İraq-türkman folkloru

İraq-Türkman folkloru — İraqda toplu halında yaşayan türkmanların şifahi xalq ədəbiyyatı. İraq türkmanları tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisindən köçərək qədim Messopatamiya, indiki İraq ərazisinin şimalında məskunlaşan türkmənşəlli xalqdır.

Haqqında

İraq-türkman folkloru tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisindən köçərək İraqın şimalında, əsasən, Kərkük, Ərbil, Daquq, Tuzxurmatu vilayətində toplu halda yaşayan, azərbaycanca danışan xalqın şifahi xalq ədəbiyyatıdır.[1], [2], [3], [4]. Müxtəlif mənbələrdə Azərbaycandaİraqda yaşayan türkmənşəlli xalq türkman kimi qeyd olunur[5], [6], [7], [8], [9], [10]. İraq-türkman şifahi xalq yaradıcılığını hərtərəfli olaraq sistemli şəkildə ilk dəfə Əməkdar elm xadimi Qəzənfər Paşayev tədqiqata cəlb etmişdir[11] İraq-türkman folklor nümunələri mənzum və mənsur olaraq iki qrupa bölünür[12]. Türkman xalq ədəbiyyatının mənzum örnəkləri musiqi havalarının dilidir[12]. Mənsur örnəklərə isə nağıllar, atalar sözüməsəllər, tapmacalar, dastanlar aid edilir[12].

Janrları

İraq-türkman folklorunun janrları şərti olaraq 3 qrupa - Mərasim folkloru, Lirik janrlar, Epik janrlar bölünür[11]

Mərasim folkloru

Xalqın düşüncə və həyat tərzini əhatə edən mərasim folkloru ilkin janrlar, xalq mərasim və nəğmələri olaraq iki hissəyə bölünür. İraq-türkman folklorunda ilkin janr örnəkləri müxtəlif illərdə çap olunmuşdur [13], [14], [15], [16]. Aşağıdakı janrlar aiddir.

  • İnanclar - Azərbaycanda xalq arasında sınama, yozum, yozma, inanc, inam adları ilə tanınan bu janr İraq-türkman folklorunda inanc kimi tanınır[17], [18]. İraq-türkman folklorunda inanclar məişət və mərasimlərlə, təbiət hadisələri, bitki və heyvanat aləmi ilə, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlıdır[19],[20].
  • Yemindlər - Kərkük folklorunda bu qədim janr gah "and", gah "yemind", gah da "qəsəm" kimi tanınır[11]. Bir qisim andlar səma cisimləri ilə, digər qisim isə islam dini, bərəkət və xeyirlə bağlıdır[11].
  • Dualar - Duanın əsasında dayanan alqışda başlıca cəhət yaxşılıq və uğur diləməkdir[21]. Azərbaycan folklorunda olduğu kimi burada da "Qurbanın olum", "Başına dolanım", "Önündə ölüm", "Böyüyümsən, ağamsan" və eləcə də "Sənə fəda olum", "Ayağının altında ölüm,ağamsan" kimi ifadələrdən istifadə olunur[21].
  • Bəddualar - Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar:

1. Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar[11].
2.Mərasimlərlə bağlı yaranan bəddualar[11].
3. Məişətlə bağlı yaranan bəddualar[22], [23], [24].

  • Fallar - İraq-türkman folklorunda ən çox özünü göstərən inamlarla bağlı fala baxmadır[11]. Azərbaycanda fallar əsasən iki şəkildə olmuşdur. Bunlardan daha çox ibtidaisi "göz falı", buna nisbətən daha sonrakı dövrlərə aid olan isə "qulaq falı"dır[25]. Bu, İraq-türkman folklorunda da belədir. Göz falları içərisində lap qədim dövrlərlə, atəşpərəstliklə bağlı yarananları da vardır[11]. Məsələn, Kərkükdə "Baba Gur-Gur" adlı məşhur yer vardır. Buradan daimi olaraq alov çıxdığına görə müqəddəs hesab edilir və buraya niyyət tutmağa, murad diləməyə gəlirlər[11]. "Cümə daşı atmaq" qulaq falına ən yaxşı nümunə kimi səciyyəvidir[11]. Hər hansı bir qadın səfərə çıxmış bir yaxını barədə və ya bir xəstənin şəfa tapması barədə niyyət tutaraq cümə namazının azanı oxunarkən bir yol başında yolun hər iki tərəfinə daş atır və namaza gedənlərin danışdığı sözlərdən asılı olaraq tutduğu niyyətin yaxşı və ya pis olacağı barədə nəticə çıxarırdı[11].

