İtaliyada yunanlar

Yunanların İtaliyadakı varlığı (yun. Έλληνες στην Ιταλία, it. Greci in Italia) — e.ə. VIII əsrdə tacirlərin və müstəmləkə qruplarının köçü ilə başlayır və bu günə qədər də davam edir.[1] Считается, что они являются потомками древней[2] Hazırda İtaliyanın cənubundakı Kalabriya (Reqqio Kalabriya əyaləti) və Apuliya bölgələrində, xüsusilə Salentina yarımadasında, qədim Böyük Yunanıstan bölgəsinin sərhədləri daxilində yaşayan, yunan dili dialektində danışan Qriko xalqı kimi tanınan etnik azlıq vardır.[3] Onların İtaliyanın cənubunda əsrlər boyu yaşamış qədim və orta əsr yunan icmasının nəslindən olduqları güman edilir. X əsrə qədər Bizans əyaləti olan və XVII əsrə qədər Moreya və Kritdə ərazisi olan İtaliya və Maltanın Yunan Pravoslav Arxeparxiyasının indiki mərkəzi olan Venesiyada yunan icması çoxdan mövcuddur. Bu qrupla yanaşı, Yunanıstandan gələn daha az sayda yeni miqrantlar da İtaliyada yaşayır və ölkədə mühacir icması təşkil edir. Bu gün Cənubi İtaliyadakı bir çox yunan assimilyasiyaya olunarkən İtalyan adət və mədəniyyətinə də riayət edir.

Salentina və Kalabriyadakı yunandilli ərazilər

Antik dövr

E.ə. VI əsrdə Yunan diasporu

E.ə. VIII–VII əsrlərdə müxtəlif səbəblərdən, o cümlədən demoqrafik böhran (aclıq, əhalinin həddindən artıq çoxluğu, iqlim dəyişikliyi və digər səbəblər), yeni ticarət nöqtələri və limanların axtarışı, müharibədən qaçmaq və öz vətənlərindən qovulmaq kimi səbəblərə görə yunanlar İtaliyanın cənubu da daxil olmaqla böyük müstəmləkəçilik hərəkatına başladılar.[4]

Eyni zamanda, Qara dənizin şərq sahilləri və Marsel kimi təcrid olunmuş yerlərdə yunan koloniyaları quruldu. Buraya Siciliyadakı yaşayış məntəqələri və Apennin yarımadasının cənub hissəsinin sahilyanı rayonları daxil idi. Romalılar yunanlar tərəfindən sıx məskunlaşdırılmış Siciliya və İtaliyanın cənub ucunu Böyük yunaıstan adlandırdılar.[5] Qədim coğrafiyaşünaslar bu terminin Siciliyanı, yoxsa sadəcə Apuliya və Kalabriyanı əhatə etməsi ilə bağlı fikir ayrılığına düşmüşdülər.

Orta əsrlər

İtaliyada XVI əsrin yunan miqrantları. Solda: Françesko Mavroliko (təxminən 1494–1575) Siciliyanın Messini şəhərində Osmanlıların Konstantinopolu tutduqdan sonra orada məskunlaşan yunan ailəsində anadan olub.[6][7] Sağda: Tomas Flanqinis (təxminən 1578–1648), Yunan müəllim hazırlığı kolleci olan Flangin Məktəbini quran Venesiyada zəngin yunan hüquqşünas və taciri.[8]

Erkən orta əsrlərdə İtaliyanın cənubu Şərqi Roma imperiyasının hakimiyyəti altında qaldığı üçün Yunanıstan və Kiçik Asiyadan Böyük Yunanıstana yeni miqrasiya dalğaları başlandı. Cənubi İtaliyanın yunan sakinlərinin çoxu ellinsizləşib və artıq yunanca danışmasa da, hələ də Kalabriyada və əsasən Salentiyada kiçik Qriko azlığı vardır. Qriko qədim Dori, Bizans yunan və italyan elementlərini birləşdirən bir dilin adıdır. Qrikonun indi yalnız bir neçə min nəfərlə məhdudlaşan zəngin şifahi ənənəsi və folkloru vardır. Böyük Yunanıstanın əsasən yunan dilli olması haqqında qeydlər XI əsrə aiddir.

Bizans imperiyasının süqutu zamanı (1203–1453) və əsasən 1453-cü ildə Konstantinopolun süqutundan sonra XVI əsrə qədər Bizans yunan alimlərinin və digər köçkünlərin Bizansdan köçü müasir alimlər tərəfindən, Roma təhsili, incəsənəti və elmi, eləcə də İntibah humanizminin inkişafında, yunan və digər mühacirlərin dirçəlişində həlledici hesab olunur.[9] Bu mühacirlər humanistlər, şairlər, yazıçılar, naşirlər, ifaçılar, musiqiçilər, astronomlar, memarlar, elm adamları, rəssamlar, katiblər, filosoflar, alimlər, siyasətçilər və ilahiyyatçılar idi.[10]

Osmanlılar Konstantinopolu fəth etdikdən sonrakı onilliklərdə bir çox yunanlar Venesiya Respublikasının ərazilərində, o cümlədən Venesiyanın özündə məskunlaşmağa başladılar. 1479-cu ildə Venesiyada 4000–5000 nəfər yunan sakini yaşayırdı. Üstəlik, Osmanlı imperiyasının hüdudlarından kənarda o dövrün iqtisadi cəhətdən ən güclü yunan icmalarından biri idi.][11] 1494-cü ilin noyabrında Venesiyadakı yunanlar komitəsi və çiçəklənən yunan icmasının maraqlarını təmsil edən zabitləri ilə xeyriyyə və dini cəmiyyət olan Scuola dei Greci adlı bir qardaşlıq cəmiyyətini yaratmaq üçün icazə istədilər və onlara bu icazə verildi. Bu, Yunan koloniyasının hüquqi statusunun Venesiya hakimiyyəti tərəfindən ilk rəsmi tanınması idi. 1539-cu ildə Venesiya yunanlarına öz kilsələrini — San Giorgio dei Grecini inşa etmələrinə icazə verildi, bu kilsə hələ də Venesiyanın mərkəzində Rio dei Greci üzərində dayanır.

