135
136
137
138
0,10
2,42
6,59
7,85
11,23
71,70
657LaLantan13999,911
658CeSerium136
138
140
142
0,185
0,251
88,450
11,114
659PrPrazeodim141100
660NdNeodium142
143
145
146
148
27,2
12,2
8,3
17,2
5,7
662SmSamarium144
150
152
154
3,07
7,38
26,75
22,75
663EuEvropium151
153
52,2
47,8
664GdQadolinium154
155
156
157
158
160
2,18
14,80
20,47
15,65
24,84
21,86
665TbTerbium159100
666DyDisprozium156
158
160
161
162
163
164
0,056
0,095
2,329
18,889
25,475
24,896
28,260
667HoHolmium165100
668ErErbium162
164
166
167
168
170
0,139
1,601
33,503
22,869
26,978
14,910
669TmTulium169100
670Ybİtterbium168
170
171
172
173
174
176
0,126
3,023
14,216
21,754
16,098
31,896
12,887
671LuLutesium17597,41
672HfHafnium176
177
178
179
180
5,26
18,60
27,28
13,62
35,08
673TaTantal18199,9877
674WVolfram182
184
186
26,50
30,64
28,43
675ReRenium18537,07
676OsOsmium184
187
188
189
190
192
0,02
1,96
13,24
16,15
26,26
40,78
677Irİridium191
193
37,3
62,7
678PtPlatin192
194
195
196
198
0,782
32,967
33,832
25,242
7,163
679AuQızıl197100
680HgCivə196
198
199
200
201
202
204
0,155
10,04
16,94
23,14
13,17
29,74
6,82
681TlTallium203
205
29,52
70,48
682PbQurğuşun204
206
207
208
1,4
24,1
22,1
52,4
683BiBismut209[1]100

Tarixi

1911-ci ildə Soddi kimyəvi xassələri eyni olan, lakin başqa xassələrinə, xüsusən özünün radioaktivliyinə görə fərqlənən elementlərin mövcud olması imkanı haqqında fərziyyə söyləmişdi. Bu elementləri dövri sistemdə eyni bir xanaya yerləşdirmək lazımdır. Soddi onları izotoplar - yəni eyni bir xananı tutan adlandırmışdır. Soddinin fərziyyəsi bir ildən sonra C.Tomson tərəfindən neon ionlarının elektrik və maqnit sahəsindəki meylinə görə kütləsi dəqiq ölçüldükdən sonra tam təsdiqini tapdı. Tomson aşkar etdi ki, neon iki növ atomların qarışığından ibarətdir. Onların əksəriyyətinin nisbi atom kütləsi 20-yə, cüzi bir qisminin nisbi atom kütləsi isə 22-yə bərabərdir. Nəticədə qarışığın nisbi atom kütləsi 20,2-yə bərabər olur. Eyni kimyəvi xassələrə malik olan atomlar kütlələrinə görə fərqlənirdi. Eyni bir element atomlarının nüvəsində eyni sayda proton olur, lakin bir-birindən neytronlarının sayı ilə fərqlənir. Nüvəsinin yükü eyni, kütlə ədədləri müxtəlif olan eyni bir kimyəvi element atomlarına izotop deyilir. Hər bir izotop iki kəmiyyətlə - kütlə ədədi və sıra nömrəsi ilə xarakterizə olunur: 8O16, 8O17. Yuxarıdakı ədəd nisbi atom kütləsini, yaxud atomun kütlə ədədini, aşağıdakı ədəd isə sıra nömrəsini yaxud nüvənin yükünü göstərir. İzotoplar davamlı və radioaktiv (davamsız) olur. Radioaktiv izotoplar təbii və süni olur. İzotoplar bioloji və kimyəvi tədqiqatlarda nişanlanmış atomlar kimi, radiasiya terapiyasında və nümunələrin yaşını təyin etmək üçün tətbiq olunur.

İzotop effekti

İzotop effekti - elementin izotoplarının, yaxud izotop tərkibinə görə bir-birindən fərqlənən birləşmələrin xassələrində atom kütlələrinin müxtəlifliyi nəticəsində aşkar olan fərdi. Elementin atom kütləsi böyük olduqca izotoplarının kütlələri arasındakı fərq də azdır, hidrogen izotoplarında bu fərq protiuma nisbətən deyteriumda 100%, tritiumda 200% olduğundan hidrogen və heliumda izotop efferkti daha böyükdür. İzotop effekti nəticəsində maddənin termodinamik xassələri molekulların kristal qəfəslərində atomların rəqs tezlikləri dəyişir.

İzotop indikatoru

İzotop indikatoru - izotop tərkibi təbii birləşmələrindən fərqlənən maddə. İndikator kimi işlədilir. İzotop indikatorunun yüksək həssaslığı və spesifikliyi onu ən mürəkkəb sistemdə maddələrin hərəkəti, paylanması və çevrilməsi zamanı izləməyə imkan verir.

İzotop mübadiləsi

İzotop mübadiləsi - reaksiyayagirən maddələr arasında elementin izotoplarının yenidən paylanması. Bu zaman maddə molekullarında elementin 1 izotopu molekulun elementar tərkibini dəyişmədən həmin elementin başqa izotopu ilə əvəz olunur.

Mənbə

  • A.Məhərrəmov, M.Allahverdiyev və b., "Kiçik kimya ensiklopediyası", 1997.