Xalq mərasim və nəğmələri

İraq-türkman folklorunda mərasim və nəğmələr üç yerə bölünür[11].

  • Mövsüm mərasim və nəğmələri - ayrı-ayrı təbiət hadisələrinə inam və etiqadlar öz əksini tapır[11]. Burada yağışın yağması, küləyin əsməsi, ümumiyyətlə, oda, suya, küləyə və s. inam və etiqadlarla əlaqədar yaranan mərasim və nəğmələr üstünlük təşkil edir[26], [27]. Kərkük dolaylarında bu nəğmələr arasında geniş yayılanı yağışla bağlı olanlardır[11]. Bir yağış arzusu ilə "Kosa gəldi", "Qodu" və eləcə də "Çəmçələ qız" mərasimlərinə hazırlıq görülər[28],[29].
  • Dini mərasim və nəğmələr - Kərkükdə keçmişdə Cıdır meydanına yığışıb yarışa baxar, zurnanağaraların sədaları altında seyrangahlarda rəqs edərlərmiş[11].
  • Məişət mərasim və nəğmələri - İraq-türkman folklorunda məişət mərasim və nəğmələri xalqın məişət həyatında mühüm yer tutmuş, onlarda xalqa çoxəsrlik adət-ənənəsi, dünyabaxışı ifadə olunmuşdur[30]. İraq-türkman folklorunda da məişət mərasim və nəğmələri xalqın keçdiyi tarixi yolu, onun poetik təfəkkür tərzini aydınlaşdırmaqda böyük əhəmiyyət daşıyır[31]. Buraya yas və toy mərasim nəğmələri aiddir. Azərbaycanda ağı,Türkiyədə ağıt adlanan yas mərasiminə Kərkük dolaylarında sazlamaq deyirlər ki, bu da sızlamaq sözündən yaranmışdır[32], [33]. Əziz bir şəxs öləndə yas məclisinə peşəkar "yuğçu" - "yığçı"ların dəvət olunması, onların dedikləri ağıların təsiri altında göz yaşı töküb ağlamaq qədimdən qalma adətdir[34].

Toy mərasimi ilə əlaqədar nəğmələri aşağıdakılardır:

  • Toyun müxtəlif anlarında gəlinin tərifinə həsr olunmuş nəğmələr[11]
  • Müxtəlif mərasimlər zamanı, məsələn, hamama gedilən zaman və ya xınayaxdı keçirilərkən oxunan mahnılar [35]
  • Halay vaxtı iki qrup tərəfindən icra olunan mahnılar[11]
  • Toy ərəfəsində gəlinə müraciətlə oxunan nəsihətvarı nəğmələr[11].

Lirik janrlar

Xoyratlar və manilər

İraq-türkman folklorunda geniş yayılmış xoyratlar dörd misradan ibarətdir[36]. Xoyratmanilər cinaslı və adi qafiyəli olmaqla iki yerə bölünür[37]. Cinaslılar xoyrat, cinassızlar isə mani və ya maani adlanır[11]. Əta Tərzibaşının "könüllərdən fişqıran içli duyğuları min bir sədaqətlə əks etdirən parlaq güzgü" adlandırdığı xoyratlar da tam və naqis cinaslı olmaqla iki yerə bölünür[38]. Xoyratlarda 1,2,4-cü misralar həmqafiyə, 3-cü misra isə sərbəst olur[38]. Xoyratlardan fərqli olaraq manilərə musiqi bəstələnir və onlar müəyyən döndərmələrlə - nəqəratla birlikdə xorla oxuna bilir[38].Xoyratla manini fərqləndirən başlıca amillərdən biri də xoyratların həmişə cinaslı, manilərin isə adi qafiyəli olmasıdır[38]. Manilər arasında az da olsa cinaslılara rast gəlinir[39], [40].