Müasir İtaliya

Cənubi İtaliyanın yunan sakinlərinin əksəriyyətinin orta əsrlərdə tamamilə latınlaşmış olmasına baxmayaraq, yunan mədəniyyəti və dili dövrümüzə qədər gəlib çatmışdır. Bunun səbəbi İtaliyanın cənubu ilə Yunanıstanın materik hissəsi arasındakı miqrasiya yollarının heç vaxt tamamilə mövcud olmamasıdır.

Məsələn, XVI–XVII əsrlərdə yunanlar bölgəni yenidən müstəmləkəyə çevirdilər. Bu, Osmanlı türklərinin Peloponnesi zəbt etməsi nəticəsində baş verdi. Xüsusilə xeyli sayda yunan və albanlar Koron süqut etdikdən sonra (1534) Kalabriya, Salentiya və Siciliya bölgələrində sığınacaq axtarıb, məskunlaşdılar. Korondan olan yunanlar — sözdə koronlular — zadəganlara mənsub idilər və özləri ilə xeyli daşınan əmlak gətirmişdilər. Onlar burada xüsusi güzəştlər və vergi güzəştləri əldə etdilər. İtaliyaya köçən yunanların difər bir hissəsi Peloponnesdəki Mani bölgəsindən gəlmişdilər. Maniotlar güclü hərbi ənənələri və qan davaları ilə tanınırdılar (bu yunanların digər hissəsi də Korsikaya köçdü). Bu köçlər italyan cənubunu mədəni və hərbi cəhətdən gücləndirdi.

1922-ci ildə İtalyada faşizm qurulduqdan sonra İtaliyada yunandilli əhali təqib olunmağa başlandı.[12]

Qriko

Qriko xalqı İtaliyanın Kalabriya və Apuliya[13] bölgələrində bu günə qədər mövcud olan yunan mənşəli əhali qrupudur. Qriko xalqı ənənəvi olaraq qədim Dori və Bizans yunan elementlərini özündə birləşdirən yunan mənşəli Qriko dilində danışırdı. Qriko dilinin mənşəyinin son nəticədə Böyük Yunanıstan koloniyalarına aid edilə biləcəyinə inanılır. Yunanlar XII əsrə qədər İtaliyanın cənubundakı bəzi bölgələrin, xüsusən də Kalabriya, Salentiya, Lukaniya və Siciliyanın bəzi bölgələrinin əhalisinin dominant hesab edilirdilər.[14][15] Son əsrlər ərzində Qriko Katolik Kilsəsi və Latın mədəniyyətindən güclü şəkildə təsirlənmiş və nəticədə bir çox Qriqo, əvvəllər çox olmasına baxmayaraq, əsas İtalyan mədəniyyətinə assimilyasiya edilmişdir.[16] Qriko dili son onilliklərdə dilin italyan dilinə dəyişməsi və şəhərlərə genişmiqyaslı daxili miqrasiya səbəbindən ciddi təhlükə altındadır.[17] Qriko icmasının hazırda 60.000 üzvü vardır.[18][19]

Məskunlar

Bulgari brendi İtaliyaya gələn yunan mühacir Sotirio Bulgari tərəfindən təsis edilib.

İkinci Dünya müharibəsindən sonra çoxlu sayda yunan xarici ölkələrə, əsasən ABŞ-a, Filippindəki yunan yaşayış məntəqələrinə, Kanada, Rusiya, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya, Argentina, Braziliya, Norveç, Almaniya, Birləşmiş Ərəb ƏmirlikləriSinqapura mühacirət etdi. İkinci Dünya müharibəsindən sonra Yunanıstandan daha az sayda miqrant İtaliyaya üz tutsa da, bu gün Yunan diaspor icmasının sayı təxminən 30.000 nəfərdir ki, onların da əksəriyyəti Roma və Mərkəzi İtaliyada yaşayır.[20]

İstinadlar

Ədəbiyyat

  • Jonathan Harris. Being a Byzantine after Byzantium: Hellenic Identity in Renaissance Italy. — Kambos: Cambridge Papers in Modern Greek 8 (2000), 25–44
  • Jonathan Harris. Greek Emigres in the West, 1400–1520 (Camberley, 1995)
  • Jonathan Harris and Heleni Porphyriou. The Greek diaspora: Italian port cities and London, c. 1400–1700 // Cities and Cultural Transfer in Europe: 1400–1700, ed. Donatella Calabi and Stephen Turk Christensen (Cambridge, 2007), pp. 65–86
  • Heleni Porphyriou. 'La presenza greca in Italia tra cinque e seicento: Roma e Venezia', La città italiana e I luoghi degli stranieri XIV–XVIII secolo, ed. Donatella Calabi and Paolo Lanaro (Rome, 1998), pp. 21–38
  • M. F. Tiepolo and E. Tonetti. I Greci a Venezia. Atti del convegno internazionale di studio, Venezia, 5–8 Novembre 1998 (Venice, 2002), pp. 185–195

Xarici keçidlər

  İtaliya portalı