İsgəndər 9K720

İsgəndər 9K720Rusiya Federasiyasında istehsal olunan qısaməsafəlili ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunmuş və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunmuşdur[1]. "İsgəndər" raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. "İsgəndər-M" kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və "Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur, lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir. "İsgəndər-M" raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

İsgəndər 9K720
İsgəndər 2010-cu ildə Rusiyada keçirilən parad zamanı
TipiQısa məsafəli ballistik raket
Ölkə
İstismar tarixçəsi
İstismar illəri2006-cı ildən günümüzə
İstismara başlanması2006
İstismar edənlərRusiya
İstehsal tarixçəsi
Konstruktorİsgəndər Hüseynov
Konstruksiya tarixi2004
İstehsalçıVotkinsk Zavodu Dövlət-İstehsalatı Assosiasiyası
İstehsal illəri2006
Variantlarıİsgəndər-M,İsgəndər-E,İsgəndər-K
Xüsusiyyətləri
Ağırlığı3800 kq
Sürət2 100 m/san = 7560 km/saat
Əsas silahQanadlı raket R-500,Yüksək partlayıcı mərmi,Termobarik silah,Nüvə silahı
Uzunluğu7.3 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda "İsgəndər-M" Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. "İsgəndər-M" iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.[2]

Kompleksin təyinatı

Düşmən qoşunlarının operativ dərinliyində hərbi hissələrini ənənəvi döyüş sursatı ilə məhv etmək üçün nəzərdə tutulub. Taktiki nüvə silahının çatdırılması vasitəsi ola bilər.

Əsas hədəfləri:

  • Atəş sistemlərinin məhvi (reaktiv yaylım atəş sistemləri, uzaqvuran artilleriyası, raket kompleksləri)
  • Raketdən və hava hücumundan müdafiə vasitələri
  • Komanda məntəqələri və rabitə qovşaqları
  • Mülki infrastrukturun vacib obyektləri

Döyüş xüsusiyyətləri

  • Raketin başlanğıc kütləsi: 3 800 kq
  • Döyüş başlığının kütləsi: 480 kq
  • Uzunluğu 7,2 m
  • Diametri 920 mm
  • Raketin başlanğıcdan sonrakı trayektoriyasının hissəsinin sürəti: 2 100 m/s
  • Hədəfi vurma minimal məsafəsi: 50 km
  • Hədəfi vurma maksimal məsafəsi: 500/280 km
  • İstismar müddəti: 10 il, o cümlədən səhra şəraitində 3 il

Mənbə

Xarici keçidlər