Xalq mahnıları

Burada xalq mahnıları dedikdə xalq havaları nəzərdə tutulur[11]. İraq-türkman xalq havaları qırıq və ya qısa havalar və uzun havalar adı altında qruplaşdırılır[41]. Qısa havalar sırasına bəstə (xalq türküsü), tənzilə (dini türkü və şərqi), şərqi (marş və bənzəri), halay və oyun havalarını daxil etmişdir. Uzun havalar sırasına isə muğamlar, xoyrat havaları, divan-urfa, qəzəl, aşıq havaları, Kərəm havası, sazlamaq, laylalar daxil edilir[41]

Xalq türküləri

Kərkük dolaylarında mahnılar döndərmə - yəni nəqəratla oxunur. Bu, mahnını daha da oynaq edir[42]. Kərkük dolaylarında da, Azərbaycanda da eyni olan bir çox mahnılar vardır[43]. "O yana döndər məni", "Yar bizə qonaq gələcək", "Pəri", "Ay qara xal yar", "Ay qız heyranın ollam", "Niyə gəlməz oldu", "Dam üstədir damımız" və s. bunlara aiddir.[44], [43]

Beşik nəğmələri

Buraya laylaoxşamalar daxildir. Türkiyədə "ninni" kimi tanınan laylalar, İraq-türkman folklorunda «leyla» və «layla» kimi məlumdur[45]. Formaca xoyratmanilərə oxşayan laylaların axırında "layla balam, layla" ilə bərabər "leyla balam, leyla", "leyla gözüm, leyla", "üllə balam, üllə", "üllə ruhum, üllə" kimi iki misralı döndərmələr (nəqəratlar) yer alır[46].Laylalarda ictimai məsələlərə toxunulur. Bu zaman qüvvətli kədər hissi layla ilə ağı arasında mövcud olan sərhəddi pozur[47]. Türkiyədə "sevmələr", Cənubi Azərbaycanda "nazlamalar" kimi tanınan bu şer parçaları Quzey Azərbaycanda da, Kərkük dolaylarında da "oxşamalar" adlanır[46]. Oxşamalar İraq-türkman folklorunda da iki və dörd misralı olmaqla iki yerə bölünür və arzu-dilək, əzizləmə, əyləndirmə, oxşama məqamlarında işlənirlər[11].

Bayatı-Tapmacalar

İraq-türkman folklorunda bayatı-tapmacalar gah tapmaca[48], gah bayatı[49], gah da cinaslı tapmaca[50] adı altında verilmişdir. İraq-türkman folklorunda təsadüf edilən "bayatı-tapmaca"lar nə forma, nə də məzmunca Azərbaycan "bayatı-tapmaca"larından fərqlənirlər. Folklorşünaslarımızın "bağlama bayatı" [51], "qıfılbənd bayatı" [52], "tapmaca-bağlama" [53] adlandırdıqları qıfılbənd və bağlamalar da "bayatı-tapmaca"lardan fərqlənirlər.


Epik janrlar

Nağıllar

Əsli və Kərəm

İraq-türkman nağılları nağılın məzmunu ilə əlaqəsi olmayan pişrovla başlayır[54]. Pişrovdan sonra giriş-başlarığıc gəlir[55]. Kərkük dolaylarında gündüz nağıl söyləmək məsləhət görülmür[54]. Uşaqlara belə bir inam təlqin edilib ki, kim gündüz nağıl danışsa, nağıl bitəndə çoqu çıxar, yəni başında buynuz bitər[56]. Nağılların sonunda nağılçı öz adını Əli, Qədriyyə olaraq çəkir[57]. İraq-türkman nağıllarını aşağıdakılardır:

  • Heyvanlar haqqında nağıllar
  • Sehrli nağıllar
  • Tarixi nağıllar
  • Ailə-məişət nağılları

Atalar sözü və məsəllər

İraq-türkman folklorunda da «atalar sözü» və ya "əskilər sözü" adlanır[58]Kərkük atalar sözüməsəllərinin bir çoxu iki hissədən ibarət olur[59]. İkinci hissə birinci hissədə verilmiş fikri daha da qüvvətləndirir, tamamlayır[59]. Azərbaycan folklorunda çox işlənən "Utananın oğlu olmaz", "Bu günün işini sabaha qoyma", "Ağıl yaşda deyil, başdadı", "Əski pambıq bez olmaz" və s. atalar sözləri Kərkük folklorunda "Utananın oğlu olmaz, olsa da xeyrin görməz", "Bu günün işini yarına (sabaha) qoyma, bəlkə yarın sənə yar olmadı","Ağıl yaşda deyil, başdadı. Amma ağlı başa gətirən yaşdı","Əski pambıq bez olmaz, əski düşmən düz olmaz" kimi işlənir[60]. Tarixi şəxsiyyətlərlə bağlı məsəllərə rast gəlmək olur. İraq-türkman atalar sözüməsəllərinin böyük bir qismi mal-dövlətlə bağlı yaranmışdır[59].

