İppon

İppon (Yaponiya: 本) 一 Yapon döyüş sənəti müsabiqəsində, cüdo, karate[1] idman növündə əldə edilə biləcək ən yüksək bal. [2]

Cüdoda ippon atışı

Cüdoda ippon

Hakim əlini qaldıraraq, qalibiyyəti ippon olaraq elan etdi

İppon cüdoda təmiz qələbəyə bərabərdir. İppon 100 xaldır. Cüdoda, ippon aşağıdakı hallarda verilir:

  • Cüdoistlərdən biri rəqibini arxasına qoyaraq, onun üzərində fəndi tam atışla çıxış edərkən. İppon, rəqibin körpü vəziyətinə düşməsində belə verilir. [3]
  • Cüdoistlərdən biri rəqibini 20 saniyə bərabərliklə asekomidə tutduqda. Əgər rəqib 20 saniyə ərzində asekomidən çıxa bilmirsə, qalib digər rəqib olur. Hakim əlini qaldırır, ippon olduğunu göstərir. [4]
  • Cüdoistlərdən biri, rəqibin çiyinini ayaqlarının arasına salaraq; ayaqlarından və ya öz əzələlərindən istifadə edərək, boğucu edir. Ayaqları rəqibin boynundan tutaraq, əli sındırmaq da olur. Əgər rəqib əlini yerə vurarsa, ippon verilir
  • Diskvalifikasiya qadağan olunmuş texnika və ya üsullardan istifadə etmək, bir pozuntu, qüsurlu, pis davranış, yanlış hücum və s. nəticəsində də ippon verilir. [5]

Karatedə ippon

Karatedə ippon aşağıdakı hallarda verilir:

  • Bir idmançı beş saniyə ərzində[6] rəqibinin geri dönməməsinin mümkünsüzlüyünə səbəb olan bir üsul apararkən;
  • İki wazaari (yarı ippon) əldə edilməsi nəticəsində;
  • Rəqib diskvalifikasiya olunduqda

İstinadlar

Xarici keçidlər