İqbal Ağazadə

Vikipediya saytından
Naviqasiyaya keçAxtarışa keç
İqbal Ağazadə
Vəzifədədir
15 dekabr 2002-ci ildən
ƏvvəlkiƏbülfət Əhmədov
2005 – 2015
Seçki dairəsi2005 — 35 saylı Xətai üçüncü
2010 — 35 saylı Xətai üçüncü
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıAraz Əlizadə
7 yanvar 2001 – 17 oktyabr 2003
Seçki dairəsi2001 — 10 saylı Xətai ikinci
ƏvvəlkiBabaxan Muradov
SonrakıVəzifə ləğv edildi.
1999 – 2000
SədrAyaz Mütəllibov
SonrakıSabir Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi18 sentyabr 1968(1968-09-18) (55 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyətisiyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, IIIIV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 20082013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd.[1]

İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.[mənbə göstərin]

Evlidir, 2 övladı var.

Siyasi fəaliyyəti

mənbəni redaktə et

Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırışIV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib.

Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub.

20082013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd olsa da seçilə bilməyib.

Partiya fəaliyyəti

mənbəni redaktə et

1999-cu ildə Ayaz Mütəllibov rəhbərliyində təsis edilən Vətəndaş Birliyi Partiyasında 2000-ci il parlament seçkilərindən sonra mübahisələr yaranmışdır. Partiya partiya katibi İqbal Ağazadə və partiya qurucusu Ayaz Mütəllibov rəhbərliyində iki qola bölünmüşdür. İqbal Ağazadənin rəhbərliyindəki qol 15 mart 2002-ci il tarixində Azərbaycan Ümid Partiyasına birləşmişdir. Birləşmiş partiyanın sədri İqbal Ağazadə seçilmişdir.[2]

Şəxsi həyatı

mənbəni redaktə et

2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır. Ümid Partiyası adından verilən açıqlamada Əliyevin AzərbaycanAzərbaycan xalqı adına "ən düzgün seçim" olduğu qeyd edilmişdir.[3]

Naviqasiya menyusu