Tapmacalar

Kərkükdə bilməcəyə tapmaq sözünün fel kökündən törəmiş tapmaca deyirlər[61].Tapmaca atalar sözü, bayatımaniyə nisbətən daha çox kollektivlik xüsusiyyətinə malikdir, yəni tapmacalar məclislərdə, şənliklərdə, tapmaca gecələrində kollektiv tərəfindən yaradılmışdır[62]. İraq-türkman tapmacaları arasında açması xurma, dombalan, qoz, saat, göz, sırğa, diş, ayaqqabı, yumurta,ildırım, ay, günəş, soğan və s. olan tapmacaların daha çox variantlarına təsadüf edilir[63], [64]

Lətifələr

Molla Nəsrəddin

Molla Nəsrəddin lətifələri ilə bağlı ənənə İraq-türkman folklorunda da Azərbaycandakı ənənənin eynisidir[65].İraq-türkman folklorunda da Molla Nəsrəddin inadkar eşşəyinin üstündə oturab sakit-sakit yol gedən, hər şeyə göz qoyan, ağıl süzgəcindən keçirən, doğru nəticəyə gələn, bir müdrikdir[66].Azərbaycan folklorunda olduğu kimi İraq-Türkman folklorunda da lətifələr 3 yerə bölünür[67].

  • Mütləqiyyət üsul idarəsinin və hakim sinif nümayəndələrinin əxlaq və mənəviyyatını tənqid və ifşa edən lətifələr [67]
  • Mövhumat-xürafat əleyhinə olan lətifələr[67];
  • İctimai həyatda baş verən nöqsanların tənqidi mövzusunda olan lətifələr[67].

Dastanlar

İraq-türkman folklorunda dastanlar geniş yayılmamışdır[11].Bunun əsas səbəbi Səfəvilər hakimiyyətindən sonra Bağdadınazərbaycanlılar yaşayan Kərkük dolaylarının Osmanlıların təsiri altına düşməsi[68], aşığın ictimai əhəmiyyətini lazımınca qiymətləndirməməsi[69]. İraq-türkman folklorunda "Leyli və Məcnun", "Yusif və Züleyxa", "Fərhad və Şirin". "Arzu-Qəmbər" kimi nağıl-dastanlar, "Koroğlu" və "Əsli və Kərəm" kimi dastanlar vardır[70]. Hazırda "Əsli və Kərəm" İraq türkmanlarında sazla çalınıb-oxunan yeganə dastandır[70].


Ədəbiyyat

  1. Abdullayev Bəhlul, Yusif vəzir Çəmənzəminli və folklor.Nam. dis., Bakı, 1974
  2. Abdullayev Bəhlul. Haqqın səsi. Bakı, Azəməşr, 1989
  3. Abdullayev Cəlal. Səməd Vuığun və folklor. Nam. dis.,Bakı, 1962
  4. Abdullayev Cəlal. Səməd Vurğunun sənət dünyası. Bakı,Yazıçı, 1986
  5. Adilov Musa. Niyə belə deyirik. Bakı, Gənclik, 1973
  6. Adilov Musa. Xalq şerinin ritmi haqqında.// Azərbaycanfolklorşünaslığı məsələləri məcmuəsi. Bakı, 1983
  7. Adilov Musa, Yusifov Gəray. Sabit söz birləşmələri.Bakı, «Maarif», 1991
  8. Adilov Musa. İraq-türkman folkloru. «Ədəbiyyat»qəzeti, 1 may, 1992
  9. Adnan Asəfoğlu. Qarabağı üsulundan bilgilər. Bağdad, «Yurd» qəzeti, 17 mart 1989
  10. Azərbaycan tapmacaları (Toplayanı və tərtib edəniHənəfi Zeynallı). Bakı, 1928
  11. Мельников М.Н. Русский детский фольклор Сибири. Новосибирск, 1971
  12. Ментешешвили А.М. Ирак в годы английского мандата. М., 1969
  13. Мифы народов мира. Том I. М., 1980
  14. Музаффаров Р. Татарские народные пос ловицы.Канд. дисс, Казань, 1959
  15. НаджипЭ.Н.Кыпчакско-огузский литератур-ный язык мамлюкского Египта XIV века. Автореф. док. дисс, М., 1965
  16. Онисайская И.М. Структура пословиц иобразованных от них фразеологических оборотов. Канд.дисс, Л, 1961

İstinadlar