İmperator saray muzeyi

İmperator saray muzeyi (ənənəvi Çin heroqlifləri ilə: 國立故宮博物院, sadələşdirilmiş Çin heroqlifləri ilə: 国立故宫博物院, Pinyin (pīnyīn) — Çin yazısının ən çox istifadə olunan latın transkripsiyası sistemi ilə: Guólì Gùgōng Bówùyùan, Palladiya — Çin yazısının rus dilində ümumi qəbul edilmiş transkripsiya sistemi ilə: Голи Гугун Боуюань,- hərfi mənada: Milli muzey "Keçmiş imperator sarayı", ingilis dilində: National Palace Museum) — Çin Respublikasının (Tayvan) paytaxtı Taybey şəhərində bədii-tarixi muzey[2]. Ziyarətçilərinin sayına görə dünyada yeddinci muzey. Ədəbiyyatda ən çox "Ququn (Gugong) muzeyi kimi (Çinin paytaxtında da bu adda muzey olmasına baxmayaraq) də tanınır.

İmperator saray muzeyi
國立故宮博物院
Xəritə
Əsası qoyulub10 oktyabr 1925
Açılış tarixi1965
Ölkə
Ziyarətçi sayı
  • 416.436 nəf. (2021)[1]
25°06′08″ şm. e. 121°32′54″ ş. u.
npm.gov.tw
npm.gov.tw/?l=2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

Taybey şəhərindəki imperator saray muzeyi Çin sivilizasiyasının neolit dövründən Tsin imperiyasının süqutuna qədər 8 min ildən çox dövrünü əhatə edən tarixinə və mədəniyyətinə aid maddı-mədəniyyət nümunələrindən ibarət kolleksiyasının toplandığı zəngin bir muzeydir[3] . Muzeyin kolleksiyasında 697 490 əşya vardır, onların əksəriyyəti əvvəllər imperator Tsyanlunun kolleksiyasında olmuşdur. Muzeyin geniş zallarında həmişə ən yaxşı eksponatlar nümayiş etdirilir, eksponatların əksəriyyəti — rəssamlıq və qrafika əsərləri, nefritdən, farfordan, tuncdan hazırlanmış əşyalar vaxtaşırı olaraq ehtiyatda saxlanılanlarla əvəz olunur.

Muzeyin kolleksiyası aşağıdakl bölmələrdən ibarətdir:

Hazırda muzeydə 93 minə yaxın kalliqrafiya abidələri, farfor və nefritdən, digər yarımqiymətli hazırlanməş əşyalar, rəssamlıq ərərləri (peyzajlar və portretlər), 562 min köhnə kitablar və sənədlər saxlanılmaqdadır. Bu siyahıya, həmçinin 13 000 ədəd tuncdan hazırlanmış əşyalar, 7 500 ədəd şəkil, 6 000 ədəd kalliqrafiya əsərləri. 13 500 ədəd nefritdən hazırlanmış əşya və həmçinin kifayət qədər köhnə pullar, paltarlar və bəzək əşyaları və sair maddi-mədəniyyət əşyaları vardır.

Muzey 10 oktyabr 1925-ci ildə Pekində, şəhərin qadağan olunmuş hissəsində açılmışdır[4][5]. 1948-ci ilin fevralında, Çində vətəndaş müharibəsi zamanı bu kolleksiyanın xeyli hissəsi Tayvana daşınmışdır[6]. Həmin dövrdə Pekindən dəniz yolu vasitəsilə muzeyin ən qiymətli əşyalarından ibarət 972 yeşik eksponat daşınmışdır. Tayvana gətirildikdən sonra bu eksponatlardan ibarət yeşiklər bir müddət dəmiryol anbarlarında, sonralar isə şəkər zavodunun anbarlarında saxlanılmışdır. Daha sonra, 1964-cü ilin martından 1965-ci ilin aprelinədək olan dövrlərdə xüsusi muzey kompleksi inşa edilənədək bu eksponatlar müxtəlif muzeylərində saxlanılmışdır. Yeni muzey 12 noyabr 1965-ci ildə açılmışdır.

2016-cı ildə Taybeydəki imperator saray muzeyinə 6 142 892 adam ziyarət etmişdir[7][8].

İmperator saray muzeyinin direktoru Çjou Kuntsin (Çin dilində:周功鑫) Tayvan hökumətinin üzvüdür və birbaşa ölkənin baş nazirinə tabedir.

Xarici keçid

Istinadlar